Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 16-11-2016 15:02 | Bölmə: Mədəniyyət / Xəbərlər
2016-cı ildə Azərbaycan teatr və kino sənətinin görkəmli
nümayəndəsi,
böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın
anadan olmasının 100 ili tamam olur.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, N.Zeynalovanın 100 illik yubiley tədbiri Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək.
Tədbirin rejissoru Cavid İmamverdiyevdir. Yubiley gecəsində N.Zeynalovanın yaxınları, sənət dostları, vaxti ilə onunla birlikdə çalışmış həmkraları – Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Ələkbər Əliyev və başqaları iştirak edəcəklər.
Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, N.Zeynalovanın 100 illik yubiley tədbirilərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıbr. "Sərəncama uyğun olaraq milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş korifey sənətkar, fitri istedadı iləxalqımızın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz iz qoymuş, parlaq yaradıcılıq yoluna malik olan Nəsibə Cahangir qızı Zeynalovanın 100 illik yubiley tədbiri 24 noyabr 2016-cı il tarixində keçiriləcək. Yubiley tədbirləri çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış N.Zeynalovanın yaradıcılıq yolunu əhatəedən səyyar sərginin teatrımızda, aktrisanın iştirakı ilə çəkilmiş bədii filmlərin "Nizami” Kino Mərkəzində nümayişi vəqüdrətli sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitabın (müəllifi İ. Rəhimli) vəfoto-albomun nəşr edilməsi nəzərdə tutulur”, - deyə Ə. Lalayev bildirib.
Qeyd edək ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən və Azərbaycan teatrının ilk aktyorlarından biri olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyorluq peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktirsanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib. Nəsibə Zeynalova 10 mart 2004-cü il tarixində Bakı şəhərində vəfat edib.

Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər