00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Azərbaycanın yeganə batalist rəssamı: “Əsərlərimin böyük bir qismi Avropada nümayiş olunur”
Tarix: 26-10-2021 20:05 | Bölmə: Mədəniyyət

Təsviri sənətdə batal janrı müharibə və hərbi mövzulara həsr olunmuş əsərləri əhatə edir. Bu janrda qanlı savaşlar, döyüş səhnələri olduğu kimi təsvir edilir. Xalq qəhrəmanları, tarixi şəxsiyyətlərin döyüş zəfərləri sənətin bənzərsiz gücüylə tərənnüm edilir.
Azərbaycan rəssamlığında da batal janrı xüsusi yer tutur. Tarix boyu bir çox rəssamlarımız əsərlərində savaş səhnələrini böyük ustalıqla təsvir etsələr də, müasir Azərbaycan rəssamlığında bu janra müraciət edən fırça ustalarımızın sayı birdir.
Azərbaycanın ilk və yeganə batalist rəssamı Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, AMEA-nın Tarix İnstitutunun əməkdaşı Cəmaləddin İsmayılovdur.
C. İsmayılov Təhsil Nazirliyində baş rəssam kimi çalışıb və nazirliyin nəzdində dərslik və bədii kitabların tərtibatı ilə məşğul olub. Ölkə Prezidentinin Sərancamı ilə dünya ədəbiyyatının latın qrafikası ilə yenidən nəşr olunmasında, o cümlədən Azərbaycan Dövlət Ensiklopediyasının tərtibatında yaxından iştirak edib.

Azərbaycan Kinostudiyasında tərtibatçı rəssam kimi çalışıb, uzun illər Azərbaycan Dövlət İncəsənət Universitetində rəssamlıqdan dərs deyib.
Nizami Gəncəvinin 850 illik yubileyi ilə əlaqədar keçirilən sərgilərdə ulu öndər Heydər Əliyev onun əsərlərini yüksək qiymətləndirib. Dədə Qorqudun yubileyi çərçivəsində Dədə Qorqudun portretini işləyib və yubiley münasibətilə çap olunan “Kitabi-Dədə Qorqud” kitabına nəfis tərtibat verib.
O, Heydər Əliyev Fondunun təşkil etdiyi bir çox layihələrdə yaxından iştirak edir.
Reyting.az xəbər verir ki, əsərlərində əsasən batal janrına üstünlük verən fırça ustası C. İsmayılov ilə müsahibədə rəssam dünyanın müxtəlif ölkələrində sərgilənən əsərlərindən, gələcək planlarından danışıb.
- Cəmaləddin müəllim, ictimaiyyət arasında böyük marağa səbəb olan “Renesans” adlı rəsm əsərinizdə bütün dünya incilərini bir araya toplamısınız. Dəyəri 500 min manat qiymətləndirilən bu əsərdə intibah dövrünü əhatə edən məşhur rəsmlər, heykəllər, kitablar və s. əks olunub. Əsərdə Azərbaycanı necə təsvir etmisiniz?
- “Renesans” əsərinin tamamlanmasına təxminən üç il vaxt sərf olunub. Bu əsər Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi tamam olması ərəfəsində ölkəmizin dünya mədəniyyətində yerini göstərmək məqsədilə hazırlanıb.
Bəşəriyyətin ən yüksək inkişaf nöqtəsi olan mədəniyyət və incəsənətin intibah dövrünün əsas xüsusiyyəti mədəniyyətin mahiyyətcə kübar xarakter alması və insanı ön plana çıxarmasıdır.

Böyük sivilizasiyaların inkişafının təsdiqi olan intibah Şərqdən dünyaya yayılmağa başlamışdır. Yaponiya, Hindistan, Çin və s. kimi Asiya ölkələri böyük bir inkişaf yolu keçmiş və görkəmli mədəniyyət ustaları böyük əsərlər meydana gətirməyə başlamışlar. Bu intibahın pik nöqtəsi isə Avropaya təsadüf etmişdir.
Əsərdə italyan dilində sənətin yüksək pikə çatdığı inkişaf pilləsi anlamına gələn renesansın Şərqdən Avropaya gəlişinin təsviri verilib. Həmin dövrdə Avropada təsviri sənətdə, heykəltaraşlıqda, rəssamlıqda böyük dahilər – Rafael Santi, Mikalenjelo, Leonardo Da Vinçi, Klod Mone meydana çıxmışdır. Klassisizm və realizmin yüksək həddi olan Avropa rəssamlığının dünyada bənzəri yoxdur. Avropada sürrealizm janrında əsərlər ərsəyə gətirən Pablo Pikasso, Salvador Dalinin əsərlərindən daha yüksək inkişafın olması mümkünsüzdür.
Azərbaycan da bu inkişafdan geri qalmamış, ölkəmiz yüksək inkişaf etmiş mədəniyyətə və incəsənətə malik ölkələrdən biri olmaqla dünyaya əvəzsiz əsərlər bəxş etmişdir. Əsərdə bu kimi dünya mədəniyyəti inciləri arasında Azərbaycanın yerini təsvir etməyə çalışmışam.
Azərbaycan sənətkarları Şərqdə ilk dəfə miniatür sənətinin əsasını qoymuş, fərqli ornamentlərlə bəzədilmiş xalçalar ərsəyə gətirilmişdir. Təbriz, Ərdəbil, Gəncə, Şəki, Qusar, Xaçmaz xalça məktəblərində hazırlanan müxtəlif bölgələrə xas olan ornamentlərlə bəzədilmiş xalçalar dünyanın müxtəlif muzeylərində qorunub saxlanılır.
Bundan başqa, bu gün Bakı şəhərinin simvollarına çevrilmiş memarlıq abidələri, Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə kimi dünya şöhrətli rəssamlar tərəfindən əvəzsiz təsviri sənət nümunələri hazırlanmışdır.
“Renesans” əsərində Azərbaycan bu kimi möhtəşəm mədəniyyət və incəsənət nümunələri ilə təmsil olunur. Əsərin Azərbaycanla bağlı hissəsində Dədə Qorqudun rəsmini, Nizami Gəncəvi və Çingiz Abdullayevin kitabını, qədim musiqi alətlərimiz olan qopuz, tar və dəfi, ustadım Mikayıl Abdullayevin rəsm əsərini təsvir etmişəm.
- Ümumilikdə neçə əsər ərsəyə gətirmisiniz? Bir əsərinizin tamamlanmasına təxminən nə qədər vaxt sərf olunur?
- Təhsil Nazirliyində baş rəssam kimi çalışdığım müddətdə nazirliyin nəzdində dərslik və bədii kitabların tərtibatı ilə məşğul olmuşam. Ölkə Prezidentinin Sərancamı ilə dünya ədəbiyyatının latın qrafikası ilə yenidən nəşr olunmasında, o cümlədən Azərbaycan Dövlət Ensiklopediyasının tərtibatında yaxından iştirak etmişəm.

Lakin tarixi hadisələrə olan marağım bu işlərdən uzaqlaşmağıma, batal janrda əsərlər ərsəyə gətirməyə olan həvəsimi artırdı. Son 10 ildir ki, bu janrda əsərlərin hazırlanması ilə məşğulam. Hazırda əsərlərimin böyük bir qismi Avropanın bir çox ölkələrində sərgilərdə nümayiş olunur, bir qismi ölkəmizlə yanaşı, Almaniya, Türkiyə, Böyük Britaniyada, Fransada, Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin portreti isə hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindədir.
Bir çox əsərlərimin ərsəyə gəlməsinə illərlə vaxt sərf olunub. Bunlardan biri olan, türk dünyası üçün dönüş nöqtəsi hesab edilən və Türkiyənin tarixində böyük rol oynayan Malazgird döyüşünə həsr olunmuş əsərim 5 ilə tamamlanıb.
- Fəaliyyətiniz dövründə hansı tarixi şəxsiyyətlərin portretini yaratmısınız?
- Tarixi şəxsiyyətlərə həsr olunmuş əsərlər sırasında dahi şair Nizami Gəncəvi, Dədə Qorqud, alban hökmdarı Cavanşirin adlarını çəkə bilərəm.
- Nizami Gəncəvinin 850 illik yubileyi ilə əlaqədar keçirilən sərgidə dahi şairin yaradıcılığına həsr olunmuş əsərlər ərsəyə gətirmisiniz. Bu barədə məlumat verərdiniz.
- Həmin ərəfədə Nizaminin “Xəmsə”sini işləyib tamamladım və dahi şairin 850 illik yubileyi ilə əlaqədar keçirilən sərgidə nümayiş olundu. Nəhəng kağız üzərində yağlı boyalarla işlənilmiş əsər Gəncə şəhərinin fonunda təsvir olunub.
Ulu öndər Heydər Əliyev Nizami Gəncəvinin 850 illik yubileyi ilə əlaqədar keçirilən sərgidə Nizami Gəncəviyə həsr olunmuş əsərlərimi yüksək qiymətləndirdi. Bu hadisədən sonra Ümummili Lider və ailəsinə hədiyyə etmək üçün əsər işləmək qərarına gəldim. 2-3 il ərzində ərsəyə gələn bu əsəri təəssüf ki, Ulu Öndərin sağlığında tamamlayıb hədiyyə edə bilmədim.
- “Alazan döyüşü”, “Qavqamela döyüşü”, “Malazgirt döyüşü” kimi batal janrında rəsm əsərlərini yaratmaq ideyası hansı zərurətdən meydana gəldi?
- Bugünədək olduğum bütün muzeylərdə tarixi əsərlər axtarışında olmuşam. Xüsusilə Azərbaycan tarixində baş vermiş döyüş səhnələri hər zaman böyük marağıma səbəb olub. AMEA-nın Tarix İnstitutunda fəaliyyət göstərməyimin əsas səbəblərindən biri də tarixə olan marağımla bağlıdır.
Azərbaycanın müxtəlif dövrlərində müstəqillik uğrunda baş verən döyüşləri təsvir etmək üçün batal janrda əsərlər ərsəyə gətirməyə başladım. İlk olaraq Azərbaycan tarixində böyük bir hadisə kimi qiymətləndirilən Alazan çayı sahilində baş vermiş döyüşə dair əsər hazırladım. Həmin döyüşdə albanlar böyük şücaət göstərərək o dövrün ən güclü ordularından biri olan Roma ordusunun qarşısında mərdliklə vuruşmuşdular.
Hazırda “Alazan döyüşü” əsəri Londonda saxlanılır.
Daha sonra dünya tarixində ən məşhur döyüşlərdən biri olan “Qavqamela döyüşü” üzərində 2 ildən çox müddət işlədim. Bu döyüş Makedoniyalı İsgəndərin III Dara üzərində qələbə çalması nəticəsində Əhəməni imperiyasının sonuna səbəb olması ilə seçilir.
“Qavqamela döyüşü” əsərini hazırladığım müddətdə, eyni zamanda “Malazgird döyüşü” əsəri üzərində işləməyə başladım. Dünya tarixində böyük iz buraxmış Malazgirt döyüşü ilə bağlı əsərimdə Bizans imperiyasının sonu olan və türklərin Anadoluya daxil olmasına səbəb olan döyüş detalları ilə təsvir olunub.
Daha sonra böyük sərkərdə Cavanşir haqqında rəsm əsəri ərsəyə gətirmək üçün işlərə başladım. Hazırda bu əsər üzərində tamamlanma işləri gedir.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı böyük Qələbə, Qarabağın mədəniyyət paytaxtı hesab olunan Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə “Şuşa zəfəri” əsəri üzərində işləməyə başladım və 11 ay ərzində işlədiyim bu əsəri bu günlərdə başa çatdırmışam.
Azərbaycanın qazandığı bu Zəfər dünya tarixində olduqca əhəmiyyətli hadisədir. Çünki, hazırda dünyanın müxtəlif ölkələrində torpaqlar uğrunda gedən bütün mübahisələr həll olunmamış qalmaqdadır. Azərbaycan yeganə ölkədir ki, 30 ilə yaxındır ki, həll olunmamış qalan problemi həll etməyə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gücü ilə öz torpaqlarını geri qaytarmağa müvəffəq oldu.
- Qeyd etdiyiniz kimi, əsərləriniz ölkəmizdə bir neçə muzeydə sərgilənməklə yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycanda əsərlərinizə yetərincə qiymət verilirmi?
- Etiraf edim ki, Qərb ölkələrində bu janrda əsərlərə maraq daha çoxdur. Lakin ölkəmizdə də batal janrda əsərlər böyük maraqla qarşılanır.
Xüsusilə qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyev əsərlərimə hər zaman yüksək dəyər verib. Məni tarixi əsərlər üzərində işləməyə həvəsləndirən də məhz Ümummili Liderin əsərlərimə göstərdiyi diqqət olmuşdur.
- Azərbaycanda batalist məktəbin yaradılması və bu janrın inkişafına nail olmaq üçün nə kimi işlər görülməlidir?
- Azərbaycanın ilk və yeganə batalist rəssamı kimi deyə bilərəm ki, ölkəmizdə batalist məktəbin yaradılması üçün rəssamlarımızda, ilk növbədə, tarixi hadisələrin içində olmağa, bu janrda işləməyə böyük sevgi olmalıdır.

Fransa, Almaniya, İtaliya, İspaniya, eləcə də Rusiyada batal janrının inkişafı böyük bir dövrü əhatə edir. Bu ölkələrin həmin sahədə təcrübəsinin öyrənilməsi üçün rəssamlarımızın üzərinə böyük iş düşür. Çünki, batal janrda əsər ərsəyə gətirmək üçün geniş dünyagörüşə malik olmaq, həmin dövrü (geyimləri, silahları, bayraqları və s.), baş verən tarixi hadisələri dəqiqliyi ilə bilmək lazımdır. Bu sahədə ətraflı məlumat toplamaq üçün internet əhəmiyyətli mənbələrdəndir.
Bu sahəyə marağı olan istedadların aşkara çıxarılması batal janrının ölkəmizdə inkişafı baxımından zəruridir.
- Gələcək planlarınız barədə məlumat verərdiniz. Yaxın zamanda yeni əsərlərin hazırlanması nəzərdə tutulurmu?
- Yaxın zamanlarda İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azad olunması uğrunda müxtəlif istiqamətlər üzrə apardığı döyüşləri təsvir etmək üçün yeni əsərlər ərsəyə gətirməyi planlaşdırıram. Bununla yanaşı, türk ölkələri tarixində baş verən böyük vuruşmaları canlandırmaq üçün əsərlər üzərində işləmək gələcək planlarım sırasındadır.

Qeyd edim ki, bu əsərlərin hər birinin ərsəyə gəlməsi üçün çox vaxt tələb olunur. Əsərlər üzərində işlədiyim zaman sanki həmin dünyaya daxil oluram, real dünya problemlərindən uzaqlaşıram. Uğurlu əsərlər ərsəyə gətirməyin sirri də məhz bundadır.
Müsahibəni apardı: Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant
Bölməyə aid digər xəbərlər

Dünən, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb
16-01-2026, 11:44
Zoi Saldana ən çox gəlir gətirən aktrisadır
16-01-2026, 09:58
Məşhur aktyor süni intellektdən qorunmağa çalışır
16-01-2026, 08:15
Qədim Quranın nüsxələri muzeyə verilib
14-01-2026, 17:09
İlham Əliyev "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasını təsdiqləyib
14-01-2026, 15:37
Çingiz Abdullayev: “Üzvlük üçün pul yığılır deyə utanıram…”
14-01-2026, 12:23
Yazıçılar Birliyinə üzvlük dayandırılıb
14-01-2026, 00:08
Məşhur aktyorun adı “Ən pis aktyor"lar siyahısına salınıb
10-01-2026, 09:46
Yeni çəkiləcək filmin aktyorları məlum olub
9-01-2026, 15:33
Dil Komissiyasının tərkibinə yeni üzvlər daxil edilib
9-01-2026, 12:06
"Üzeyir Hacıbəyli Mükafatı"nın qalibləri seçilib
8-01-2026, 18:45
Puşkinin abidəsinin yerinə Trampın büstünün qoyulması təklif edilir
8-01-2026, 15:02
Musiqi müəllimlərinin attestasiyası bu il başa çatdırılacaq
8-01-2026, 13:35
Üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric ediləcək
7-01-2026, 17:43
Xalq artisti Cahangir Novruzov təltif olunub
6-01-2026, 10:03
Cəlilabadda qədim saxsı qablar tapılıb
30-12-2025, 12:11
Məşhur aktyor Fransa vətəndaşlığı alıb
30-12-2025, 10:59
Sabah Bakıda atəşfəşanlıq olacaq

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər