Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 28-06-2016 17:28 | Bölmə: Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrının 106-cı mövsümü artıq başa çatmaq üzrədir.
Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, yekunlaşmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün çox əlamətdar və zəngin olub. Mövsüm boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib, "Qafqazlı qardaşqızı” (R.Hacıyev), "Baladadaşın toy hamamı” (Elçin), "Qızıl cücə” (V.Ulanovski, V.Orlov), "999-cu gecə” ("Min bir gecə” nağıllarının motivləri və F.Əmirovun musiqiləri əsasında) tamaşalarının premyerası olub. Habelə, Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib.
Teatr 2016-cı il – "Multikulturalizm ili” çərçivəsində müxtəlif regionlarda – Masallı, Xaçmaz, Şamaxı rayonlarında tamaşalarla çıxış edib. Xalq artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub.
Repertuardakı tamaşaların böyük əksəriyyəti Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya tərəfindən lentə alınıb.
Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Buna misal olaraq Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə "Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasını, 2016 Formula-1 Avropa Qran Prisini qeyd etmək olar.
Eyni zamanda teatr "Sosial proqramlar” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, "Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramlarıyla çıxış edib.
Kollektivin bəzi üzvləri yerli və Beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər və uğurlu çıxışlarına görə il boyu müxtəlif təşkilatlar tərəfindən təltif olunublar. 106-cı mövsümün yekunlaşması ilə əlaqədar olaraq 4 iyul 2016-cı il tarixində Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Bu təqdirəlayiq ənənənin əsası ötən il – 105-ci teatr mövsümünün yekununda qoyulub.
Qeyd edək ki, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır. "Mövsümün ən yaxşı aktrisası”, "Mövsümün ən yaxşı aktyoru”, "Mövsümün debütü”, "Mövsümün perspektivli aktrisası”, "Mövsümün perspektivli aktyoru”, "Mövsümün ən məhsuldar aktyoru”, "Mövsümün sevilən aktrisası”, "Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, "Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, "Mövsümün ən yaxşı xor artisti”, "Mövsümün ən yaxşı balet artisti”, "Mövsümün ən yaxşı texniki işçisi”, "Mövsümün ən işgüzar əməkdaşı” nominasiyaları üzrə qaliblərlə yanaşı, "Mövsümün ən yaxşı tamaşası” da mükafatlandırılacaq. Qaliblərə xüsusi prizlər və mükafatlar veriləcək.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər