00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Qarğış edən radikallar
Tarix: 12-10-2019 15:58 | Bölmə: Nadir QOCABƏYLİ

Bakı şəhər icra hakimiyyəti qarşısındakı piketdə özünəməxsus görkəmi, ədası və "Paşinyan Qarabağda at oynadır, bəsdir xalqı aldatdız, millət acdır" sözləri ilə tanınan, daha doğrusu, müxalifətin məşhurlaşdırdığı xanım haqqında yazdığım qısa statusun altında bir çox rəylərlə yanaşı, bu gün belə bir qarğış da oxudum: “Allah sənin də balalarını və əzizlərini onun gününə salsın.“
Bu qarğışı şərh etməzdən əvvəl adı Pərvanə olan həmin xanım haqqında yazdığım qısa statusu diqqətinizə çatdırmaq istərdim, əziz oxucular.
"Paşinyan Qarabağda at oynadır, bəsdir xalqı aldatdız, millət acdır" deyən və radikal müxalifətin kumirə çevirdiyi xanım özü qətiyyən aca oxşamır. Hətta arıqlaması üçün ona çoxlu hərəkət etmək, pəhriz lazımdır...
Paşinyanın Qarabağda at oynatmasına gəlincə isə o, sadəcə, təxribatçı və təlxəkdir. Ermənilərə verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün meymunluqla məşğul olur, xal qazanmağa çalışır. Onun cavabını cənab prezident "Valday"da necə lazımdırsa verdi. İtirilmiş torpaqları geri qaytarmaq üçün indiki hakimiyyətin apardığı siyasətin alternativi yoxdur. Boş-boş danışmaq, evdar qadınların ritorikasına istinad etmək lazım deyil.
Xalqı aldatmaq məsələsində də liderlik Əli Kərimlidədir. O, bu sahə üzrə çempiondur və tayı-bərabəri ola bilməz...”
Bir az da statusdakı fikirlərim haqqında müəyyən izahat vermək zorundayam, dəyərli həmvətənlər. Çünki bəzi insanların, xüsusilə də, radikal müxalifətin “təkərinə düşənlərin” buna ehtiyacı olduğunu düşünürəm.
Xanım doğrudan da qətiyyən ac adam təsiri bağışlamır. Mən onun piketdə çəkilmiş videosuna da baxdım, sonradan bəzi şəkillərini də gördüm. Əvvəla o, yetərincə dolu, hətta şişmandır, bu o deməkdir ki, nəinki acdır, hətta həddən artıq qida qəbul edir. Bəlkə də, ürəyi istəyən kimi, keyfiyyətli qidalana bilmir, amma aclıq çəkmədiyi bəsbəlli. Onun ac olmadığı əhvalından da görünürdü. Çünki olduqca şən və gümrah, enerjili görünür. Xəstə olduğunu qabartmağa çalışanlara da demək istərdim ki, hazırda tam sağlam hesab ediləcək uşaq belə tapmaq mümkün deyil və Pərvanə xanıma baxanda ciddi xəstəliyinin olmadığı dərhal hiss olunur.
Keyfiyyətli qidalanmaq hazırda dünyanın ən böyük problemlərindədir, bunu hər kəs müəyyən şəkildə yaşayır.
Xanımın müsahibəsindən oxudum ki, çoxdandır ət ala bilmir, toyuq budu ilə qidalanırlar. Bəli, bu problem ölkədə var, ət bahadır. Amma onu Əli Kərimlinin mitinqi ilə həll edə bilmərik. Yəqin ki, gəlirlərimizi artırmaq üçün daha çox işləməliyik, ölkədə maldarlığın inkişafı üçün işlər görülməli, əhali buna maraq göstərməli, şəhərlərdən kəndlərə köçüb təsərrüfatla məşğul olmalıdırlar. İmkanlı adamlar yardım kampaniyaları təşkil etməlidirlər. Məsələn, Əli Kərimli Qurban bayramında bir cöngə kəsib, ehtiyacı olan tərəfdarlarına paylada bilər. Gültəkin Hacıbəyli 700 manatlıq ayaqqabısını satıb, yaxşı bir dana ala və Qurbanda kəsdirib, həmcinslərinə paylaya bilər. Savab qazanarlar.
Keçirəm xanımın “Paşinyanın Qarabağda at oynatması” ilə bağlı söylədiyi fikrə. Bu fikir, əlbəttə, ona məxsus deyil, təlxək erməni baş nazirinin bizim məkrli müxalif texnoloqların fitnəsi ilə avam azərbaycanlılarda doğurduğu yanlış və çeynənmiş reaksiyanın yalnız bir nüsxəsidir. Ağıllı adamlar hamısı Paşinyanın düşük hərəkətlərinin nəyə hesablandığını çox gözəl bilir, statusda bunu qeyd etmişəm. Paşınyanın cavabı da verilib və veriləcək də.
Pərvanə xanım statusunda olan insanlar hamımız kimi, Qarabağ dərdimizi, şübhəsiz, ürəklərinin başında gəzdirməlidirlər, ancaq bir şeyi də bilməlidirlər, dövlətimiz, hörmətli cənab Prezident torpaqlarımızı geri qaytarmaq üçün hər şey edir. Bu haqda televiziyada və mediada yetərincə məlumat verilir. Xalqın borcu dövlətə və Prezidentə inanmaqdır, çünki onlara səs verib, etimad göstərib. Digər tərəfdən, xalq bu məsələdə hökümət qədər məlumatlı, səriştəli deyil və ola da bilməz. Normal insan bunu dərk etməlidir. Normal, müasir, siyasi proseslərdən az-maz xəbəri olan insan bir şeyi də bilməlidir ki, radikal müxalifət Qarabağ məsələsindən də öz və xaricdəki düşmənlərimizin maraqları üçün istifadə etməyə çalışır. Pərvanə xanım bir azərbaycanlı, evdar qadın olaraq da kişilərə qarşı kor-koranə üsyana qalxmamalıdır. Ali baş komandanı, zabitlərimizi, əsgərlərimizi bir kişi kimi dəyərləndirməli olduğunu bilməlidir.
Xalqı aldatmaqdan da danışıb Pərvanə xanım. Əziz xanım, sən özün elə bu sözləri deyərkən, kaş ki necə böyük aldanış içində olduğunu, səndən necə istifadə edildiyini, gələcəkdə necə istifadə olunacağını və nəticə etibarilə heç bir şey əldə etməyəcəyini biləydin. Səni aldadan varsa da, elə işindən-gücündən, ailə, ev-eşik, dolanışıq qayğılarından ayırıb mitinqə, piketə gətirənlər, qızışdırıb lazımsız sözlər dedizdirənlərdir.
Pərvanə xanım orada bir “aftafatutan” söhbəti də elədi. Mən statusda bu haqda yazmağı lazım bilmədim, çünki bunu nə bir Azərbaycan qadınına, nə də özümə yaraşdırıram. Amma bir halda ki, məsələni ətraflı şərh etmək zorundayıq, bir-iki kəlmə də bu haqda yazmaq yerinə düşərdi. Mən azərbaycanlı mentalitetində, məişətində, adət-ənənəsində kiminsə kiməsə aftafa tutması faktına rast gəlməmişəm. Tarixi mənbələrdə də belə şey oxumamışam. Hərə özününkünü tutub. Bu məlumat, bu fantaziya sizdə, daha doğrusu, müxalif təfəkkürdə (çünki Pərvanə xanımın bu fikri də çeynənmiş idi) haradandır, bax onu müəyyənləşdirə bilmirəm. Bəlkə nə vaxtsa bizim bilmədiyimiz nələrsə olub və genlərdə hələ də yaşayır? Nə isə…
İndi də keçək mənə edilən qarğışa. Mənim bildiyim qədəriylə Allah “rəhman və rəhimdir”, mərhəmətlidir və heç kəsə düşmən deyil. Odur ki, heç kəsi də pis günə salmır. İnsanlar özləri özlərini ağılsızlıqları, ehtirasları, tamahları, acgözlükləri ucbatından pis günə qoyurlar. Mən Pərvanə xanımın pis gündə olduğunu düşünmürəm və balalarımın, əzizlərimin onun gününə qalması da mənim üçün kabus ola bilməz. Özünün dediyinə görə o, rus dilini çox yaxşı bilir, az-maz ingiliscəsi də var. Bayaq dediyim kimi, özü də sağlam və qəşəng bir qadındır, sadəcə bir az çəkisi artıqdır. İki övladı var. Erkən ailə qurmağı da faciə deyil. Həyat yoldaşı haqda məlumat verilmir deyə, bu barədə heç nə deyə bilmərəm. Ölübsə, Allah rəhmət eləsin. Ayrılıblarsa, xanımın özünün də günahı olmamış deyil. Çünki üsyankarlıqla ailəni qorumaq mümkün olmur.
Qeyd etməliyəm ki, mənim əzizlərim və yaxınlarım arasında Pərvanə xanım kimi qadınlar var. Məsələn, bir bacımın əri 5 il bundan qabaq ağır qəza keçirdi, ayaqları şikəst oldu və bu günə qədər yataqdadır. Bir qızları var, o da xəstə və zəif uşaqdır, daim həkimə, dərmana, prosedurlara ehtiyacı var. Kirayədə yaşayırlar. Bacım çox əziyyət çəkdi, bir il götür-qoy elədi və axırda işə düzəlməyə qərar verdi. Hazırda şadlıq evlərinin birinin mətbəxində işləyərək ərinə də baxır, qızına da. ƏIilliyə görə pensiya və sosial müavinət də alırlar. Pis dolanmırlar və heç kəsə də ehtiyacları yoxdur. Mitinqə getmək ağıllarının ucundan belə keçmir. Onu da deyim ki, bacım da işləməmişdən qabaq Pərvanə xanım kimi kök idi, amma indi yarıbayarı arıqlayıb və özünü çox gümrah, çevik hiss edir.
Bir məsələni də qeyd edim ki, mənim əzizlərim və yaxınlarım olan qadınlar hansısa yad kişilərin bəyənatlarına uyaraq ərə, dövlətə, dövlət başçısına üsyan edəcək əxlaq və mənəviyyat sahibi deyillər. Onların hansısa subyektlərlə hər hansı problemləri olarsa, ilk növbədə özləri həll edər, mümkün olmasa, atalarına, böyük qardaşlarına söylər, məsləhət alarlar. Məncə, Azərbaycan qadını məhz belə olmalıdır. Lütfən, yanlış anlamayın, mən qadınların ictimai fəallığına qətiyyən qarşı deyiləm, ancaq əvvəlki yazılarımda da qeyd etdiyim ki, ictimai fəallıq müəyyən bilik, hazırlıq, dünyagörüşü tələb edir. Etirazların və tənqidlərin hökmən elmi, məntiqi əsasları olmalıdır. Təəssüf ki, Pərvanə xanımın bunlara hazır olduğunu müşahidə etmədim.
Digər bir bacım da kirayədə yaşayır. İki uşağı var. Ərinin qazancı az olduğuna görə, supermarketdə işə düzəldi. Sonra böyük oğlunu da zəif oxuduğuna görə, 9-cu sinifdən çıxartdılar ki, işləyib ailəyə kömək etsin. Kiçik qızlarını uşaq bağçasına göndərirlər. O da işləyəndən bəri xeyli çəki itirib, sağlam və qıvraq formadadır.
Demək istədiyim odur ki, əslində Pərvanə xanım da öz həyatını qura, çalışa, işləyə, başını qata, xoşbəxt ola bilər. Bütün bunlar onun öz əlindədir. Əlbəttə, əlaqədar qurumlar da onun kimi insanlara, ailələrə laqeyd olmamalı, qayğı göstərməlidirlər. Yerlərdəki məmurlar anlamalıdırlar ki, onların borcu xalqın qayğısına qalmaq, onların problemini həll etməkdir. Belə olarsa, insanlar məişət problemlərinin həlli üçün ilk növbədə onlara müraciət edərlər. Onda müxalif fürsətçilərin onlara yazığı gəlməsinə, onlardan öz məqsədləri üçün istifadə etməsinə şərait və ehtiyac da olmaz.
Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər