Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 03-12-2025 12:48 | Bölmə: Mədəniyyət

İlin son “Ulduz” dərgisi Məhsəti Musanın “Özüylə söhbəti və reportajı” ilə açılır.
Reyting.az xəbər verir ki, yeni işıq üzü görən dərginin “Şeir vaxtı”nda Elşən Mehdi, Vasif Zöhraboğlu, Təranə Dəmir, Pərviz Arif, Elvin Paşa, Süleyman Abdulladır.
“Nəsr”də Orxan İsmayılovun “Keçib gedənlər”, Xatirə Salahzadənin “Qırmızı saat”, Səma Muğannanın “Kabusların bulud parçası” hekayələri yer alır.
Qulu Ağsəs “Altı və sıfır”dan sonra extra time” essesi ilə oxucularını salamlayır.
Şahanə Müşfiq “Zəfər yolları” kitabının müəllifi Zemfira Məhərrəmlinin yaradıcılıq dünyasından söz açır.
“Tərcümə saatı” Marina Svetayevanın şeirlərini və Məmməd Məmmədlinin ispan dilindən tərcüməsində “Heminqueyə görə həyat” yazısını təqdim edir.
“Tribuna”da Cəlil Nağıyev “Bir Bosniya Sevdalinkası: “Həsən Ağaının Xanımı”, Şəbnəm Məmmədova “Ömrünü elmə və nəzəri tənqidə həsr etmiş atam”, Babək Abbaszadə “Məsud Pənahi yaradıcılığı və Azərbaycan animasiyasının intiharı” yazıları yer alır.
Elxan Zalın “Sevgilər fontanı”, Narıngül Nadirin, Cavid Fərzəlinin, Elçin Səlimlinin şeirləri, Mina Rəşidin hekayələri, Nəvai Mətnin “Dünya bir ev kimidir” yazısı da dərginin bu sayındadır.
“Dərgidə kitab”da İmir Məmmədli “Sazlı-sözlü Sibir: Simusid” əsəri ilə görüşünüzə gəlib.
“Dərgidə sərgi”də rəssam Anar Zahirovun “Ulduz”a həsr etdiyi dostluq şarjları təqdim olunur.

V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər