Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-11-2016 12:11 | Bölmə: Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, 25, 26, 27 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara "Qafqazlı qardaşqızı” (R.Hacıyev), "Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin), "Toya bir gün qalmış” (Ə.Səmdəli), "Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) və "Qızıl toy” (O.Kazımi, R.Heydər) tamaşaları təqdim olunacaq.
Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Svetlana Bulax, Ələkbər Əliyev, Boris Qrafkin, Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Marina Litvenonko, Firuz Məmmədov, Emil Heydərov, Nadejda Povelitsina, Gülçöhrə Abdullayeva, Yuliya Heydərova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Əli, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rauf Babayev, Güldanə Əzimova, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Beləki, 25 noyabr tarixində saat 19.00-da SSRİ Xalq artisti R.Haçıyevin "Qafqazlı qardaşqızı” əsəri böyüklər, 26 noyabr tarixində saat 12.00-da R.Şəfəq, V.Ziminin "Yağış göbələyinin macərası” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. O.Zülfüqarov və R.Heydərin "Dəcəl çəpişlər” əsəri isə 27 noyabr tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.
Həmçinin Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri də 24 noyabr saat 19.00-da Dövlət Musiqili Teatrında keçiriləcək.
Teatrsevərlər Musiqili Teatrın tamaşalarına 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər