00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
İkibaşlı oyun
Tarix: 16-10-2019 15:06 | Bölmə: Nadir QOCABƏYLİ

Dağıdıcı müxalifət yenə mitinqə hazırlaşır. Daha doğrusu, aranı qarışdırmağa. Çünki normal, qayda-qanuna uyğun mitinq keçirmək istəsəydilər, ədəb-ərkanla Bakı Şəhər İcra Hakimiyyətinin göstərdiyi yerə gedər və ürəklərini növbəti dəfə boşaldardılar.
Ancaq bunların məqsədi şəhərin gediş-gəliş çox olduğu, sıx, təxribatlar üçün əlverişli olan bir ərazisində toplaşmaq, təsadüfi adamları, kriminal ünsürləri öz avantüralarına cəlb etmək, öyrədilmiş adamlar vasitəsilə aranı qatmaq, dava düşməsinə, toqquşma yaranmasına, hətta qan tökülməsinə nail olmaqdır.
Əvvəlki yazılarımda da qeyd etdiyim kimi, bunlar qan tökülməsindən istifadə edərək, hakimiyyətə qarşı narazılıq yaratmaq, onun üzərindən keçərək hakimiyyətə gəlmək xəyalı ilə yaşayırlar. Ancaq bu qan onların öz qanı yox, əvvəlki dövlərdə olduğu kimi, başqalarının, günahsız insanların, yoldan keçənlərin, maraq üçün baxmağa gələnlərin qanı olmalıdır.
Bunlar əvvəllər olduğu kimi yenə sonradan peyda olacaq, təraş etmədikləri sifətlərinə saxta ifadə verərək, səslərini bir qədər boğuqlaşdıraraq, saçlarını pırpızlaşdıraraq, boğazlarına köhnə bir “maxrovı” şarf dolayaraq (guya qızmış kütləni ağıl-kamala dəvət etmək üçün o qədər qışqırıblar ki, boğazları tutulub), camaatın qarşısına çıxıb, daxili sevinclərini heç cür gizlədə bilmədən hakimiyyəti, “rejimi”, ayrı-ayrı adamları qaniçənlikdə, cəlladlıqda, qəddarlıqda qınayacaqlar.
Ancaq əminəm ki, bunlar təkrarlanmayacaq. Çünki xalq da həmin xalq deyil, hökümət də. İnsanlar ayılıblar, əvvəlki illərin acı faciələrindən ibrət dərsi götürüblər, bütün bunların onlara ancaq pis şeylər gətirəcəyini dərk edirlər, hökumət artıq bu təxribatlara qarşı necə mübarizə aparmağın yollarını yaxşı bilir. Araqarışdıranların, suyu bulandıranların balıq tutmaq sevdası bu dəfə baş tutmayacaq. Heç gələcəkdə də...
Ancaq buna cəhdlər var. Elə ki Əli Kərimli “mitinqə bizim istədiyimiz yerlərdə icazə verilməsə, şəhərin mərkəzində icazəsiz aksiya keçirəcəyik və özüm də orada olacağam” bəyanatını verdi, bütün araqarışdıranlar, divar dalından söyüş söyənlər, xarici ölkələrə sığınıb ölkəyə nifrin yağdıranlar, şər-böhtan, təhqir püskürənlər onun səsinə səs verdilər, “tərəfdarlarını” küçələrə səslədilər. Dünənəcən onu da hakimiyyətin gözünə qatıb söyən Qurban Məmmədov, Vidadi İsgəndərli, Elvin İsayev kimi ekstremistlər, söyüş, şər-böhtan ustaları dərhal peyda olub, Əli Kərimliyə dəstək verdilər, onun aksiyada iştirakını alqışladılar və s. Bundan vəcdə gələn Kərimli də “xalqı üçün hər şeyindən keçməyə, hətta canını fəda etməyə” hazır olduğunu bəyan etdi. Pafoslu və yalançı şüarlar səsləndirdi. “Əli kərimlilər qurban olsun bu xalqa” deyərək, riyakar bibi-xalaların istifadə etdiyi oxşama ritorikasına keçdi.
Ancaq deyəsən tez də ayıldı və düşündü: “Mən neynirəm, yahu, hara gedirəm? Birdən ara qarışdı, məzhəb itdi, onda mən neyləyəcəyəm? Özü də söz vermişəm ki, mitinqçilərin arasında olacağam. Birdən təxribat elədilər, döydülər, yaraladılar, lap elə vurub öldürdülər...”
Əli Kərimli bunlara qətiyyən razı olmaz, o nəinki qurban olmağa, fəda olmağa, heç burnunun qanamasına, pencəyinin sökülməsinə, ayaqqabısının bir tayının ayağından çıxmasına da razı olmaz. O, prosesləri kənardan izləməyi, hər şey bitdikdən sonra peyda olmağı xoşlayanlar sinfindəndir. Çox ehtiyatlıdır. Boş qazan kimi danqa-dunq salmağı da buna xidmət edir. Ən yaxşı halda elə edəcək ki, aksiyaya qatılmadan həbs olunsun, təhlükəli saatları polis şöbəsində otursun, sonra da evinə gedib, olanları və olmayanları ürəyi ağzından çıxa-çıxa nazlı-qozlu mətbuat katibəsi Sevinc xanıma məruzə etsin. O da okeanın o tayından qaş-göz süzdürərək, xüsusi səs effektləri və mimikalarla Əli bəyi, həmçinin onun bədbəxt tərəfdarlarını ilhamlandırsın, cuşa gətirsin.
Ancaq imam üçün ağlayanda, gərək yezid üçün ağlayasan. Əli Kərimlini nə qədər tənqid etsək, bəyənməsək də, onun ağlına, praqmatik, tədbirli adam olduğuna şübhə edə bilmərik. O, riyakar olsa da, realist bir şəxsdir və hadisələrə ayıq baxa bilir. Odur ki, bütün bu bəyanatlardan, tərəfdarlarını, ağılsız kütləni müəyyən qədər qaza gətirdikdən, təxribatçıların ona verdiyi dəstəkdən sonra “B” planını işə saldı. Nazlı-duzlu Sevinc xanımını arayaraq, ehtiyatla hakimiyyətə açıq və üstüörtülü mesajlar ötürməyə başladı. Yəni görürsünüz də, aranı qata, ən azı şəhərin mərkəzi küçələrində etirazçılarla polis arasında “dartma yaxam cırıldı” səhnələri təşkil edə bilərəm. Amma bu nə sizə lazımdır, nə də mənə. Odur ki, mənə Lökbatandan daha yaxın bir yerdə mitinq keçirməyə icazə verin ki, həm xalq, həm xarici himayədarlar bir addım irəli getdiyimi görsünlər. Bunu etməsəniz, tamamilə nüfuzdan düşərəm. Qrantlar da kəsilər. Mənim döyülməyim, öldürülməyim, tutulmağım sizə lazım deyil. Mənə də hakimiyyət lazım deyil, bilirsiniz. Sadəcə indikindən bir az güclü olmaq istəyirəm ki, tam məhv olmayım və xaricdən vəsait gəlsin. Çünki o pulverən əclaflar dəstək üçün aksiyaların kütləviliyini şərt qoyurlar. Onsuz da təcrübə göstərir ki, mitinqlər nə qədər izdihamlı olsalar da, getdikcə zəifləyir və öləziyirlər, ta ki dünyada hər hansı “demokratik” proseslər başladığına dair müəyyən illüziyalar formalaşdırılana qədər.
Əli Kərimli doğrudan da dünənki çıxışında hakimiyyətə bir növ yalvararaq, bu mesajları verdi. Əminəm ki, onu daha yaxşı anladılar, proseslərin pərdə arxasını da bəndənizdən daha dəqiq bilirlər və ən doğru qərarı hakimiyyət verir.
Keçirəm Əli Kərimlinin hakimiyyət istəyinin olub-olmaması məsələsinə. Əli Kərimli hakimiyyətə gəlmək və onu əlində saxlamaq imkanlarının olmadığını hamıdan yaxşı bilir. O, hakimiyyətin son dərəcə ağır yük, böyük məsuliyyət olduğunu, ciddi daxili və xarici dəstək tələb etdiyini, təkcə sadə xalqın yox, ziyalı təbəqənin, elitanın güclü dəstəyinə ehtiyac duyduğunu çox gözəl bilir. Əli Kərimli bunu da gözəl anlayır ki, onu prezident kürsüsünə oturtsalar belə, bu gün ona kənardan dəstək ifadə edənlərlə bacara, onların öhdəsindən gələ bilməz. O, İsgəndər Həmidov, Qurban Məmmədov, Vidadi İsgəndərli və digər onlara bənzərləri yerində oturda, gözlərinin odunu ala bilməz. Bunun üçün onun yetərli qüvvəsi, arxası, kadr potensialı yoxdur və yaxın illərdə də olmayacaq. İndiki hakimiyyətin gücünü, potensialını öz tərəfinə çəkə biləcəyini düşünürsə, ciddi şəkildə yanılır. Səbəblər haqda geniş yazmaq istəmirəm və məncə, bunu ölkəmizdə marağı olan xarici qüvvələr də bilməmiş deyil. Elə Əli Kərimlinin özünün də dərrakəsi bu həqiqəti anlayacaq tutumda olmalıdır, məncə. Sadəcə, polisə, güc strukturlarına yönəlik isti mesajlar səsləndirməklə blef edərək, öz tərəfdarlarını aldadır. Guya polis də narazıdır və bunların tərəfinə keçə bilər. Keçməz polis sizin “tərəfinizə”, çünki siz “tərəf” deyilsiniz axı. Amma nə yazıq ki, Əli Kərimlidən fərqli olaraq, ona ümid edən bir ovuc marginal bunu anlamır.
Əli Kərimlinin çıxışlarını diqqətlə dinləyən onun ikibaşlı – həm avam kütləyə, həm də elitaya, hakimiyyətə hesablanan mesajlar ötürdüyünü görə bilər. Bunun üçün sadəcə bir az həyat təcrübəsi, bir az da ağıl və bilik lazımdır.
Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər