Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 29-08-2016 13:11 | Bölmə: Mədəniyyət

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhətində xeyli vaxtdır ciddi problemlər yaranıb.
Böyrək çatışmazlığından əziyyət çəkən aktyorun əməliyyat xərcini Heydər Əliyev Fondu öz üzərinə götürsə də, əməliyyat olunacaq şəxslər siyahısında 100-cü xəstə olması Rəhim Rəhimovu narahat edir. Növbəsini gözləmək imkanı tükənən aktyor isə, təcili əməliyyat olunmalıdır.
Aktyorun sözlərinəgörə, sentyabr ayında Türkiyəyə müayinəyə gedəcək: "İstəyirəm ki, xəstəliyimlə bağlı gedən proseslərə tam əmin olum. Bu mənim şəxsi təşəbbüsümdür. Orada bir dostum yaşayır, məni dəvət edib ki, gəl, müayinələrdən keç.
Bundan əlavə, donorum da müayinə olunmalıdır. Bu müayinə isə Mərkəzi Neftçilər Xəstəxanasında olacaq. Donor hələ müayinə olunmayıb. Donor yaxın qohumumdu".
Aktyor qeyd edib ki, əməliyyat olunacağı günlə bağlı qərarı həkimlər verəcək: "Mənim bütün əməliyyat xərclərim Heydər Əliyev Fondu tərəfindən ödəniləcək. Mehriban xanım Əliyevaya təşəkkür edirəm.
Əsas problem odur ki, əməliyyat üçün növbələr var. Həkimin sözlərinə görə, bu növbələr hardasa bir ilə yekunlaşar. Növbəyə əsasən, bir ildən sonra əməliyyata girməliyəm. Bu müddəti gözləməyə isə səhhətim yol vermir. Yəni, mən təcili olaraq əməliyyat olunmalıyam. Onlar mənim böyrək fəaliyyətmi 29-da saxlayıblar. Çalışırlar ki, bundan aşağı düşməsin".
Həkimlər aktyoru Cavadzadə adına xəstəxanaya göndəriblər ki, əməliyyat orada aparılsın: "Amma məni əməliyyat edəcək həkimlər Mərkəzi Neftçilər Xəstəxanasında çalışdıqları üçün, həmin xəstəxanada əməliyyat olunmaq istəyirəm. Hazırda bu məsələyə baxılır".
Aktyor qeyd edib ki, növbəsinin tezləşməsi ilə əlaqədar Heydər Əliyev Fonduna və Səhiyyə Nazirliyinə müraciət edəcək: "Özümü pis hiss edirəm, sistemlər, iynələr və dərmanlar qəbul edirəm. Əgər böyrək fəaliyyətim 29-dan ensə, artıq mənim vəziyyətim daha pis olacaq".
Aktyor daha sonra bildirib ki, hazırkı əməliyyatların hamısı öz hesabına aparılır:
"Xəstəliyim aşkarlanandan bu günə kimi bütün xərcləri özüm çəkmişəm. Nə yaxşı ailəm və yaxın dostlarım var. Sistemlər də hamısı od qiymətinə. Aya hardasa 600 manat müalicəyə pul ayrılır. Təkcə əməliyyatımın xərci dövlət tərəfindən ödəniləcək".
Aktyor xəstə olsa da, yeni teatr mövsümünün başlanması ilə əlaqədar yaradıcılıq yeniliklərindən də söz açıb:
"Teatrın direktoru tez-tez zəng edib əhvalımı soruşur. Ona dedim ki, yeni mövsümdəreperturada mənə bir az sərbəstlik versin. Birdən səhhətimdə problem yaranar, tamaşalar qalar.
Deyir ki, narahat olma, bacardığın qədər işlə, tamaşalarda oyna ki, başın qarışsın. Həm də bildirdi ki, oynadığım bütün tamaşalarda mənə dubliyor verəcəklər".
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər