00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Evi tikilmiş… - Nadir Qocabəyli yazır
Tarix: 31-10-2019 15:46 | Bölmə: Nadir QOCABƏYLİ

Azərbaycanlılar bəlkə də dünyada evə ən düşkün olan xalqdır. Biz hətta bu məsələdə deyəsən bütün qan qardaşlarımızdan da irəlidəyik. Ötən yüzilin 90-cı illərinin sonunda Türkiyədə yaşayarkən orada əhalinin təxminən səksən faizinin kirayələrdə qaldığına xeyli təəccüblənmişdim. Qardaş ölkədə “evli” adam həqiqətən barmaqla göstərilən və həsədlə baxılan nadir olay idi. Amma mən Azərbaycanda hamını – bütün qonum-qonşunu, qohumları, tanış-bilişi ev-eşik sahibi görmüşdüm. Şəhərdə, yəni Bakıda da hər kəsin bir-iki, bəzən üç-dörd otaqlı evi olmasından xəbərdar idim. Mənim yaxın qohumlarımın hətta Fatmayı kəndində bağ evi də vardı. Kirayə qalanlar əsasən tələbələr idi, hətta aspirantlar, elmi işçilər, zavodlarda, digər müəssisələrdə işləyənlər belə ailə yataqxanaları, kommunal mənzillərlə təmin olunurdu.
Bu səhəri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mərhum eks-prezident Əbülfəz Elçibəyin evini onun yeganə oğlu Ərturqut Əliyevin xahişi ilə təmir etdirməsi xəbəriylə açdıq. Hamı sevincək bu xəbəri paylaşır, mütləq əksəriyyət bu xeyirxah addımı alqışlayır. Hər bir media qurumu da rəqabətdə digərlərinə uduzmamaq üçün hadisəyə özünəməxsus rakursdan baxmağa çalışır. Mənim doğrusu, mərhum Elçibəyin belə bir böyük, üçmərtəbəli, geniş, hətta villa adlandırılması mümkün olan evindən xəbərim yox idi. Odur ki, bu xəbərə bir qədər təəccübləndim. Əgər cənab Prezidentin, yaxud birinci xanımın eks-prezidentin ailəsinə yeni mənzil bağışladığı xəbərini oxusaydım, zərrə qədər təəccüblənməzdim. Çünki son zamanlar ölkə başçısının, vitse-prezidentin əhalinin müxtəlif zümrələrinin, tanınmış elm, mədəniyyət, incəsənət xadimlərinin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı gördükləri işlər bizi vaxtaşırı sevindirir.
Amma Əbülfəz Elçibəyin üçmərtəbəli evinin olması məni həqiqətən təəccübləndirdi. Bildiyim qədəriylə mərhum sabiq Prezident hələ elmi işçi olarkən Bakıda birotaqlı bina evi ilə təmin olunub və Prezident olana qədər də həmin evdə yaşayıb. Prezident olduğu dövrdə də mənzil kimi dövlətə aid iqamətgahdan yararlanıb. Prezident vəzifəsini tərk etdikdən sonra Kələkidəki ata evinə gedib. Ancaq Kələkidən qayıtdıqdan sonra Bakıda harada yaşadığını doğrusu bilmirdim.
Əbülfəz Elçibəyi Azərbaycan xalqı korrupsiyaya bulaşmayan dövlət başçısı, təmiz adam, dürüst bir insan kimi tanıyır. Odur ki, belə böyük bir ev ala bilməsi istər-istəməz suallar doğurur. Ancaq çox keçmədən mənə bu evi ona dostlarının aldığını yazdılar. Tanrı belə “səxavətli” dostlardan hər kəsə qismət eləsin. Ancaq bir məsələ də var ki, Əbülfəz Elçibəy Bakıya qayıtdıqdan sonra yenidən fəal siyasətə qoşulmuş, hətta prezident olmaq iddiasını ortaya qoymuş, bu məqsədlə ABŞ-a belə səfər edərək, orada müəyyən dairələrlə görüşlər də keçirmişdi. Əgər ikinci dəfə hakimiyyətə gəlsəydi, yəqin ki, ona ev, maşın alan, başqa xərclərini ödəyən “dostların” borcunu qaytarmalı olacaqdı. Nəyin hesabına? Əlbəttə ki, aldığı maaşın deyil…
Mən, əlbəttə, bunları yazmaqla Əbülfəz Elçibəyi qaralamaq niyyəti güdmürəm, sadəcə siyasətdən, siyasətçidən kristal təmizlik umanların, yaxud ideal siyasi lider obrazı yaradanların bu məsələ üzərində bir daha düşünmələrini, düzgün qərar vermələrini istəyirəm.
Ancaq siyasətdə kristal şəxslər olub və var. Bu günlərdə digər bir eks-prezidentimiz Ayaz Mütəllibovun bir müsahibəsini dinlədim. Sən demə, Ayaz müəllim 1990-cı ilin Yanvar hadisələrindən sonra Moskvada olarkən o zaman artıq heç bir yerdə işləməyən Heydər Əliyev ilə görüşübmüş. Görüş zamanı Heydər Əliyev Ayaz Mütəllibova Azərbaycana, Bakıya qayıtmaq arzusunu bildirib. Mütəllibov da, özünün dediyinə görə buna etiraz etməyib. Bundan sonra Heydər Əliyev ona bildirib ki, qayıtmağa yeri yoxdur. Yəni Bakı şəhərində mənzili yoxdur. Ayaz müəllim buna xeyli təəccüblənib, hətta heyrət edib. “Necə ola bilər ki, respublikaya 13 il rəhbərlik edəsən, 5 il də SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olasan, amma bu boyda ölkədə özünə bir ev götürməyəsən? Siz Bakının yarısından çoxunu mənzillə təmin etdiyiniz halda, necə ola bilər ki, öz eviniz olmasın…”
Bəli, Ayaz Mütəllibovun dilindən səslənən bu sözlər həqiqət idi. Böyük vəzifələr tutan Heydər Əliyev doğrudan da təmiz işləmiş, zərrə qədər korrupsiyaya bulaşmamış, heç vaxt rüşvət almamışdı. Dövlətin verdiyi mənzillərdə yaşadığından, əlavə ev almağa, yaxud tikdirməyə də ehtiyac duymamışdı. Əminəm ki, belə bir fikir Heydər Əliyevin ağlına belə gəlməyib.
O özü də Naxçıvanda yaşadığı zaman bu haqda bir neçə ötəri cümlə işlədib. Ancaq bəzi insanlar buna inanmaq istəmir, uzun illər ən yüksək vəzifələrdə işləmiş bir adamın var-dövlət toplamadığına, ev-eşik qurmadığına, övladlarına “gün ağlamadığına” inanmaqda çətinlik çəkirdilər. Bəziləri bu məsələdə sovet dövlətinin rolunu qabartmağa çalışsalar da, o dövrdə yaşamış adamlar bilir ki, korrupsiya da vardı, rüşvətxor məmurlar da. Ancaq Heydər Əliyev həmişə bu işlərdən kənarda olmuş, dövlətin verdiyi maaş və imtiyazlarla, müvəqqəti mənzillə kifayətlənmiş, korrupsonerlərə, rüşvətxorlara qarşı amansız davranmışdı.
Bildiyimə görə, Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdıqdan sonra da bir müddət qohumlarından birinin evində qalıb və Ali Sovetin sədri vəzifəsinə seçildikdən sonra dövlət onu mənzillə təmin edib.
Mən əminəm ki, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra da təmiz işləyib və təmiz yaşayıb. Dövlətin verdiyi maaşa və mənzilə qane olub. Nə xarici banklara pul yığıb, nə də saraylar, villalar tikdirib, alıb. Onun bütün tərcümeyi-halı şəffafdır və əminəm ki, orada ən kiçik bir korrupsiya elementinə yer yoxdur. Siyasi komandada kimlərinsə nəyləsə məşğul olmasının müxtəlif səbəbləri var və bu məsələ başqa bir araşdırmanın mövzusudur. Ancaq əminəm ki, o, xalqın, dövlətin maraqlarına zidd olan heç bir əmələ yol verməyib və şərait yaratmayıb.
Azərbaycanda Heydər Əliyevin adıyla bağlı çox şey – saraylar, mərkəzlər, parklar, muzeylər olsa da, mənim bildiyim qədəriylə, ev və ev muzeyi yoxdur. Onun evi bütün Azərbaycandır!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər