Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-12-2016 16:14 | Bölmə: Mədəniyyət / Xəbərlər

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev mükafata layiq görülüb.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Əliqismət Lalayev mədəniyyət sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.
Mükafat bu gün Ə.Lalayevə təqdim edilib. "Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmağım mənim üçün çox böyük, sevincli, əlamətdar hadisə oldu. Düşünürəm ki, bu gözəl mükafat Azərbaycan mədəniyyəti, incəsənəti, teatrı sahəsindəki fəaliyyətimə, əməyimə verilən ali bir qiymətdir. Buna görə Azərbaycan Respublikasının mədəniyyət vəturizm naziri cənab Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm. Səmimi-qəlbdən sevinirəm ki, belə bir mükafata layiq görülmüşəm. Bu mükafat yeni il öncəsi bayram ovqatıma əsl sevinc qatdı. Ümumilikdə, 2016-cı il mənim üçün, Musiqili Teatr üçün çox yaddaqalan, uğurlu, əlamətdar il oldu. Bir sıra yeni tamaşalar təhvil verdik. Kollektivimizin müxtəlif üzvləri Beynəlxalq müsabiqələrin laureatı oldu. Ölkə başçısının sərəncamı ilə mən də daxil olmaqla bir sıra əməkdaşlarımız dövlətimizin ali mükafatları ilə təltif olunduq. Bütün bunlar möhtərəm Prezidentimizin mədəniyyətimizə olan diqqətinin, qayğısının bariz nümunəsidir. Fürsətdən istifadə edib, cənab Prezident İlham Əliyev başda olmaqla bütün xalqımızı 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2017-ci il – Yeni il münasibətilə təbrik ediəm! Hər bir evə, hər bir ailəyə xoşbəxtlik, sağlamlıq, firavanlıq, bol ruzi-bərəkət, dövlətimizə əmin-amanlıq, rifah, uğur arzulayıram. Arzu edirəm ki, 2017-ci ildə uğurlarımız daha da çox olsun!”, - deyə Əliqismət Lalayev söyləyib.

Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər