Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 17-12-2025 09:17 | Bölmə: Mədəniyyət

Yura dövrünü araşdırıb təqdid edən müasir dünya elmində, eyni zamanda, arxeologiya tarixində ilk dəfə dövrün ən nadir və ən maraqlı eksponatı nümayişə çıxarılacaq.
Reyting.az xəbər verir ki, ABŞ-da yerləşən, 1910-cu ildən Vaşinqton şəhərində fəaliyyət göstərən, dünyanın ən böyük və məşhur təbii tarix muzeylərindən biri hesab edilən Smitson Milli Təbiət Tarix Muzeyində ideal vəziyyətdə qorunmuş, dinozavrlar nəslindən olan paxisefalozavrın kəlləsi geniş ictimaiyyətə təqdim olunacaq.

Nadir tapıntı dekabr ayının 22-də öncədən razılaşdırıldığı kimi, dinozavrların qalıqlarını öyrənib araşdıran "FossiLab" elmi-tədqiqat laboratoriyasından birbaşa məşhur muzeyə - ictimaiyyətə göstərilmək üçün gətiriləcək.
Yeganə nüsxə hesab edilən bu eksponatın bir müddət əvvəl tədqiqatçılar tərəfindən muzeyə bağışlandığı və ən nadir kolleksiya kimi Smitson Milli Təbiət Tarixi Muzeyinin qorunan mülkiyyətinə daxil edildiyi məlum olub.

Muzeyin dinozavr kolleksiyasının kuratoru Metyu Karranonun sözlərinə görə, bu nadir eksponat muzeydəki ən təsirli, eləcə də ən çox maraq doğuran, hər kəsin təəccübünə səbəb olacaq nümunələrdən biri sayılır. O, daha sonra qeyd edib ki, dinozavrın kəlləsi elə qorunub ki, hətta yırtıcının iti dişləri ilə bərabər dəyişən dişləri belə düşməyib.

Məlumata görə, kəllə 2024-cü ildə Cənubi Dakotada, Hell-Krik formasiyasında tapılıb. Tədqiqatçılar ABŞ ərazisində aşkar edilmiş bu nadir nümunənin gənc paxisefalozavra aid olduğunu düşünürlər. Alimlər bildiriblər ki, bütün kəlləsi ilə bərabər 32 sümüyü də tam mühafizə olunmuş və 1,5 milyon əvvəl yaşamış bu dinozavrın baş, çənə hissəsini, dişlərinin xüsusiyyətini daha ətraflı tədqiq etmək üçün kompyuter tomoqrafiyasında skanlaşdırılma aparmağı planlaşdırırlar.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər