Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-04-2016 13:56 | Bölmə: Mədəniyyət / Xəbərlər

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində vəziyyətin gərginləşməsi sənət dünyasında da canlanma yaradıb. Müğənnilər əsgər libasında cəbhə bölgəsinə gedib, gözəl fotossesiyalar etdirirlər. Amma onların repertuarı hərbi-vətənpərvərlik ruhunda yazılan mahnılar sarıdan çox kasaddır. Ona görə də efirlərdəvəsəngərlərdə əsasən iki-üç mahnıya müraciət edilir.
Xalq artisti Mübariz Tağıyev "Reytinq"ə müsahibəsində bunun səbəblərinə aydınlıq gətirib.
"Bu savaşda biz müğənnilər də boş dayanmamalıyıq",-deyən xalq artistinin sözlərinə görə, belə bir vəziyyətdə müğənnilərin əsas işi hərbi-vətənpərvərlik ruhunda yazılan mahnıları ifa edərək əsgərləri ruhlandırmaqdır:
"Bu savaş başlayandan hərbi-vətənpərvərlik ruhunda yazılan mahnılar kifayət qədər səsləndirildi. Gənc nəsilin nümayəndələri də həmin mahnıları dinlədilər.
Əvvəl bir müsabiqə keçirilmişdi. Həmin müsabiqə hərbi-vətənpərvərlik ruhunda yazılan mahnılara həsr olunmuşdu. O müsabiqədə nə qədər istedadlı uşaqlar tanındı. Hazırda bu ruhda oxuyan ifaçılarımız çoxdur.
Ancaq bu gün vəziyyət tam başqadır. Yəni, hazırda məkan şou-biznesindir. Biznes bazarı tüğyan edir. Beləbir bazarda hərbi-vətənpərvərlik ruhunda yazılan mahnılar işləmir. Yəni, bu mahnılarla pul qazanmaq olmur.
Bu gün Azərbaycan sənət dünyasının demək olar, əksəriyyətinin repertuarı şou-biznesə köklənir. Ancaq zaman göstərdi ki, ölkənin ağır günləri də olur. Belə günlərdə hərbi-vətənpərvərlik ruhunda yazılan mahnılara üstünlük verilir.
Baxın, bu bir neçə gün sübut etdi ki, Azərbaycan gəncləri döyüşgən vəziyyətdədir. Onlar hər an savaş, səngər istəyir. Bütün gənclər müharibəyə hazırdır.
Deyirdilər ki, müharibə olarsa, çoxu getməz, qorxar. Görürsünüz, təkcə Bakı deyil, bütün dünya azərbaycanlıları ayağa qalxdı".
M.Tağıyev düşünür ki, yaxın müddətdə hərbi-vətənpərvərlik ruhunda yazılan mahnıların sayı artacaq.
Amma bir məsələ də var, vətənpərvərlik ruhunda yeni mahnılar yazılsa da, onların heç biri əvvəl yazılmış mahnıların yerini vermir, keyfiyyət problemi olur.
Xalq artisti də bu problemin mövcudluğunu inkar eləmir:
"Gərək hərbi-vətənpərvərlik ruhunda yazılan mahnılar tamaşaçıya, cəmiyyətə çatsın, ürəklərə yol tapsın, həqiqətə uyğun olsun. İfaçı, bəstəkar, şair - bütövlükdə bu ruhda bir harmoniya yaranmalıdır.Əfsuslar olsun ki, bu yoxdur. Biz bu ruhda yazılan mahnılardan kasadıq. Danılmaz fakdır ki, hərbi-vətənpərvərlik ruhunda yazılan 10 mahnıdan 2-si yaxşı ola, ya olmaya".
İndi hər kəsin öz "bazarına" uyğun mahnı axtardığını qeyd edən ifaçı deyib ki, gərək, vətənpərvərliyi tərənnüm edən mahnıları peşəkar bəstəkarlar yazsın:
"Mən şou-biznes əhlini də qınamıram, ailəsi var, qonorar gözləyir, bir tikəçörək qazanmaq üçün ona yüngül mahnı lazımdır. Sənətdə, musiqidə çox prolemlər var. Mənə elə gəlir ki, bu ruhda yazılacaq mahnılara sifariş olmalıdır. Ya telekanallar, ya Müdafiə Nazirliyi, ya da Milli Televiziya və Radio Şurası – yəni kimsə bu işlə məşğul olmalıdır. Peşəkar bəstəkarlar bu işə səfərbər olmalı, bu janrda mahnılar üçün sifariş verilməlidir.
Müsabiqəyolu iləolanda, daha yaşı olur. Amma bu gün cəmiyyətdə müəyyən təbəqə var ki, onlar müsabiqələrəbirtəhər baxırlar. Mən isə fərqli düşünürəm. Burada təmanna məsələsi olmamalıdır. Çünki söhbət bu vətəndən, bu torpaqdan, bu janrdan gedir.
Eyni zamanda bunun üçün studiya olmalıdır. Mahnıların oranjimanı, min oyunu var".
Əvvəlki illərlə müqayisədə indi vətənpərvərlik ruhunda yazılan mahnıların azlığına gəlincə, xalq artisti deyib ki, hər bir müğənninin repertuarında bu janrda bircə mahnı olsa, kifayət edər:
"Bəli, bu janrda mahnı çox azdır. Mən bu barədə müğənnilərə dəfələrlə demişəm ki, repertuarınızı zən-ginləşdirin. Torpaqlar nə qədər tapdaq altındadı, buna ehtiyac olacaq. Amma bunu kimsəedir, kimsəetmir...
Bir məsələ də var, əgər müğənni hərbi-vətənpərvərlik ruhunda olan mahnını oxuya, bəstəkar isə bunu ruhları oxşayan şəkildə yaza bilməyəcəksə, onda danışmağa dəyməz. Bu, çox çətin məsələdir. Belə bahnını üzə çıxarmağa dəyməz.
Eldar Mansurovun, yaxud da Cavanşir Quliyevin mahnıları, marşları müharibəüçün yazılıb. Amma buna baxmayaraq, yenə təkrar edirəm, bu gün müharibə ruhunda mahnılar çox azdır".
Bəzi müğənnilər əsgər paltarı geyib, cəbhə bölgəsində fotossesiya etdirsələr də, Şəmistan Əlizamanlının ifa etdiyi və neçə il bundan əvvəl yazılmış mahnını oxumaq məcburiyyətində qaldı. Çünki öz repertuarları belə mahnılar sarıdan çox kasaddır. Mübariz Tağıyev isə bundan təəssüflənir: "Təəssüf ki, bu, belədir. Mən bu ittihamla razıyam. Ordunun qarşısına çıxarkən bir məqsədin olmalıdır. Orada necə mahnı oxumaq lazımdır... İfa onu oxuyan müğənninin səs imkanlarına uyğun olmalıdır. Yoxsa geydin əsgər paltarını, getdin cəbhəyə, fotossesiya etdirdin, amma Şəmistan Əlizamanlının mahnısını oxudun... Bu, normal deyil, axı.
Bəzi müğənnilərimiz belə mahnılar haqqında düşünmürlər. Gərək bəstəkarlara sifariş versinlər, reper-tuarlarında yaxşı mahnı görmək istədiklərini bildirsinlər. Bunu üçün isə peşəkar bəstəkarlarla işləmək lazımdır".
Sonda xalq artisti cəbhəyə yollanmağa hazır olduğunu da diqqətə çatdırıb: "Mən yaşımın bu vaxtında da cəbhəyə getməyə hazıram. Hərbi təcrübəm də var".
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər