00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Halaypozanlar - Nadir Qocabəyli yazır
Tarix: 08-10-2019 02:05 | Bölmə: Nadir QOCABƏYLİ

Qanunlar bizimlə güclüdür – biz də qanunlarla...
(Demosfen – yunan filosofu)
Bakı şəhər icra hakimiyyəti “Milli Şura”ya piket keçirmək üçün icazə verib. Bildiyimiz kimi, qanunla piketdə iştirakçıların sayı 50 nəfərdən artıq ola bilməz. Piketçilər təyin olunan yerdə gediş-gəlişə mane olmamalı, nəzərdə tutulan şüarlardan kənara çıxmamalı, özlərini tərbiyəli aparmalı, söyüş söyməməli, dava-dalaş salmağa, asayiş keşikçiləri ilə qarşıdurmaya cəhd etməməli, səsgücləndiricilərdən qanunda nəzərdə tutulmuş qaydada istifadə etməli, müəyyən olunan bir saat ərzində tələblərini, şüarlarını səsləndirib, sakitcə dağılışmalıdırlar.
Qanun belə tələb edir və bu tələblərə riayət etmək hər bir vətəndaşın borcudur. Əgər vətəndaş ictimai-siyasi fəaliyyətlə məşğul olursa, hər hansı siyasi qurumu təmsil edirsə, hakimiyyətə iddialıdırsa, nəinki qanunları pozmağa cəhd etməli və vətəndaşları da buna təhrik etməli, hətta qanunlara əməl olunmasında ikiqat maraqlı olmalıdır. Çünki gələcəkdə hakimiyyətdə təmsil olmaq planı var və əgər indidən qanunları yerinə yetirməzsə, vətəndaşları intizamsızlığa, iğtişaşa sövq edərsə, iqtidar olacağı təqdirdə özü də bunu tələb edə bilməyəcək. İnsanlar haqlı olaraq irad tutacaqlar ki, bəs niyə özün vaxtında qanunlara əməl etmirdin?
Ancaq əfsuslar olsun ki, bir çox müxalifətçilər bu sadə həqiqəti dərk etmir, sadə vətəndaşları 50 nəfərlik piketə tamaşa etməyə səsləyir, sosial şəbəkələrdən, özlərinə aid və xaricdən müəmmalı çirkli pullarla maliyyələşən media orqanları vasitəsilə əhaliyə çağırışlar edərək böyük izdiham toplamağa çalışırlar. Bütün bunlar göstərir ki, radikallar qətiyyən qayda-qanun, ölkədə sabitlik, əmin-amanlıq olması, hakimiyyətə dinc yolla gəlmək tərəfdarı deyillər. Onlar hər vəchlə qanunları, asayişi pozmağa, iğtişaş, xaos, qarmaqarışıqlıq yaratmağa, özləri kimi destruktiv-ekstremist insanları, kriminal ünsürləri bu prosesə cəlb etməyə, situasiyanı nəzarətdən çıxarıb idarəolunmaz hala gətirməyə cəhd göstərirlər. Onların ən böyük arzusu ölkədə vətəndaş qarşıdurmasının yaranması, qan tökülməsidir ki, bundan istifadə edib hakimiyyəti günahlandırsınlar, əhalini hökumətə qarşı qaldırsınlar və öz çirkin niyyətlərinə çatsınlar.
Dövlətimizin ali qanununda hər bir vətəndaşın hakimiyyətdə təmsil olunmaq hüququ aydın göstərilib, ancaq bunun yolu birmənalı olaraq dinc yol, yəni seçkilərdir. Hakimiyyəti seçkidən kənar hər hansı üsulla ələ keçirmək cinayətdir. Ölkədə aranı qarışdıraraq, dağıntılar törədərək, iqtisadiyyatı, ölkə əhalisinin həyat ritmini iflic hala salaraq, ən nəhayət, insanların qanının tökülməsiylə nəticələnən insidentlər yaradaraq hakimiyyətə can atmaq, şübhəsiz, “çirkin niyyətdir”.
Bizim indiki radikal müxalifət bu üsuldan yaxın tarixi keçmişimizdə bir neçə dəfə istifadə edib və damağında şirə yeri qalıb. Onlar dəfələrlə xalqı küçələrə, iğtişaşlara çağıraraq, özləri bu prosesi kənardan izləyiblər. Sadə insanların qanı tökülən, başı əzilən, həyatı təhlükə altına düşən hadisələrdə bu siyasətbazların burnu da qanamayıb və xalq haqlı olaraq onları qınayıb. Onların vicdanında aldadıb təhlükə altına, ölümə göndərdikləri yüzlərlə günahsız insanın qanı var.
Bu gün də öz xislətlərindən əl çəkmir, yalnız özlərinin yaxşı nəfəs ala biləcəyi “bakterioloji” bir mühit yaratmaq istəyirlər. Elə bir mühit ki, küçələrdə silah səsləri eşidilsin, gədə-güdələr at oynatsın, namuslu insanlar təhqir olunsun, vətəndaşları çörək növbələrində döysünlər, hərə başına bir dəstə adam yığıb mitinq keçirsin, ağzına gələni danışsın, kütlə qarşısında “hitlersayağı” köpüklü çıxışlar etsin.
Elə ki bunlara seçkidən danışırsan, əlli bəhanə gətirirlər. Çünki seçki keçirmək, onda iştirak etmək, onu idarə etmək, qələbə qazanmaq, yaxud məğlub olub bunu etiraf etmək böyük siyasi mədəniyyət tələb edir. Həm də təkcə siyasi yox ey, elementar insani mədəniyyət. Bundan başqa, seçki dağdıcı yox, quruculuq prosesidir. Bu prosesdə ağzını ayırıb boğazına güc vermək, ağlına gələni bağırmaq yox, ağıl, bilik, yaradıcılıq, çeviklik, taktika, zəhmət tələb olunur.
Bunların fikrincə, guya seçki qanunu mükəmməl deyil, nə bilim, komissiyaların tərkibi filan-bəsməkandır, səslər düzgün sayılmır-zad. Hamısı yalan və bəhanədir. Əlbəttə, əliəyri adamlar hər yerdə var, hakimiyyət də onlardan xali deyil. Ancaq sizin fədakarlığınız, işgüzarlığınız, təşkilatçılığınız, ağlınız, siyasətiniz olsa, bu ölkədə seçki vasitəsilə dəyişikliklər etmək, xalqı prosesə cəlb etmək mümkündür. Hətta qanunlar mükəmməl olmasa belə.
Şəxsən öz adıma deyirəm, ayrı-ayrı məntəqələr səviyyəsində iştirak etdiyim bir neçə seçki prosesində səslərin düzgün sayılmasına və protokollaşdırılmasına nail olunub. Onu da qeyd edim ki, bu zaman təkcə hakimiyyət tərəfdən deyil, eyni zamanda müxalifət tərəfdən də bəzi adamları ifşa etmək zorunda qalmışam.
Sizə bir mühüm məqamı da söyləyim ki, əziz oxucular, seçki komissiyalarında paritet tələb edən müxalifət özü saxtalaşdırma prosesində fəal iştirak edir. Yəni hər iki tərəfdən olan natəmiz adamlar birləşib, müəyyən şeylər müqabilində seçkiləri pozur, saxtalaşdırırlar. Buna dəfələrlə şahid olmuşam. Müxalifət seçkiyə tərəfdar cəlb edə bilmədiyini görüb, elektorat sayının süni olaraq şişirdilməsinə səy göstərir. Bir dəfə buna imkan vermədiyim, bülletünləri bölüşdürməyə razı olmadığım üçün hətta müxalifətçilər tərəfindən qınandım da. Nəinki qınandım, linç edildim, daş-qalaq olundum. Ailə üzvlərinin əvəzinə səs vermək və beş bülleteni qutuya salmaq istəyən müxalifətçiyə mane olduğum üçün mənimlə salamı kəsdilər. O adamlara başa sala bilmədim ki, qanunda belə şey yoxdur. Həmin müxalifətçi mənə bilirsiniz nə dedi:
“Səncə, mənim arvadım və qızım seçki məntəqəsinə gəlməlidir?”
Ona cavab verdim ki, gəlməmək hüquqları var, amma sən onların əvəzindən səs verə bilməzsən. Çünki bununla həm qanunu ciddi surətdə pozursan, həm də pis presedent yaradaraq, başqalarının da saxtakarlıq etməsinə şərait yaradırsan. Anlamadı. Bu dərəcədə sadə bir həqiqəti anlamayan adamlar hakimiyyət davası döyürlər...
Sağlam, yaradıcı, qurucu, rasional, nizamlı, sistemli düşüncədən məhrum bu insanlar seçki fəlsəfəsini anlamadıqları, onun mexanizmini qura, işini təşkil edə bilmədikləri kimi, normal kütləvi aksiyalar da təşkil edə bilmirlər. Bunlar Lökbatan qəsəbəsində ayrılmış yerdə mitinq təşkil edə bilmədikləri üçün cürbəcür bəhanələr uydururlar. Halbuki çox sadə bir həqiqət var. Əli Kərimli dəfələrlə bəyan edib ki, rəhbərlik etdiyi qurumun 60-dan artıq rayon şöbəsi var. Çox demirəm, əgər hər rayon şöbəsi mitinqə 50 nəfər çıxarsa, 3 minlik izdihamlı bir aksiya alınar. Nəzərə alsaq ki, “Milli Şura” təkcə AXCP-dən ibarət deyil, onda bu rəqəm daha da yüksək olmalıdır. Ancaq bu adamlar bu işi təşkil edə bilmirlər. Səbəbini mən bilirəm. Birincisi, bunların təşkilatçılıq qabiliyyəti sıfırdır, ikincisi o qədər yalan-palan danışıblar ki, nəinki xalq, heç öz partiyadaşları da bunlara inanıb, özünə əziyyət vermir və aksiyalara qatılmırlar. Ən böyük səbəb isə, ölkədə etiraz etmək üçün ciddi səbəblərin olmaması, əhalinin böyük bir qisminin hakimiyyətə, ölkə başçısına müxalifətdən qat-qat artıq etibar etməsidir.
Belə bir şəraitdə ən düzgün addım məğlubiyyəti etiraf etmək, silahı yerə qoymaq, ətəkdəki daşı yerə tökməkdir. Ancaq bunun üçün insanda ədalət duyğusu, abır-həya olmalıdır.
Lakin bunlar hələ də aranı qarışdıra biləcəklərinə ümid edir, bugünkü piketdən də ancaq bu məqsədlə istifadə etməyə çalışırlar. Ən yaxşı halda polislə qarşıdurma yaradıb, aləmə car çəkmək, Qərb mediasının bu haqda yazmasına, ölkəmizə təzyiq etməsinə nail olmağa çalışırlar.
Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər