Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 04-10-2016 15:23 | Bölmə: Mədəniyyət / Xəbərlər

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi unudulmaz gülüş ustası, Xalq artisti Hacıbaba Bağırovun vəfatının 10-cu ildönümü ilə bağlı böyük sənətkarın məzarını ziyarət edib.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, 4 oktyabr tarixi Hacıbaba Bağırovun anım günüdür. "Azərbaycan teatr sənətində əbədi iz qoyanlardan biri də böyük gülüş ustası, Xalq artisti Hacıbaba Bağırovdur. İstər kino sahəsində, istərsə də teatr tamaşalarında canlandırdığı obrazlar bunun bariz nümunəsidir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrının) direktoru vəzifəsində çalışması həm də onun bir rəhbər kimi idarəetmə bacarığının sübutu idi. Həm aktyor, həm direktor, həm də bir insan kimi Hacıbaba müəllim hər zaman başqalarından seçilirdi. O, mədəniyyət tariximizdə daima yaşayacaq sənətkarlardandır”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev H. Bağırovun anım mərasimindəki çıxışı zamanı bildirib.
Sonra Dövlət Musiqili Teatrının Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov çıxış ediblər. Onlar çıxışlarında Hacıbaba Bağırovun sənətinin böyüklüyündən, yaratdığı hər bir obrazın özünəməxsusluğundan söz açaraq onunla bağlı xatirələrini bölüşüb, böyük sənətkarın işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildiriblər.
Tədbirin sonunda çıxış edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından tədbirdə iştirak edən Dövlət Musiqili Teatrının kollektivinə, Hacıbaba Bağırovun sənətini sevən hər kəsə təşəkkürünü bildirib.




Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər