00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Çəngəl oğrusu - Nadir Qocabəyli yazır
Tarix: 28-10-2019 18:28 | Bölmə: Nadir QOCABƏYLİ

Bu yazını yazmamaq da olardı, heç yazmaq istəmirdim də. Onsuz da bəzi kiçik fraqmentlərinə feysbukda toxunmuşam. Ancaq hiss edirəm ki, bir qədər geniş təhlilə ehtiyac var. Nədən ki, bəzi əxlaqdan, abır-həyadan, mənəviyyatdan yoxsul adamlar, qruplar bizi qaralamağa, ləkələməyə, lağlağı obyektinə çevirməyə çalışır, hətta özlərinə müəyyən sayda tərəfdarlar da toplaya bilirlər. Onlara vaxtında, həm də əhatəli, təsirli cavab vermək lazımdır ki, özlərini yığışdırsanlar, güzgünün qarşısına keçib personalarına bir də tamaşa etsinlər, keçmişlərini, keçdikləri həyat yolunu bir daha xatırlasınlar, zöhrəvi xəstəliklərini başqalarına, xüsusilə də, gənclərə yoluxdurmasınlar. Həm də həyalılar da həyasızlar qədər cəsarətli olmasalar, abırlarına qısılsalar, yaşamaq çox çətin olacaq. Bu gözəlim həyatın bunların öldürücü epidemiyalarına yoluxmasına yol vermək olmaz.
Mən, əlbəttə, iki adam arasında olmuş hadisəni danışmaq istəməzdim. Tanrı şahiddir ki, məni buna məcbur edənlər olmadıqca, danışmıram da. Amma kimsə qarşısında belə bir öhdəliyim yoxdur və özüm də bunu kimsədən ummuram. Haçansa bir səhvim olubsa, onu özüm də yadıma düşəndə və yeri gələndə etiraf edirəm, kimsə bir yanlış hərəkətimi görübsə, bilirsə, buyurub söyləyə bilər. Ya etiraf edərəm, ya da cavabını verərəm gedər...
Amma və lakin bir “çəngəl oğrusu” mənə əxlaq, mənəviyyat dərsi keçməyə qalxırsa, ona bəzi şeyləri xatırlatmağa məcburam. Bunu ilk növbədə ictimai əxlaq baxımından edirəm. Çünki biz az-çox tanınmış adamlarıq, xalq kənardan izləyir, gənclər baxıb ibrət alır.
Ancaq mən yenə də ictimai rəyi, real sosial düşüncə tərzini nəzərə alaraq “çəngəl oğrusu”nun adını, soyadını, atasının adını çəkmirəm. Yəni gözlərim qarşısında baş verən və mənə son dərəcə iyrənc təsir bağışlayan xırda oğurluq hadisəsinin qəhrəmanını daşqalaq obyektinə çevirmək istəmirəm. Heç hadisənin təfərrüatını da yazmayacağam. Çünki məqsədim tamamilə ayrı şeydir.
Bu adam məni “oturub-durub Əli Kərimli haqqında yazmaqda” ittiham edib. Amma adımı çəkməyib, guya üstüörtülü yazıb. Sonra da əlavə edib ki, “özünü satlığa qoyub, alan yoxdur”.
Bundansa adımı çəkib, normal tənqid etsəydi, daha ağıllı, korrekt görünərdi və cavabını da eyni üslubda alardı. Bəli, mən Əli Kərimlini vaxtaşırı, son zamanlar bir qədər tez-tez tənqid edirəm. Çünki Əli Kərimlinin siyasi xəttini, üslubunu qəbul etmirəm. Bunu yazılarımda kifayət qədər əsaslandırıram da. Son zamanlar onu tez-tez xatırlamağım, yumşaq desəm, “dinc oturmaması”, ölkəni qarışdırmaq ssenarisi həyata keçirmək cəhdi, mənim müdafiə etdiyim siyasi xətti, Prezidentin apardığı islahatları qaralamağa çalışması, Kərimlini burnumun ucuna soxanların çoxluğudur. Mən Əli Kərimli haqqında onun İlham Əliyev, digər hakimiyyət nümayəndələri haqqında danışdığından daha artıq yazmıram. Hətta müqayisədə xeyli az yazıram. Sual olunur: Əli Kərimli danışırsa, mən niyə susmalıyam? Niyə mənim dilim onunkundan qısa olmalıdır?
Yazdığı səviyyəsiz lağlağı statusunu özü kimi allahqulular, əliqulular, şərəmətlər şərh edərək, statusun kimə ünvanlandığını “dəqiqləşdirmək” üçün dəridən-qabıqdan çıxıblar. O da buna heç bir etiraz bildirməyib. Vaxtı çatanda onların da iynəsini vuracaq, xalqa, ölkəyə, dövlətə zidd, ziyanlı fəaliyyətlərinə, kimə, haraya işlədiklərinə işıq salacağam. Söz!
Restoranda ayağa qalxarkən, masanın üzərindəki parıltılı yemək alətini götürüb qoltuq cibinə qoyan, mənim heyrətli baxışlarıma göz vurmaqla reaksiya verən qələm əhlinin radikal müxalifət liderini bəndənizin yazılarından qorumaq cəhdi və bunu təhqiramiz formada etməsi nəyə xidmət edir, əcəba?
Başlayıram “özünü satlığa qoymaq” məsələsindən. Əvvəla, bu dünyada hər bir insan, canlı varlıq yemək, yaşamaq üçün çalışır, zəhmət çəkir, zəhmətinin, ağlının, intellektinin, istedadının məhsulunu, hətta Tanrının bəxş etdiyi gözəlliyini satır. Bu məsələyə neqativ yanaşmağı qarşımıza məqsəd qoysaq, bu yarlığı hər kəsə yapışdırmaq mümkündür. Yəni olduqca incə, həssas məsələdir. Bunu adi insanlar bilməsə də, əlinə qələm, klaviatura alan adam bilməli və belə bəsit, primitiv, bayağı fikirlər tirajlamamlıdır. Nə yazıq ki, bu və bununkimilər hazırda Azərbaycan ədəbiyyatını alaq otu kimi basıblar, özlərini yazıçı hesab etdikləri halda, kolxozçu səviyyəsində fikirlər yürüdürlər.
İkincisi, “özünü satlığa qoymaqdan” danışanda ilk növbədə özünü 30 ildir Qərbdəki demokratiya dəllallarına satan və alınmayan, ya da ucuz alınan Əli Kərimlinin adını çəkməlisən. Daha sonra keçməlisən neçə illərdir özünü YB-də satan dədənə və qarşına çıxan hər kəsə bazarladığın özünə. Qapılarında süləndiyin, selfi çəkdiyin məmurlara, deputatlara, rektorlara neçəyə satıldığından yazmalısan.
Üçüncüsü, mən yazdığım yazılara görə qələm haqqı alıram. Eyni saytlardan sən də qonorar alırsan və sənin illərlə aldıqlarının yanında mənim aldığım müqayisə olunmayacaq dərəcədə azdır. Yaxşı, bu dövlətin pulunu elə dədənlə sən yeməli, gündə bir arvad alıb-boşamalı, “vətəndaş nikahı” adlı əxlaqsızlığı təbliğ edərək, xalqın qızını rüsvay etməlisən? Bizim ağzımız, ailəmiz, uşağımız yoxdur?
Dördüncüsü, mən sənin kimi küçə uşaqlarının, gədə-güdənin, xatirə dəftəri tutan düşük romantiklərin zövqünü oxşayan bəsit, dayaz şeylər yazmıram, siyasi təhlillər edir, fikrimi konkret faktlarla, arqumentlərlə əsaslandırıram, dövlətin, onun başçısının haqlı mövqeyini dəstəkləyirəm. Buna görə, bəzi saytlar mənə qələm haqqı verirlərsə, sağ olsunlar.
Altıncısı, mən səndən fərqli olaraq yediyim qaba tüpürmürəm. İqtidardan, məmurlardan, deputatlardan, rektorlardan pul alıb, dövlətin başçısını, onun apardığı siyasəti qaralayan birini müdafiə etmirəm.
Neçə ola bilər ki, insan həm İlham Əliyevi dəstəkləsin, həm də Əli Kərimlini müdafiə etsin? Bunu ağlınız alırmı? Bunun ikiüzlülükdən, riyakarlıqdan başqa adı varmı? Bunlar yeri gələndə, maraqları tələb edəndə, quyruqları qapı arasında qalanda ailəlikcə bir-birindən imtina etməyə qadir adamlardır. İnanın ki, hamısı oyundur, tamaşadır, şoudur.
İndi guya bunun və buna rəy yazanların qulağına səs dəyib. Bunların keçirdiyi əxlaqsız həyat təzini, təbliğ etdikləri pozğunluğu, gündə bir arvad, ər dəyişməyi, “vətəndaş nikahını”, “azad seksi”, “LGBT”ni müdafiə və təşviq edən dairələr Əli Kərimlini hakimiyyətə gətircəklər, bunlar da burada kefə baxacaq, hamını özləri kimi edib əhdlərini alacaqlar. Ay, siz öləsiniz! Olmayacaq belə şey! Boş yerə ümidlənməyin. Bu ölkədə hər zaman namus da olacaq, qeyrət də, kişilik də, qadınlıq da. Siz bu ölkəni iyrənc “mavi”lərin, feministlərin, məişət pozğunlarının, atalarla analar arasında əsir qalan uşaqların, qızları vətəndaş nikahı adıyla pozğun, şəhvətpərəst kişilərin qucağına atılan qüruru tapdanmış ataların vətəninə çevirə bilməyəcəksiniz.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər