Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 07-09-2016 10:45 | Bölmə: Mədəniyyət
Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümünə 18 sentyabr – Milli Musiqi Günü start verəcək.
Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, 107-ci mövsümün açılış günü dahi Üzeyir Hacıbəylinin ölməz "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq.
"Ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə hər il 18 senytabr tarixi ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix xalqımızın böyük, dahi oğlu, musiqi mədəniyyətimizin əbədi günəşi, Azərbaycan professional musiqisinin banisi Üzeyir Haçıbəylinin doğum günüdür. Qeyd edim ki, həmin gün – 18 sentyabrda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı da öz işinə başlayacaq. Biz də yeni teatr mövsümümüzün açılışını bu mötəbər, bayram əhval-ruhiyyəli gündə edəcəyik. Arasında festival iştirakçılarının, şəhərimizin qonaqlarının, əcnəbilərin də olacağı tamaşaçılarımıza Üzeyir Hacıbəylinin məşhur "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunacaq.
Xatırladım ki, teatrımızın əsası 1910-cu ildə Üzeyir Hacıbəylinin "Ər və arvad” iki hissəli musiqili komediyası ilə qoyulub. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı isə 2009-cu ildən keçirilir”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib”.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Mükafatını qazanmış "O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimovadır.
Tamaşada əsas rolları milyonların sevimli gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Hüseyn Əlili və başqaları ifa edirlər.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər