00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Ağıllı xalq - Nadir Qocabəyli yazır
Tarix: 24-06-2020 00:31 | Bölmə: Nadir QOCABƏYLİ

Mən həmişə demişəm və yazmışam: Azərbaycan xalqının ağıl problemi yoxdur. O hətta lazım olduğundan da ağıllıdır və A. Qriboyedov "Ağıldan bəla" əsərini bəlkə də elə bizdən ilhamlanaraq yazıb. Çünki o, Təbriz konsulu idi...
Odur ki, Azərbaycan xalqını aldatmaq çətindir. Əlbəttə, bizdə axmaq adamlar da az deyil. Amma mənim müşahidələrimə görə, səfehlər oxumuş adamlar arasında üstünlük təşkil edir. Səbəb də odur ki, hansısa səfeh ideyalar aşılayan kitablar, ideologiyalar, nəzəriyyələr, "izm"lər bizi öz təbii yolumuzdan sapdıraraq yanlış istiqamətlərə aparır və ağlımız başımıza gələndə gec olur...
Məsələn, şəhərdə böyümüş mədəni bir adam oxuduğu hansısa romanın təsiri altında kəndə üz tutur. Məqsədi oradakı savadsız insanları maarifləndirmək, onlara yazı-pozu, elm öyrətmək, orada təsərrüfatla məşğul olmaq, yer əkmək, heyvan saxlamaq, saf bir kəndli qızı ilə evlənmək, sağlam uşaqlar dünyaya gətirməkdir. O bu yolla getsə də, arzularını həyata keçirə bilmir. Çünki reallıqda bunları etmək çox çətin, hətta mümkünsüzdür. O kənddə onun başına elə bir oyun açırlar ki, canını götürüb qaçmağına sevinir...
Ancaq kitab oxumayan, "cahil" dediyimiz adamlar bunu qabaqcadan bilirlər. Yəni şəhər adamının kənddə təkbaşına, arxasız-köməksiz, pulsuz-pənəsiz baş çıxara bilməyəcəyini...
İndi bizim Avropada, orda-burda ingilis-mingilis dilində oxumuş savadlılarımız Azərbaycan xalqını bəyənməyərək ona ağıl öyrədir, demokratiya dərsi keçir, nələrəsə inandırmağa çalışırlar. Amma xalq onlara inanmır və haqlı olaraq inanmır.
Tutaq ki, cavan bir oğlan deputatlığa namizəd olur. Çıxır xalqın qarşısına ki, ay filan yerdə oxumuşam, filan adamlarla görüşmüşəm, filan qədər kitab vərəqləmişəm, filan qədərini yazmışam və s. Xalq ona sakitcə qulaq asır və səs vermir. Məncə, xalq haqlıdır. Çünki o cavan oğlanın heç nə edə bilməyəcəyini, yalnız özü üçün çalışacağını əla bilir. Ondansa nağd olaraq nəsə təklif edənə səs verir. Çünki qazancının bu olduğunu yaxşı bilir.
Bizim xalq öz maraqlarını çox yaxşı bilir və lazım olanda seçkiyə də gedir, səs də verir. 1993-cü ildə o, yekdilliklə Heydər Əliyevə səs verdi. Çünki real təhlükəni və Xilaskarı hiss etdi. Amma çox böyük təbliğata, Türkiyənin, ABŞ-ın hərtərəfli köməyinə rəğmən Əbülfəz Elçibəyi seçdirmək çox çətin olmuşdu. Saxlamaq da mümkün olmadı. Çünki Azərbaycan xalqı onu dəstəkləmirdi. Biz o zaman buna əsəbləşirdik, mən Elçibəyə görə neçə-neçə insanla mübahisə etmiş, hətta dalaşmışam. Bəli, o insanlar fikirlərini tam izah edə bilmirdilər. Sadəcə deyirdilər ki, bu adamdan Prezident olmaz. Olmadı da...
Odur ki, Azərbaycan xalqını aldatmağa yönəlik bütün cəhdlər iflasa məhkumdur, bunu hər kəs bilməlidir...
Azərbaycan xalqının öz mentaliteti, öz dünyaduyumu, öz mədəni-mənəvi dəyərləri, ənənələri, özünəməxsus maraqları, öz inkişaf tempi var. O, çörəkverəni də yaxşı tanıyır, yetimə gəl-gəl deyəni də. O, işgörəni də tanıyır, ortada yeyib, ucda gəzəni də. Ona şüar demək olar, hətta dedizdirmək də olar, ona yalan danışmaq, danışdırmaq da olar, ancaq onu öz bildiyi, düz bildiyi, haqq bildiyi yoldan heç kəs sapdıra bilməz...
Yüz illərdir bu yolla bu yerə gəlib çıxıb, bundan sonra öz bildiyi yolla gedəcək...
Azərbaycan xalqına qurama ideologiyalar, qurama, utopik ideyalar, saxta romantik nəzəriyyələr sırımaq mümkün deyil. O, son dərəcə ayıq və realistidir, öz maraq və hüquqlarını çox gözəl bilir. Bəzən kimsə ortaya çıxıb xalqın öz hüquqlarını bilməməsindən dəm vurur. Tamamilə yanlışdır. Bizim xalq nəyə haqqının çatdığını, nəyə çatmadığını çox gözəl bilir və lazım olanda tələb etməyi də bacarır. Haqq-hüquq isə yalnız kağız üzərində yazılanlar və yazılmayanlar deyil. Xalqımız bunu da çox gözəl anlayır...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər