Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 01-12-2025 16:48 | Bölmə: Mədəniyyət

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sferasında da əlaqələr yüksək səviyyədə davam edir. Rəssamlarımız da bu isti münasibətlərə öz töhfələrini vermək istəyirlər. Azərbaycan Rəssamlar İttifaqı və istedadlı fırça ustası Eldəniz Babayevin başçılıq etdiyi “Bakı” Rəsm Qalereyasının birgə hazırladığı “Azərbaycan-Türkiyə sənət körpüsü” layihəsi bu amala xidmət edir.
Zəkiyyə İnanın “Payız yarpaqları”
Startı verilən bu yeni layihənin ilk sərgisi qardaş Türkiyədə açılıb -yaradan Zəkiyyə İnanla bağlı olub. Paytaxtımızın qədim İçərişəhər ərazisində yerləşən “Bakı” Rəsm Qalereyasında Zəkiyyə xanımın “Payız yarpaqları” adlı fərdi sərgisi açılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi, Rəssamlar İttifaqı və “Bakı” Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə ərsəyə gələn sərgidə Zəkiyyə xanımın yaradıcılığı, düşüncələri ilə yenidən tanış olmaq fürsəti bulunub. Niyə məhz yenidən? Bu barədə bir qədər sonra...
Sərginin rəsmi hissəsində “Bakı” Rəsm Qalereyasının sahibi, tanınmış rəssam Eldəniz Babayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Arif Hüseynov, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Din Xidmətləri müşaviri İhsan Açıq və başqaları çıxış edərək sərginin əhəmiyyətindən, iki qardaş ölkə arasında mədəni əlaqələrə verdiyi töhfədən danışıblar.
Rəssam Zəkiyyə İnan tədbir təşkilatçılarına, sərgiyə gələnlərə təşəkkürlərini bildirib.
Xatırladaq ki, “Payız yarpaqları” adlı fərdi sərgidə Zəkiyyə xanımın 80-nə yaxın işi-yağlı boya, suyu boya ilə yaratdığı əsərlər, o cümlədən xəttatlıq nümunələri təqdim edilib.
Azərbaycanlı rəssamdan dərs alan İspartalı xanım
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycandakı sənətsevərlər Türkiyəli rəssam Zəkiyyə İnanın yaradıcılığı ilə yenidən tanış olmaq imkanı qazanıb. İstedadlı fırça ustası 2009-cu ildə məhz elə “Bakı” Rəsm Qalereyasında ilk fərdi sərgisi ilə Bakıdakı sənətsevərlərin qarşısına çıxıb.

Zəkiyyə İnan Türkiyənin İsparta şəhərində dünyaya göz açıb, Akdeniz Universitetində inşaat mühəndisliyi üzrə ali təhsil alıb. Doğma Vətənində bir neçə sərgisi açılıb. İstedadlı fırça ustasını ölkəmizlə bağlayan mənəvi bağlar var. Zəkiyyə xanım 2004-cü ildə Bakıya gələrək Xalq rəssamı, professor Arif Əzizovdan ustad dərsləri alıb, görkəmli sənətkardan rəssamlığın sirlərini öyrənib.
Zəkiyyə İnanın “Payız yarpaqları” fərdi sərgisi hələ bir neçə gün davam edəcək. Qədim İçərişəhərdəki “Bakı”da Türkiyəli rəssamın yaratdığı əsl payız ovqatı ilə tanışlıq maraqlıdır.

Etibar CƏBRAYILOĞLU
(Fotolar AZƏRTAC-ındır)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər