00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Gələcək üçün yazılmış kitab
Tarix: 08-03-2020 14:16 | Bölmə: Kənan HACI

“Qalibiyyət: şahidlər və şəhidlər”.
Bu iki cilddən ibarət fundamental kitab bir Azərbaycan qadınının, bir ananın, bir bacının 2016-cı ilin aprel döyüşlərində şəhidlik məqamına yüksəlmiş Vətən oğullarına ağısıdır, oxşamasıdır. Amma bu ağı mübarizəyə səsləyən ağıdır. Bu ağı qəvi düşmənin üzərinə od püskürən bir ağıdır. Aida xanımın ürək qanıyla yazdığı şəhidlik dastanı sanki minalanmış ərazidir, düşmən yaxınlaşınca külünü göyə sovuracaq. Bu kitab şəhidlərin ölümsüzlüyünə şəhadət verən bir kitabdır. Bu kitabı Azərbaycan qadını, sözüylə döyüşən cəngavər qələm sahibi qələmə alıb. Sözləri, kəlmələri qəlbinin şəfqəti ilə, ruhunun sızıltılarıyla itiləyib, hər şəhid anasıyla görüşdə sanki o da bu böyük itginin ağırlığı altında əzilib, qanlı göz yaşı çöhrəsini şırım-şırım edib...
Bu kitab Azərbaycan əsgərinin qələbəsi haqqındadır. Müəllif o qələbəyə aparan yollardan keçir, o şəhidləri vətənə qurban deyən ataların, anaların yaralı qəlb sızıltılarını, göynərtili xatirələrini sözün yaddaşına köçürür. Şəhidlər haqqında şahidlər danışır və bu şahidlər həm də onların valideynləridir.
Elə qəhrəmanlar var ki, bioloji olaraq sağ qalır, amma ideyaca ölür. Amma elə şəhidlər də var ki, cismi torpağa qarışır, uğrunda döyüşdüyü dəyərlər əbədi olaraq yaşayır. Aida xanımın yazdığı bu kitabın əsas məziyyətlərindən biri şahidlərin danışdığı əhvalatların vahid süjet xəttinə tabe etdirilərək bütöv bir mətn kimi təqdim olunmasıdır. Müəllif özünəməxsus təhkiyə tərzi və unikal həssaslıqla, araşdırıcı fəhmi ilə bu qan süzülən, kədər yağan hadisələri, qəhrəmanların döyüşkən xarakterini, onların valideynlərinin, dost-tanışlarının xatirələrini, xalqın mübarizə ruhunu bəzi hallarda bədii təsvir vasitələrindən ustalıqla istifadə edərək gözlərimiz önündə canlandırır.

A. Eyvazlı
Mən bu kitabı oxuyarkən Belarus yazıçısı, bir neçə il bundan öncə Nobel mükafatı almış Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” romanını xatırladım. Xatırlayıram, əsəri oxuduğum müddətdə neçə dəfə təzyiqim qalxdı, ürək dərmanı qəbul etdim, amma kitabı yarımçıq saxlamadım, oxuyub bitirdim. Həyatım boyunca bu cür dəhşətli əsər heç vaxt oxumamışdım. Dəhşət sözü belə bu sarsıntını tam ifadə etmir. Bu əsər təxəyyül məhsulu deyil, yazıçı heç nəyi uydurmur. Şahidlər danışır, qadınlar... Müharibə başlayanda sevib-sevilmək çağlarını yaşayan, ürəyi həyat eşqiylə çırpınan və bir günün içində odun-alovun içinə düşmüş, başına mərmilər yağan qızlar... Könüllü olaraq ön cəbhəyə atılan, kişilərlə çiyin-çiyinə döyüşən qızlar, gördüyü dəhşətlərdən bir gecədə saçı ağaran qızlar... Həlak olmuş ərinin, qardaşının, sevgilisinin intiqamını almaq istəyən qadınlar, silaha yerikləyən qadınlar...
Yüzlərlə şahidi dinləyən və onların danışdıqlarını sonradan yazıya köçürən bu qadın yazıçının səbrinə, dözümünə heyrət etmişdim. Səhifələrdən qan fışqırır, ah-nalə, inilti səslərindən huşunu itirmək həddinə çatırsan. Svetlana Aleksiyeviç bu romanı müharibədən sağ çıxmış qadın döyüşçülərin danışdıqları əsasında qələmə alıb. Eynən həmin hisləri Aida Eyvazlının əsərini oxuyanda yaşadım.
Bilmirsən hardan, nədən başlayasan... Bu cümləni yazandan sonra uzun müddət monitora baxıb düşünürəm. Uzun müddət... Müharibə haqqında oxuduğum kitabları xatırlayıram. Remarkı, Heminqueyi, Şoloxovu, Henrix Böllü, Vonnequtu... Müharibə bu yazıçıların taleyini zədələyib keçib. Tale həm də ömür sözünün sinonimidir. Remarkın “Dönüş yolu” romanından bir detal yadıma düşdü; əsərin qəhrəmanı, döyüşlərdən sağ çıxmış Ernst deyir ki, “sülh imzalanandan sonra evimizə qayıdanda amerikalı əsgərlərlə üz-üzə gəldik. Bir birimizə yaxınlaşdıq. Söhbət elədik. Biz bir-birimizi niyə öldürdüyümüzü bilmirdik”. Bu, həm də Remarkın özünün taleyidir. Heminquey könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollanmışdı. Amerika Qırmızı Хaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. “Əvida, silah”, “Əcəl zəngi” əsərlərində Heminqueyin gördüyü, şahidi olduğu müharibə öz əksini tapmışdı.
Müharibə ədəbiyyatından danışarkən “Sakit Don”u (M. Şoloxov), “O illərin çörəyi”ni (H. Böll), “Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü”nü ( K. Vonnequt) xatırlamamaq mümkün deyil. Amma bütün hallarda biz bu əsərləri bədii əsər kimi oxuyuruq, yazıçı təxəyyülünün məhsulu kimi qavrayırıq. Aida xanımın kitabında şahidlərin dilindən nəql olunan əhvalatlar isə təxəyyülün məhsulu deyil, bu kitabda heç təxəyyülə ehtiyac da yoxdur.
Atalar, analar övladlarının gələcəklə bağlı xəyallarından, arzularından, nakam sevgilərindən, təbəssümündən, hər hansı bir hadisəyə reaksiyasından, ailədəki davranışından, dostlarıyla münasibətlərindən, hansı yeməyi xoşlamasından... hər şeydən danışırlar və indi onlara qalan da heç vaxt dəyişməyəcək xatirələrdir. Daha bu xatirələrə heç vaxt yeni detallar əlavə olunmayacaq... Onlar gələcəkdən daha çox keçmişlə yaşayırlar, çünki keçmişdə itgilər yoxdur, övladları sağ-salamat yanlarındadır. Keçmişin yaddaş lentini dönə-dönə geriyə çevirib o xoşbəxt anları yenidən yaşayacaqlar, bir çimdik təsəlli ilə ovunacaqlar... Ovuna biləcəklərmi?! Onlar bir də “Qalibiyyət: şahidlər və şəhidlər” kitabını dönə-dönə vərəqləyəcəklər və övladlarıyla o kitabın səhifələrində görüşəcəklər. Onların övladları bu kitabda diridir və həmişə də dipdiri qalacaq.
Aida xanım özünün yazdığı kimi “ayağına dəmir çarıq geyinib əlinə əsa alaraq” yollara çıxıb, ev-ev, qapı-qapı aprel şəhidlərinin ömründən qalan xatirələri toplayıb sözə çevirib. Gözü yaşlı anaları, bacıları, gəlinləri, uşaqları dinləmək, onların dərdini bölüşmək hər qadının çəkə biləcəyi yük deyil. O özü də qadındır axı, həssas qəlbli bir qadın!.. Qadın kədər üçün doğulmayıb axı! Qadın anadır axı! Övlad anadan nə qədər uzaqda olur-olsun, başına bir iş gəlirsə, dərhal ana qəlbi bunu hiss edir. Aida xanımın həmsöhbəti olan şəhid analarının danışdıqlarından da görünür ki, övladlarının şəhadətə yetişdiyi xəbəri onlara gəlib çatmamış intuisiya hamıdan əvvəl bu acını onlara pıçıldayıb. Onların gördüyü yuxular və yaxud rastlaşdıqları hansısa əlamətlər, telepatik kontaktlar mənalara açılan çoxsaylı pəncərələr kimidir. Aida xanım o pəncərələrdən görünənləri qələmə alıb. Bu kitab gələcəkdə Lələtəpə döyüşləri, ümumiyyətlə, Qarabağ savaşı haqda yazılacaq romanlar üçün zəngin material verir. Hər şəhidin həyat hekayəti ayrıca bir roman mövzusudur.
Bəzən insana hansısa bəla, fəlakət üz verəndə Tanrıya asi çıxır. Tanrıya ünvanlanan əbədi sualların klassik forması belədir: əgər Tanrı doğrudan da bu qədər mükəmməl, bu qədər şəfqətlidirsə, onda niyə dünyada müharibələr, fəlakətlər baş verir? Bu sualın cavabı kainatın dərin əsrarəngizliyi və həyatın əsl mənasının arxasında yatır. Şəhid anaları, şəhid ataları, onların qardaş-bacıları heç vədə Tanrıya asi çıxmadılar. “Vətən sağ olsun!” dedilər. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbərin oğlu İsmayılı qurban verməsiylə övladını vətənə qurban verən ataların imanı, sevgisi, sədaqəti eynidir. Vətən sevgisi imandandır deyiblər və bu iman onları sınmağa qoymur. Mənəviyyatın bu mərtəbəsinə imanın kamilliyi ilə yetişmək mümkündür. Vətən əmanəti, yurd əmanəti deyiblər, bu sözlər hər gələn yeni nəsilə vəsiyyət kimi səslənib. Vətənin bütövlüyü hər gələn nəslə əmanət olaraq belə ötürülür. Torpaqları işğaldan azad etmək həm də mənəvi anlayışdır, bu təkcə yurdundan-yuvasından didərgin düşmüş insanlar üçün deyil, bu torpaqda yaşayan, bu torpağın havasını udan, suyunu içən hər kəs üçün mənəvi bir amil olmalıdır. Vətən insan ömründə ata kimi, ana kimi dəyişməzdir və bu üç sözün birləşməsi insanın taleyinə əsaslı şəkildə təsir göstərir. Bu anlayışlar insanın şəxsiyyət vəsiqəsində həkk olunur, onun kimliyini ifadə edir.

Aprel şəhidlərinin qısa həyat hekayətləri də bir-birindən fərqlidir; bir qıza könül verib gedəni də var, övladlarını ömür-gün yoldaşına əmanət edib yola çıxanı da var, elə ilk döyüşdə gülləyə tuş gələni də...
Analar, atalar övladlarının ruhlarıyla bağlı elə mistik əhvalatlar danışırlar ki... Bu əhvalatlarla bağlı ümumi qənaətim budur ki, onlar geridə, bu fani həyatda buraxdıqları əzizlərinin, doğmalarının sarsıntılarından xəbərdar olurlar, hansısa əlamətlərlə onların acılarına, kədərinə reaksiya verirlər. Ruhun yaşadığı vaxt ölçüsü ilə bədənin yaşadığı vaxt ölçüsü ayrı-ayrı şeylərdr. Ruha zaval yoxdur. Fatalist olmasam da bu həqiqətə həmişə sidq-ürəkdən inanmışam. Şəhidlərin ruhu o zaman dinclik tapacaq ki, torpaqlarımız bütövlükdə işğaldan azad ediləcək. Şahidlər də nə vaxtsa ruh olub göyə çəkiləcəklər. Onda yerdə qalanlara bu kitab şahidlik edəcək.
Bu kitabın müəllifi təkcə Aida xanım deyil, həm də şahidlər və şəhidlərdir. Aida xanımın qələmi usta qələmidir, istəsəydi, bu hadisələri nəsrin süzgəcindən keçirib roman yazardı. Amma indi həyat nəsrdən güclüdür, həm də bu ikicildlik janr etibarilə salnamə-roman kimi də təqdim oluna bilər. Adı bu kitaba düşmüş qəhrəmanlar hər biri öz həyatının romanını yazıb gedib. Onlar həm də tarixi yazan oğullardır. Aida xanım sadəcə, o tale yazılarının üzünü köçürüb, sənədləşmə işini görüb.
Bu kitab bizim qalibiyyətimiz haqqındadır və bu gündən daha çox gələcək üçün yazılıb. Gələcək nəsillər heç nəyi unutmasın...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər