Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 04-07-2016 18:21 | Bölmə: Mədəniyyət / Xəbərlər

Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümə 17 iyul 2016-cı il tarixində yekun vuracaq.
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, başa çatmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün uğurlu yaradıcılıq hadisələri ilə zəngin olub.
Mövsüm boyu Musiqili Teatrda "Qafqazlı qardaşqızı” (R.Hacıyev), "Baladadaşın toy hamamı” (Elçin), "Qızıl cücə” (V.Ulanovski, V.Orlov), "999-cu gecə” ("Min bir gecə” nağıllarının motivləri və F.Əmirovun musiqiləri əsasında) tamaşalarının premyerası olub. Habelə, teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib.
Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə təşkil olunan Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib.
Teatr 2016-cı il – "Multikulturalizm ili” çərçivəsində müxtəlif regionlarda – Masallı, Xaçmaz, Şamaxı rayonlarında maraqlı tamaşalarla çıxış edib. Xalq artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub.
Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Buna misal olaraq Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə "Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasını, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, 2016 Formula-1 Avropa Qran Prisini qeyd etmək olar.
Eyni zamanda teatr "Sosial proqramlar” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, "Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramlarıyla çıxış edib.
Kollektivin bəzi üzvləri yerli və Beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər və uğurlu çıxışlarına görə il boyu müxtəlif təşkilatlar tərəfindən təltif olunublar.
106-cı mövsümün yekunlaşması ilə əlaqədar olaraq Dövlət Musiqili Teatrında mükafatlandırma mərasimi olub. Mehriban Zalıyeva "Mövsümün ən yaxşı aktrisası”, Çingiz Əhmədov "Mövsümün ən yaxşı aktyoru”, Əmrah Dadaşov "Mövsümün debütü” (kişi), Aydan Qasımova "Mövsümün debütü” (qadın), Nigar Qarayeva "Mövsümün perspektivli aktrisası”, Səmədzadə Xasıyev "Mövsümün perspektivli aktyoru”, Ağaxan Şərifov "Mövsümün ən məhsuldar aktyoru”, Almaz Ələsgərova "Mövsümün sevilən aktrisası”, Ülviyyə Əliyeva "Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, Nərgiz Kərimova "Mövsümün debütü” (rus bölməsi, qadın), Nicat Əli "Mövsümün debütü” (rus bölməsi, kişi), Tofiq Seyidəmirov "Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, Fərid Rzayev "Mövsümün ən yaxşı xor artisti”, Cəlalə Novruzlu "Mövsümün ən yaxşı balet artisti”, İfadə Bağırova "Mövsümün ən yaxşı texniki işçisi” və Vidadi Həsənov "Mövsümün ən işgüzar əməkdaşı” nominasiyaları üzrə qalib olub. Həmçinin "Baladadaşın toy hamamı” (Elçin) və "999-cu gecə” tamaşaları "Mövsümün ən yaxşı tamaşası” seçilib.
Xalq artisti İlham Namiq Kamal və aktyor Hüseyn Əlili isə Azərbaycanın Xalq artisti Hüseynağa Sadıqov adına "Billur alma” mükafatına layiq görülüblər.
Qaliblərə xüsusi prizlər və mükafatlar verilib.
Qeyd edək ki, bu təqdirəlayiq ənənənin əsası ötən il – 105-ci teatr mövsümünün yekununda qoyulub. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır.












Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər