00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Təxribatçı Jirinovski, Rusiya və biz - Nadir Qocabəyli yazır
Tarix: 29-07-2020 21:28 | Bölmə: Nadir QOCABƏYLİ

Jirinovskinin Qarabağla bağlı çıxışını dinlədim. Çox güman ki, son çıxışı idi, tarixinə diqqət etmədim. Ancaq bu o qədər də önəmli deyil...
Önəmli olan onun ritorikası, tonu və leksikonudur. Bu adam deyir ki, Qarabağ nə Azərbaycanın olmalıdır, nə də Ermənistanın. Rusiyanın Karasnodar (ya da Stavropol) vilayətinə birləşdirilməlidir. Azərbaycan və Ermənistan özü isə Rusiyanın quberniyaları olmalıdır. Yoxsa bu müharibə əbədi davam edəcək.
O daha sonra post-sovet məkanındakı münaqişələrə görə Lenini, Stalini və digər kommunist rəhbərləri günahlandırır. Deyir ki, əgər bolşeviklər bu millətlərə müəyyən suverenlik, milli haqlar tanımasaydılar, bu hadisələr də olmazdı.
Qeyd edim ki, Jirinovskinin fikirləri müharibədən, itki verməkdən, sosial-iqtisadi çətinliklərdən yorulmuş bəzi erməni və azərbaycanlılarda rəğbət oyandıra bilər. Yəni nə olur-olsun, təki müharibə qurtarsın, balalarımız ölməsin, bu harınlığa, sosial ədalətsizliyə, qanunsuzluğa, maddi və mənəvi yoxsulluğa, əxlaqsızlığa son qoyulsun. Ancaq əksəriyyət bütün çətinliklərə, ölüm-itimə rəğmən boyunduruğa girməyi birmənalı rədd edir. Yəni ilin-günün bu vaxtında sən kimsən ki, məni quberniyaya çevirə, uğrunda bu qədər şəhid verdiyim Qarabağımı əlimdən alıb, öz vilayətinə qatasan. Bu, qürur, namus məsələsidir. Ləyaqətli insanlar isə qürur və namuslarını hər zaman canlarından üstün tutublar. Xüsusilə də, Şərqdə, türklər arasında. Türk dilini yaxşı bilən Jirinovski bunları da bilməmiş deyil.
Bəzi "ağıllılaramız" iddia edir ki, Jirinovskinin fikirləri Kremlin mövqeyidir və Rusiya nəinki SSRİ-ni bərpa etmək, hətta çar Rusiyası dövründəki sərhədlərinə, statusuna və idarəçilik sisteminə qayıtmaq istəyir.
Mən bir qədər fərqli düşünürəm. Mənə elə gəlir ki, Jirinovski sadəcə blef edir. Məqsəd... Məqsəd, əlbəttə, Rusiyanı tamamilə məhv etmək, birdəfəlik axırına çıxmaqdır. Bu mənada Jirinovski ilə indiki Kreml rəhbərliyinin planları üst-üstə düşə bilər, əlbəttə.
Jirinovski birmənalı Qərb agenti, provokatordur. Siz onun partiyasının adına diqqət edin. Liberal-demokrat! Bəyanatlarına baxın: millətçi, şovinist, imperialist. Belə liberal-demokratiya olurmu? Olur...
Bu ikibaşlı bir siyasətdir. Özünü liberal-demokrat adlandırmaq strateji hədəflərdən xəbər verir, millətçilik isə sadəcə taktikadır. Yəni kütlələrə yönəlik müvəqqəti vasitədir.
Adam 21-ci əsrdə deyir ki, müstəqil dövlətləri işğal edib, quberniyalar kimi Rusiyanın tərkibinə qatmaq lazımdır. Belə bir şeyi hansı ağılsız açıq mətnlə dilə gətirər. Bu, şübhəsiz, birmənalı olaraq provokasiyadır.
Jirinovski illərin siyasətçisidir və yetərincə ağıllıdır. Tarixi və siyasəti də çox gözəl bilir. O, çox gözəl anlayır ki, yaşadığımız dövrdə imperiyalar və müstəmləkəçilər tamamilə başqa şüarlardan, başqa adlardan, başqa taktikadan istifadə edirlər. İmperiya, müstəmləkəçilik siyasəti yürütsən belə, bunu əski qaba üsullarla deyil, yeni, incə, aldadıcı, dolayı, hətta labirintli yollarla aparmalısan. Elə etməlisən ki, əzilən xalqlar müstəmləkə olmağı, istismarı azadlıq, demokratiya, rifah, toy-bayram kimi qəbul etsinlər. Jirinovski kimi, illərin qurdu, bic siyasətçisi bunları çox gözəl bilir.
Amma bu taktikadan istifadə etmir. Niyə? Ona görə ki, agentdir, casusdur, ölkəsinin, xalqının (onun xalqının hansı olduğu da tam bəlli deyil) əleyhinə işləyir və məqsədi onun axırına çıxmaqdır.
Sual oluna bilər: bəs niyə Kreml onun bu hərəkətlərinə, çıxışlarına dözür? Hətta onun illərdir Dumada 3-cü partiya olmasını təmin edir. Bəli, məhz təmin edir. Çünki Jirinovski bu oyunda məhz Kremlin "dobrosu" ilə öz rolunu icra edir. Onun agent olduğunu bilirlər. Çünki özləri də agentdir və məqsədləri Rusiyanı dağıtmaqdır.
Bəs onların qarşısındakı maneə nədir? Elə birbaşa Qərbin vassalığını qəbul edə bilməzlərmi? Bu boyda oyuna nə ehtiyac var? Mənə görə, maneə rus xalqı, rus ictimai fikri, rus partiotizmi, rus şovinzmi, rus imperialist təfəkkürü və ruhudur. Açıq siyasət indiki hakimiyyət və onun müxalifəti üçün çox təhlükəlidir. Bunu Qərb ideoloqları da onlara məsləhət görmür. Odur ki, mümkün qədər imperialist, müstəmləkəçi, patriotik, şovinist şüarlardan istifadə etmək lazımdır. Bu həm daxili auditoriyanı təmin edir, həm də post-sovet ölkələri xalqlarında Rusiyaya qarşı nifrəti alovlandırır. Baxın, Jirinovskinin hər bir çıxışı bizdə Rusiyaya qarşı nifrəti bir az da gücləndirir. Rusiyaya rəğbəti olanlar belə, Jirinovski düşüncəli Rusiyanı rədd edirlər. Elə bilirsiniz, Kreml bunları bilmir. Uşaqsınız?..
Məni tanıyanlar bilir ki, hər zaman Rusiya ilə yaxşı münasibətlərə tərəfdar olmuş, səbəblərini də əsaslandırmışam. Mən bu ölkəni, onun genişliyini, əzəmətini, meşələrini, çaylarını həqiqətən sevirəm. Bir vaxtlar onun vətəndaşı olmağımla fəxr etdiyim məqamlar da az deyil. Rus xalqı ümumən yaxşı xalqdır, onların biz türklərlə genetik qarışığının olması da heç kəsə sirr deyil. Atası türk, anası rus olan Lev Qumilyov yazırdı ki, “hansı rusun kökünü qazısan, oradan bir türk çıxacaq.” Bundan əlavə, istər keçmiş Sovet İttifaqında, istərsə də, indiki Rusiyada çoxlu türk yaşayır. Sayca ruslardan sonra ikinci xalq türklərdir. Hesablamalara görə, 2070-ci ildə Rusiyada türklərin və müsəlmanların sayı 50 faizi keçəcək. Bu o deməkdir ki, 150 ildən sonra o nəhəng ölkədə bizim xələflərimizın aparıcı xalq olmaq şansı böyükdür. İndi siz deyin: bu ölkənin dağıdılaraq Qərb imperializminin ayaqları altına sərilməsi bizə nə dərəcədə sərfəlidir? Düşünün...
Biz təbii ki, müstəqilliyimizi, milli qürurmuzu qorumaq şərtilə Rusiya ilə, oradakı mütərəqqi, ağıllı qüvvələrlə, insanlarla dostluq etməliyik. Rusiyanın indiki satqın hakimiyyəti və müxalifəti əbədi deyil. Bizi quberniya kimi özlərinə qatmaqları, SSRİ-ni bərpa edəcəkləri də siyasi blefdir. Məqsədin nə olduğunu yuxarıda yazdım.
SSRİ qüsursuz olsaydı dağılmazdı. Onu Qərb parçaladı, ancaq özünün də xeyli və çox ciddi problemləri vardı. Bugünkü Rusiya da yetərincə problemlidir. SSRİ-də olduğu kimi, hazırkı Rusiyada da inkişaf qeyri-bərabərdir. Moskva ətrafındakı mərkəzi əyalətlərlə ucqarlardakı durum arasında kəskin fərqlər var. Rifah, qayda-qanun, abadlıq əsasən mərkəzdə müşahidə edilir. Milli ucqarlarda vəziyyət lap pisdir. SSRİ vaxtında da beləydi. Misal üçün, hazırda ucqar Çeçenistan və Dağıstan Azərbaycandan qat-qat pis, kasıb yaşayır. Deməli, nə qədər problemlərimiz olsa da, müstəqillik sırf sosial-iqtisadi baxımdan da milli ucqar olmaqdan sərfəlidir. Biz hazırda region mərkəziyik və başımız müharibədən açılsa, daha da güclənəcəyik. Ancaq imperiya subyekti olsaq, Çeçenistan və Dağıstandan da ucqar əyalət taleyi yaşaya bilərik.
Biz, sadəcə, müstəqil ölkə olaraq Rusiya ilə əlaqələrimizi istiləşdirib, orada yaşayan, işləyən soydaşlarımızın durumunu yaxşılaşdırmalıyıq. Onların istismar olunmaması üçün hökumətimiz durmadan çalışmalı, diaspora və lobbi fəaliyyətimiz genişləndirilməlidir. Biz Rusiyanın türk və müsəlman əhalisi ilə yaxşı münasibətlər qurmalı, onlarla yaxınlaşmalıyıq.
P.S. Samarada miqrasiya idarəsində bir özbəklə tanış oldum. O mənim azərbaycanlı olduğumu bilən kimi, türk dilinə keçdi və bu məni istər-istəməz kövrəltdi. Ağıllı olmaq lazımdır, gələcək bizimdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər