Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-12-2016 13:37 | Bölmə: Mədəniyyət
Azərbaycan
Dövlət
Musiqili Teatrında həftəsonu 4 tamaşa nümayiş olunacaq.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, 17, 18 dekabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara "O olmasın, bu olsun” (Ü.Hacıbəyli), A.Sadıqovun səhnələşdirməsində "Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), "Toya bir gün qalmış” (Ə.Səmədli) və "Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin) tamaşaları təqdim olunacaq. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Əzizağa Əzizov, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Gülcahan Salamova, Marina Litvenonko, Gülnarə Abdullayeva, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlililər, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Əli, Aydan Həsənova, Fərid Rzayev, Rauf Babayev, Əmrah Dadaşov, Güldanə Əzimova, Zarina Qurbanova, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 17 dekabr tarixində saat 12.00-da Ş.Peronun "Yatmış gözəl və cırtdanlar” əsəri Azərbaycan dilində, 18 dekabr tarixində saat 12.00-da isə R.Şəfəq, V.Ziminin "Yağış göbələyinin macərası” tamaşası rus dilində uşaqlar üçün nümayiş olunacaq.
Teatrsevərlər Musiqili Teatrın tamaşalarına 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər