Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 22-12-2025 18:00 | Bölmə: Mədəniyyət

Məşhur rejissor Ceyms Kemeronun "Avatar 3: od və kül" filmi 2025-ci ildə "Disney" şirkətinə keçən ilin gəlirləri ilə müqayisədə dah çox vəsait qazandırıb. "Disney" kinoprokatı ekran əsərinin nümayişindən 6 milyard dollardan artıq gəlir əldə etməklə, ilk, həm də yeganə ABŞ studiyası olub.
Reyting.az xəbər verir ki, film Şimali Amerikada ilk həftəsonunda 88 milyon dollar, qlobal miqyasda isə 345 milyon dollar gəlir əldə edib. Bu nəticə şirkətə 2025-ci ilin dünya üzrə ikinci ən böyük startı statusunu qazandırıb.
Nə qədər təəccüblu səslənsə də, birinci yerdə olan və "Disney" studiyasının istehsal etdiyi "Zootopia 2" animasiya filminə baxış "Avatar 3: od və kül" ilə müqayisədə daha çox olub.
Lakin bununla belə, "Avatar 3: od və kül" filminin bu cür böyük uğuru "Disney"in illik ümumi kassasını təxminən 5,8 milyardadək çatdırıb. Gəlir kapitalını artıran şirkət hətta "Warner Bros" kimi nüfuzlu kinostudiyanı da geridə qoyub və sayı milyonları ötən tamaşaçı qazanmaqla, il ərzində liderliyini möhkəmləndirib. Son məlumatlara görə, bu film sayəsində "Disney" şənbə gününədək gəlirinin 6 milyard dolları keçəcəyini bəyan edib.
Qeyd olunur ki, "Avatar: od və kül" filminin tamaşaçılarının 38 faizi 25 yaşdan aşağıdır.
Bildirilir ki, gəlirin 56 faizi 3D, eləcə də premium formatların payına düşüb. Bu isə onu göstərir ki, amerikalı tamaşaçıların əksəriyyəti yeni ekranlara çıxmış "Avatar 3: od və kül" filmini maraqla, eyni zamanda, maksimum keyfiyyətdə izləməyə üstünlük veriblər.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər