Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-06-2016 10:56 | Bölmə: Mədəniyyət / Xəbərlər

İyulun 15-də ODA Teatrının yaranmasının 3 il tamam olur. Bu münasibətlə kollektiv tədbirlər planı hazırlasa da, teatra bunu reallaşdırmıq üçün yer vermək istəyən yoxdur.
15 iyulda müstəqil teatr qurduqlarını deyən ODA-nın rəhbəri Elmin Bədəlov Reyting.az-a deyib ki, ötən il bununla bağlı 5 günlük festival təşkil ediblər. Bu dəfə isə böyük tədbir keçirməyi plaşlaşdırırlar: "Tədbirə bütün teatrları dəvət edəcəyik. Baxmayaraq ki, bütün teatrlar iyulun 15-də fəaliyyətini dayandırır, amma biz işləyirik. İstirahət etmək istəmirik".
Teatrın fəaliyyətini davam etdirmək üçün balaca bir yer kirayələdiklərini deyən E.Bədəlovun sözlərinə görə, üç ildir ki, Mədəniyyət və Turizm Nazirliyinə yerlə bağlı müraciət etsələr də, onlara cavab verilməyib: "Bəlkə də 100 dəfə məktub yazmışıq. Bir dəfə "Məktubunuzu aldıq, baxacayıq",- deyə cavab vermədilər. Onlar bizimlə münasibət qurmaq istəmirlər. Bizim çox təliflərimiz var, istəyirik Azərbaycan mədəniyyətinə yeniliklər gətirək. Modern üslubda çox maraqlı təkliflər vermək istəyirik. Bizim bütün teatrlar köhnədə qalıb. Biz öz yeniliklərimizi nazirliyə təqdim eləmək istəyirik. Amma nazirlik bizim varlığımızı belə eşitmək istəmir, nəinki təklifimizi. Bizə tərəf müsbət bir addım da atmırlar. Amma biz yenə də onlara müraciət edəcəyik.
Buna görə də qərara aldıq ki, balaca bir yerə köçək, icarə pulu da az olsun. Çarpışırıq, vuruşuruq, deyirik ki, Aktyorlar evinə müraciət edək, oranı bizə versinlər, tədbirimizi keçirək. Oranın sədri Azər Paşa Nemətovdur. Bilmirik ki, oranı bizə verəcək, ya yox. Çünki biz onu dəfələrlə tənqid eləmişik. Çox güman ki, o, həmin yeri bizə verməyəcək. Amma biz yenə də ona rəsmi olaraq müraciət edəcəyik. İstəyirik ki, tədbiri daha geniş məkanda keçirək, çünki tamaşaçı sayı çoxdur, onların hamısını yerləşdirməyə çalışırıq.
Əslində Azər Paşa Nemətov həmin yeri bizə verməlidir. Çünki Aktyorlar evi Azər Paşa Nemətovun şəxsi mülki deyil, dövlətindir, aktyorların evidir".
Qeyd edək ki, Azər Paşa Nemətov Akademik Milli Dram Teatrının repertuarından bir çox tamaşaları çıxartdırıb. O cümlədən də Elçinin "Qatil" əsərini.
E.Bədəlov isə iddia edir ki, "Qatil"i repertuardan açıq-saçıq hissələrinə görə çıxarıblar: "Bir dəfə tamaşa olub, Azər Paşa da baxıb və deyib ki, bu, tərbiyyəsizlikdir. Ona deyiblər ki, bunun forması belədir. Azər Paşa isə tamaşanı "qayçılamaq" istəyib, öpüşmə səhnələrinə görə…".
Teatr rəhbəri qəzetimiz vasitəsiylə Azər Paşa Nemətova səslənməyi də unutmadı: "Əgər lazımdırsa Azər Paşa Nemətovla debata çıxmağa hazıram. Bunlar başa düşmür ki, açıq-saçıq səhnələr Azərbaycana lazımdır. Bu, mədəniyyətdir. Onu mədəniyyət kimi təqdim eləmək lazımdır, əxlaqsızlıq kimi yox.
O, daha bir neçə tamaşanı repertuardan çıxardı. Bu isə cəmiyyət üçün təhlükəlidir. Bildiyimə görə, yaradıcı heyət tamaşanın "qayçılanması"na etiraz edib. Elçin Əfəndiyev məmur olduğu üçün onun əsərini "qayçılaya" bilmədi. Məcbur olub tamaşanı repertuardan çıxardı. Onun əsərini repertuardan çıxarmaq çox böyük mübahisəyə səbəb olacaydı. Deyəcəydilər ki, Elçinin əsərini repertuardan çıxarıblar. Bu məsələ ilə bağlı böyük narazılıq ola bilərdi. Ona görə də Azər Paşa başqa siyasət işlətdi, başqa tamaşaları da repertuardan çıxardı. Əslində isə məqsəd "Qatil"i çıxarmaq idi. İndi Azdramada baxmağa tamaşa qalmayıb.
Mən Azər Paşanı tənqid elədim, bütün aktyorlar üstümə gəldi. Dedim ki, siz öz tamaşalarınızı qoruya bilmirsinizsə, daha nə deyim?
Rövşən Almuradlının "Yaşlı xanımın gəlişi" adlı tamaşa vardı, onu da repertuardan çıxardılar. Həmin tamaşada cəmiyyət üçün önəmli mesajlar var idi. Ümumiyyətlə, bu tamaşaları repertuardan çıxarmaq cəmiyyətə böyük təhlükədir".
Müsahibimiz deyib ki, Azər Paşa Nemətovun Akademik Tetarda rəhbər olması düzgün deyil. "Yaşlı adamdır. Əgər biz Azərbaycan mədəniyyətini irəli aparmaq istəyiriksə, Azər Paşa Nemətovun yerinə gənc kadar qoymaq lazımdır. Azərbaycanda belə gənc rejissorlar var. Azər Paşa Nemətovun artıq yaşı keçib. Bunu qəbul eləmək lazımdır. Azərbaycan teatrını xilas eləmək üçün gənclərə üstünlük verilməlidir.
Mən buradan Mədəniyyət və Turizm Nazirliyinə səslənirəm: Teatrı bataqlıqdan çıxarmaq, onu inkişaf etdirmək üşün Azər Paşa Nemətovu teatrdan çıxarmaq lazımdır. Gənclərə rol vermək, onları irəli çəkmək, cəmiyyətə təqdim etmək yaşlıların borcudur. Nə qədər ki, Azər Paşa Milli Dram Teatrının rəhbəri vəzifəsində qalacaq, teatr bir o qədər tez uçuruma gedəcək",-deyə E.Bədəlov fikrini tamamlayıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər