00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Baş rejissor: “İmitasiya yaratmaqla heç nəyə nail olmayacağıq” - Müsahibə
Tarix: 26-11-2022 23:45 | Bölmə: Mədəniyyət

Təkcə baş rejissoru olduğu “YUĞ” Dövlət Teatrını deyil, ümumilikdə Azərbaycan teatrını Avropadakı səhnə sənətində baş verən proseslərin bir parçası kimi görmək istəyir. İstedadı, savadı, zəhmətsevərliyi sayəsində düşüncələrini həyata keçirməyə çalışır, yeni layihələr, təkliflər hazırlayır.
Azərbaycanın müxtəlif teatrlarında, həm də Rusiya, Qazaxıstan, Moldova və digər ölkələrdə tamaşalara quruluş verir.
Yaradıcılıq işləri ilə xaricdə də adından söz etdirən istedadlı teatr rejissoru, “Zirvə” mükafatı laureatı Mikayıl Mikayılov Bakıvaxtı.az-a müsahibə verib.
Reyting.az müsahibəni təqdim edir:
- Mikayıl bəy, bir neçə ay öncə bizim teatr aləmində çox nadir hallarda rast gəlinən hadisə baş verdi. “YUĞ” Dövlət Teatrının kollektivi mədəniyyət nazirinə məktub yazaraq sizi bu teatra baş rejissor göndərməyi xahiş etdilər...
- Doğma kollektivdən belə bir münasibət görmək təbii ki, məni sevindirir və qürur verir. Üstəlik, bu etimadın məsuliyyət doğuran tərəfi də var. Mən də bu teatrın kollektivinə eyni dərəcədə hörmət və istəklə yanaşıram. Başqa cür də ola bilməz, mən “YUĞ” da böyümüşəm, anam - əməkdar artist Sonaxanım Mikayılova bu teatrda çalışdığından “YUĞ” hələ Dövlət Akademik Milli Dram Teatrının dördüncü mərtəbəsində fəaliyyətə başladığı dövrdən teatra gəlib-getmişəm, kollektivin gözü qabağında olmuşam. Sonra tale elə gətirdi ki, mən bu teatrda çalışdım, rejissor kimi tamaşalara quruluş verdim. Ona görə də məni baş rejissor görmək istəmələri ilə bağlı müraciətlərinə təbii yanaşmaq olar.
Bir məsələni də qeyd edim ki, kollektivin məktubundan əvvəl bu vəzifə Mədəniyyət Nazirliyindən mənə təklif edilmişdi, amma...
- Reaksiyanız necə oldu?
- Normal. Sadəcə, həmin vaxt konkret cavab deyə bilmədim, çünki həm yaradıcılıq işlərimlə bağlı xarici ölkədə idim, həm də bəzi məsələləri dəqiqləşdirmək üçün mənə zaman lazım idi.

Bayaq vurğuladığım kimi, Vaqif İbrahimoğlunun yaratdığı bu teatrı yaxından tanıyıram, yaradıcı kollektivin gücünə, potensialına bələdəm, eyni zamanda, problemləri də bilirəm. 30 ildən artıq fəaliyyət göstərən “YUĞ” bu gün özünün ən çətin bir mərhələsini yaşayır. Bu çətin mərhələni uğurla keçmək, kollektivin daxilindəki enerjidən doğru-düzgün yararlanmaq və bunu inkişaf etdirmək üçün düşüncələrim, planlarım və təkliflərim var. Mədəniyyət Nazirliyində aidiyyəti şəxslərlə görüşüb proqramımı təqdim etmişəm, eyni zamanda, teatrımızın hər bir aktyoru ilə də ayrı-ayrılıqda söhbət edib fikirlərimi açıqlamışam, müzakirə aparmışam. Biz həqiqətən də yaradıcılıqla məşğul olmaq, inkişaf etmək, dünya teatrlarında gedən proseslərə qoşulmaq, müasir çağırışlara uyğun addım atmaq və bu işə töhfə vermək istəyiriksə hökmən müəyyən ciddi işlər görməli, əziyyətə qatlaşmalıyıq. Köhnə düşüncə ilə işə yanaşmaq, imitasiya yaratmaqla heç nəyə nail olmayacağıq.
- Gənc və yeni baş rejissorun proqramında bilmək olarmı konkret nələr var?
- Bu proqramda müxtəlif təkliflər var, dediyim kimi, həm nazirlik, həm də truppamız bu barədə məlumatlıdır. Teatr ictimaiyyəti üçün açıqlanmalı məsələləri qeyd edərkən ilk növbədə nələrin üstündə dayanardım? Məlum olduğu kimi, təkcə Rusiyada deyil, dünyanın əksər ölkələrində teatr mərkəzləri fəaliyyət göstərir. Mən də “YUĞ”un gələcəyini Vaqif İbrahimoğlu Mərkəzi kimi görürəm. Yəni, burda təkcə tamaşalar hazırlanmasın, müxtəlif teatr poetikaları, cərəyanları barədə elmi tədqiqatlar, araşdırmalar aparılsın. “YUĞ” keçdiyi və təqdim etdiyi yol, teatrın potensialı buna tam imkan verir. Biz həm də bu teatra gənclərin gəlməsinə, studiyanın açılmasına, yaradıcılıq imkanlarını göstərmək üçün onlara meydan verilməsinə çalışmalıyıq.
Festivallarla da bağlı müxtəlif layihələrim var. Avropadakı teatrlarla əməkdaşlıq məsələləri ilə bağlı da layihə hazırlamışam, artıq bununla bağlı müəyyən addımlar atmağa başlamışıq. Yəni, iş görmək üçün təkliflər, planlar çoxdur və bir məsələni də yeri gəlmişkən qeyd edim, bu proqram üzərində işləyərkən necə deyərlər, velosiped icad etməmişəm. Buna heç ehtiyac da yoxdur, dünyada, Avropada bu sahədə gedən prosesləri izləmək, öyrənmək və uğurla tətbiq etmək yetər. Ətrafımızda baş verən teatr proseslərini yaxından izləyən, başqa ölkələrdə tamaşalara quruluş verən rejissor kimi deyə bilərəm ki, biz sürətdə geri qalırıq. İrəli getmək, bugünkü inkişafla ayaqlaşmaq, həqiqətən də nələrinsə müsbətə doğru dəyişməsini istəyiriksə tempi artırmalıyıq. Yoxsa heç nə alınmayacaq...
- Teatr kollektiv sənət olduğundan onun bütün komponentləri gərək bu tempə hazır olsun. Rejissor, aktyor, dramaturq, rəssam potensialımız buna imkan verirmi?
- İnsan öz potensialını nə zaman inkişaf etdirir? Təbii ki, ona tələbatın artdığını hiss edəndə, gördüyü işinə dəyər verildiyini görəndə. Bu məsələdə rəqabət mühitinin olması da vacibdir. Rəqabət mühiti deyəndə nəyi nəzərdə tuturam? Düşünürəm ki, teatrlarımız tez-tez xarici ölkələrə qastrollara getməli, beynəlxalq festivallarda mütəmadi iştirak etməlidir. Çünki sən təkcə fərqli mədəniyyətlərlə tanış olmursan, həm də öz potensialını, gücünü müqayisə edə bilirsən, nələrisə öyrənmək imkanı qazanırsan.
- Xarici qastrollardan, festivallardan söhbət düşmüşkən, “YUĞ” bu günlərdə Qazaxıstanda keçirilən beynəlxalq festivaldan qayıdıb. Bəlkə bu barədə də danışaq...
- Teatrımız bu ayın əvvəlində Qazaxıstanın Almatı şəhərində keçirilən Mərkəzi Asiya ölkələrinin VIII Beynəlxalq Teatr Festivalında iştirak etdi. Bu festival barədə danışmazdan öncə mən Qazaxıstanın teatr mühiti haqqında qısaca məlumat vermək istəyirəm. Oradakı prosesləri yaxından izləyən və bu ölkənin müxtəlif teatrlarında tamaşalar hazırlayan rejissor kimi deyə bilərəm ki, Qazaxıstanın teatral həyatı məni yaxşı mənada təəccübləndirir. Təsəvvür edin, bu ölkədə il ərzində 15-20 beynəlxalq teatr festivalı təşkil edilir və bu festivallar təkcə paytaxtda deyil, ayrı-ayrı şəhərlərdə keçirilir, önəmlisi odur ki, onların bəziləri A kateqoriyalıdır. Yeri gəlmişkən, Gürcüstan, adını çəkmək istəmədiyim digər qonşu ölkə də A kateqoriyasına daxil festivallar keçirir. Düzdür, son illər Azərbaycanda da teatr festivalları təşkil edilir, çox istərdim bizdə də belə A kateqoriyalı beynəlxalq festivallar olsun, dünyanın tanınmış rejissorları, məşhur teatr kollektivləri, görkəmli teatrşünaslar Azərbaycana gəlsinlər, tamaşaçılarımız dünya şöhrətli teatrların tamaşalarını canlı izləyə bilsinlər. Bütün bunlar baş vermədən biz dünyada gedən teatr proseslərinin bir hissəsi ola bilməyəcəyik.

Almatı festivalına gəlincə, “YUĞ” festival təşkilatçılarına bir neçə yeni tamaşamızın lentlərini göndərmişdi və onların arasından mənim quruluş verdiyim “Kloun Bizzz” seçilmişdi. Qeyd edim ki, səhnə əsəri Matey Vişnekin məşhur “Qoca kloun tələb olunur” əsəri əsasında hazırlanıb. Bu əsərə dünyanın müxtəlif teatrları müraciət edib.
- Əsər ahıl yaşına çatan 3 qoca klounun həyatı barədədir. Amma sizin tamaşada rolları qadınlar oynayır...
- Mənim düşüncəmə görə klounun cinsi olmur. Bizim tamaşada aktrisalar kişi kostyumlarında çıxış edirlər, yəni bilinmir bunlar qadındır, yoxsa kişi. Təqdim etdiyimiz “Kloun Bizzz” tamaşasının belə bir yozumu, aktrisalarımızın oyunu festivalda maraqla qarşılandı. Festival günlərində bir qazax dramaturqu ilə tanış olduq, o, Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında pyes yazıb, əsərini mənə təqdim etdi və “YUĞ”la əməkdaşlıqda maraqlı olduğunu bildirdi.
- “YUĞ” teatrının gələcəyi və inkişafı ilə bağlı düşüncələrinizlə tanış olduq. Öz binası belə olmayan teatrda bütün bunları həyata keçirmək olacaqmı?
- Bildiyiniz kimi, bəlli səbəblərdən “YUĞ” beş ildən çoxdur ki, Dövlət Kukla Teatrının binasına sığınıb. Belə bir vəziyyətdə işləmək təbii ki, asan deyil. Amma teatrımıza bina ayrılması ilə bağlı Mədəniyyət Nazirliyi müəyyən işlər görür, müxtəlif məkanlar nəzərdən keçirilir. Təklif olunan yerlərə mən özüm də gedib baxmışam, aparılan müzakirələrdə iştirak etmişəm. İnanıram ki, proses müsbət sonluqla yekunlaşacaq və biz tamaşaçılarımızı öz yeni binamızda qəbul edə biləcəyik. Və həmin məkanda “YUĞ” öz estetikasına uyğun yüksək səviyyəli tamaşalar hazırlayacaq. Başqa cür də ola bilməz, biz “YUĞ” teatrının mədəniyyətimizin tarixi köklərinə, mifologiyasına söykənən estetikasını yaşatmalıyıq. Fenomenal insan olan Vaqif İbrahimoğlunun yaratdığı bu teatrı yaşatmaq, onun qoyduğu yolu inkişaf etdirmək bizim missiyamızdır. Vaqif İbrahimoğlu təkcə öz teatrını yaratmayıb, həm də Azərbaycan mədəniyyətinin inkişafı prosesinə vacib bir təkan verib. Söhbətimizin əvvəlində mən Vaqif İbrahimoğlu Mərkəzinin yaradılmasını təsadüfən qeyd etmədim, keçilən bu mərhələ, görülən işlər araşdırılmalı, öyrənilməlidir. Necə oldu ki, bizdə belə bir teatr yaradıldı, milli teatrımıza, ümumilikdə incəsənətimizdə hansı yeniliklər elədi, ölkədən kənarda necə tanındı? Bütün bu məsələlərə elmi yanaşma vacibdir. Yenə demək istəyirəm ki, “YUĞ” teatrının yaşamağa, öz ayrıca binasında fəaliyyət göstərməyə tam haqqı var, inşallah belə də olacaq.
- Siz ölkədən kənarda tamaşalar hazırlayan rejissorlardansınız. Yeni hansı təkliflər var?
- Moldovada fəaliyyət göstərən teatrlardan birindən təklif almışam, gələn ilin ilk aylarında həmin ölkəyə gedib məşqlərə başlayacağıq, bununla yanaşı Qazaxıstanın Almatı və Karaqanda şəhərlərindəki teatrlardan əməkdaşlıq təklifləri də var, hazırda pyes seçimi və digər detalları müzakirə edirik. Yəqin ki, ilin sonuna kimi bütün bu məsələlərə aydın gələcək.
- Növbəti müsahibədə müzakirə üçün yeni mövzular olacaq deməli...
- İnşallah.
Etibar Cəbrayıloğlu
Bölməyə aid digər xəbərlər

Dünən, 00:51
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
30-01-2026, 23:15
5000 illik tapıntı tarixi kəşfə səbəb olub
30-01-2026, 17:17
Mətbuat Şurasında Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
30-01-2026, 13:26
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
29-01-2026, 22:28
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
29-01-2026, 13:41
Əli Əsədov sərəncam imzalayıb
29-01-2026, 07:16
"Qanundan kənar" filminin nümayişinə razılıq verilib
29-01-2026, 00:05
Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
28-01-2026, 18:57
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - Sərəncam
28-01-2026, 14:51
Vaqif Səmədoğlunun həyat yoldaşı: "Mən istəmədim ki, övladımız olsun"
28-01-2026, 11:48
Timurun çəkdiyi film "Avatar"-dan önə keçib
27-01-2026, 16:08
Nazirlik ixtisara düşən bədii rəhbərlərlə bağlı açıqlama yayıb
27-01-2026, 10:07
AzTV-də direktor təyinatı olub
24-01-2026, 18:41
Məsumə Babayeva vəfat edib
23-01-2026, 15:27
Azərbaycanda 92 audiovizual media subyekti var
23-01-2026, 14:35
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad edib
22-01-2026, 16:49
Məşhur kinoaktyora yeni filmdə rol vermək istəyirlər - Foto
22-01-2026, 16:42
Şərif Ağayar Rəşid Behbudovun ailəsindən üzr istəyib
22-01-2026, 16:29
Yazıçılar Birliyində üzvülük haqqı qalmaqalı böyüyür
21-01-2026, 11:26
Niyaməddin Musayev: “Ayıbdır, adam öz sənətini satarmı?"
19-01-2026, 14:10
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları açıqlanıb
19-01-2026, 13:57
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
19-01-2026, 12:08
Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
19-01-2026, 11:17
Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
19-01-2026, 09:46
Leyla Əliyeva Zəfər Muzey Kompleksində olub - Fotolar
17-01-2026, 18:18
“Səkkiz” serialının “Park Cinema”da yayımı dayandırılıb
17-01-2026, 11:20
Kino şirkətləri arasında yeni rəqabət başlayıb
17-01-2026, 00:13
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı olub
16-01-2026, 14:33
Rasim Balayevin səhhətində problem yaranıb
16-01-2026, 11:44
Zoi Saldana ən çox gəlir gətirən aktrisadır
16-01-2026, 09:58
Məşhur aktyor süni intellektdən qorunmağa çalışır
16-01-2026, 08:15
Qədim Quranın nüsxələri muzeyə verilib
14-01-2026, 17:09
İlham Əliyev "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasını təsdiqləyib
14-01-2026, 15:37
Çingiz Abdullayev: “Üzvlük üçün pul yığılır deyə utanıram…”
14-01-2026, 12:23
Yazıçılar Birliyinə üzvlük dayandırılıb
14-01-2026, 00:08
Məşhur aktyorun adı “Ən pis aktyor"lar siyahısına salınıb
10-01-2026, 09:46
Yeni çəkiləcək filmin aktyorları məlum olub
9-01-2026, 15:33
Dil Komissiyasının tərkibinə yeni üzvlər daxil edilib
9-01-2026, 12:06
"Üzeyir Hacıbəyli Mükafatı"nın qalibləri seçilib
8-01-2026, 18:45
Puşkinin abidəsinin yerinə Trampın büstünün qoyulması təklif edilir
8-01-2026, 15:02
Musiqi müəllimlərinin attestasiyası bu il başa çatdırılacaq
8-01-2026, 13:35
Üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric ediləcək
7-01-2026, 17:43
Xalq artisti Cahangir Novruzov təltif olunub
6-01-2026, 10:03
Cəlilabadda qədim saxsı qablar tapılıb
30-12-2025, 12:11
Məşhur aktyor Fransa vətəndaşlığı alıb
30-12-2025, 10:59
Sabah Bakıda atəşfəşanlıq olacaq

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər