Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 26-04-2017 17:55 | Bölmə: Mədəniyyət
Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, söhbət Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri əsasında hazırlanan "Balaca şahzadə” musiqili tamaşasından gedir. "Balaca şahzadə” bir çox yeniliklərlə zəngin olacaq. "Teatrımız bu il üçün növbəti Beynəlxalq layihənin hazırlıqlarına başlayıb. "Balaca şahzadə” tamaşası dünyanın müxtəlif ölkələrində yaşayıb-yaradan sənət adamlarının birlikdə araya-ərsəyə gətirmək istədiyi bir layihədir. Belə ki, tamaşanın bəstəkarı Amerika Birləşmiş Ştatlarını təmsil edən, bir sıra beynəlxalq müsabiqələrin laureatı, həmyerlimiz Ruslan Ağababayev, quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova, xoreoqrafı Rusiya Federasiyasının plastika üzrə məşhur rejissoru, Dövlət mükafatı laureatı, dünya şöhrətli baletmeyster Sergey Gritsay, musiqi rəhbəri Əməkdar artist, teatrımızın Baş xormeysteri Vaqif Məstanov, quruluşçu rəssamı əsərləri müxtəlif Beynəlxalq sərgilərdə uğurla nümayiş olunan çox istedadlı gənc rəssam Məryəm Ələkbərlidir. Məryəm Ələkbərlinin İtaliya, Almaniya, Türkiyə, Latviya, Fransada və xüsusi olaraq YUNESKO-da fərdi sərgiləri hər zaman böyük maraq doğurub. Bu səhnə əsərinə verdiyi quruluşda fərqli yanaşma tərzi yəqin ki, nəticədə ümumi işə xüsusi rəng qatacaq. Tamaşanın səhnə qrafikası isə Mehdi Məmmədova məxsusdur. Hazırladığımız səhnə əsərinin fərqli cəhətlərindən biri də baş rolu – Balaca şahzadə rolunu iki azyaşlı ifaçının – Rahib Məmmədovun və Atilla Məmmədovun canlandırmasıdır. Adətən bu tamaşada baş rolu professional aktyorlar oynayıblar. Amma biz azyaşlı ifaçılara etimad göstərmişik. Yeri gəlmişkən, Rahib Məmmədovu tamaşaçılar Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı” tamaşasından yaxşı tanıyırlar. Tatrın Yradıcılıq Studiyasında kamilləşən balaca aktyor "Yatmış gözəl və cırtdanlar” tamaşasında da Şahzadə Uilli rolunu uğurla ifa edib. Atilla Məmmədov isə bu il "Testene Art” Beynəlxalq İncəsənət Müsabiqəsində "Akademik vokal” nominasiyası üzrə qalib olub. Həmçinin Azrəbaycan və Gürcüstanın birgə təşkil etdiyi "Gələcəyin ulduzu” V Beynəlxalq müsabiqəsində II yeri tutub. 2016-cı ildə Türkiyədə keçirilən "O səs çoçuqlar” yarışmasında finalçı olub.
"Balaca şahzadə”nin bədii tərtibat, geyim, rekvizit, bədii dekor sahəsi işlərini "Tiexible solutions” şirkəti həyata keçirəcək. İnanıram ki, teatrımız bütün yaş qrupları üçün nəzərdə tutulan "Balaca şahzadə” musiqili tamaşası ilə daha bir uğura imza atacaq”, - deyə Musiqili Teatrın direktoru Əliqismət Lalayev bildirib.
Qeyd edək ki, tamaşanın rejissoru Əməkdar artist Nofəl Vəliyev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor asisstenti Sevinc Məmmədovadır. Tamaşada rolları Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Anton Ferştandt, Şövqi Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Emil Heydərov və Atəş Qarayev ifa edirlər.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər