00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
“Türklərin tanrısı” - Nadir Qocabəyli yazır
Tarix: 24-03-2021 21:35 | Bölmə: Nadir QOCABƏYLİ

İndicə oxudum ki, Şuşanın mərkəzi küçəsinə Mustafakamal Atatürkün adını veriblər. Bəzi dostlar da sual verib ki, niyə Üzeyir Hacıbəyov, Bülbül, nə bilim Xurşidbanu Natəvan dura-dura, Atatürk...
Bu suala cavab verməzdən qabaq istəyirəm sizə bir əhvalat danışam. Anakarada yaşayarkən valideynləri kürd olsa da, özünü türk sayan kirayə otaq yoldaşım Əhməd (Ahmet) haqqında bir-iki dəfə yazmışam. Bax həmin Əhməd deyirdi ki, əgər bizim sivilizasiya məhv olsa, aradan milyon illər keçdikdən sonra Anadolu ərazisində arxeoloji qazantılar aparılsa, hər yerdən Atatürkün heykəli çıxacaq və onlar elə biləcək ki, bu adam kimdirsə, bizim tanrımız olub...
Türkiyədə həqiqətən Atatürk heykəllərinin, büstlərinin sayı-hesabı yoxdur. Vaxtilə bizdə hər şey Leninin adına olduğu kimi, qardaş ölkədə də əksər küçələr, prospektlər, meydanlar, saraylar, stadionlar və sairələr Mustafakamal paşanın adını daşıyır.
Mən Türkiyədə şairə, yazıçıya, bəstəkara, rəssama bizdəki qədər önəm verildiyini, heykəl qoyulduğunu görmədim. Görünür, bunu təkcə sovet hökuməti edib və bizi də belə öyrədib. Odur ki, bəzi dostlar Şuşanın mərkəsi küçəsinin də Mirmöhsün Nəvvabın, Qasım bəy Zakirin adına olmasını arzulayırlar...
Bir haşiyə də çıxım ki, söhbətimiz maraqlı olsun. Ankarada mənə Osmanlıcadan və Divan ədəbiyyatından dərs deyən Filiz Kılıc adlı müəllimim Füzuliyə olan xüsusi münasibətimi görüb bir dəfə dedi: “Nadir Fuzuliyi çok sevər...” Sonra isə əlavə etdi: “Nadir, sen gel Fuzuliyi bizimle bölüş. Çünki o sizin olduğu kadar, hem de bizim...”
“Bölüşemem, hocam”,- dedim.
“Neden”,- o maraqla soruşdu.
“Çünki Fuzuliye en çok biz sahiplendik. Ona Bakünün merkezinde heykel yaptık, eserlerine operalar, şarkılar besteledik, adına sokaklar, caddeler verdik. Bizde hatta Fuzuli ilçesi bile vardır...”
Filiz hoca heyrət etdi. “Bizde şairler bu kadar önemsenmez”,- dedi və əlavə etdi: “Gerçekten Fuzuliye siz daha fazla hakediyorsunuz...”
Qayıdaq Şuşanın mərkəzi küçəsinə Atatürkün adının verilməsinə. Əziz qardaş və bacılar! Bu sırf siyasi, hətta geosiyasi bir qərardır. Yəni biz hələ də hansı proseslərin getdiyini anlamamışıq? Rəsmi təbliğat hər nə deyir-desin, nə danışır-danışsın, nə qədər pul xərcləyir-xərcləsin, silir-silsin, hər şey ortadadır. Qarabağ, Rusiya-Türkiyə razılaşması sayəsində bizə qaytarılıb və bunun şərtləri var. Kaş ki, ermənilər də bunu vaxtında anlayaydılar və əvvəlcədən razı olaydılar. O zaman bu qədər şəhid verməzdik, bu qədər gənc şikəst, bədbəxt olmazdı. Elə onlar da bu qədər itki verməzdilər. Amma təəssüflər olsun ki, həqiqəti, reallığı hər kəs vaxtında dərk edə bilmir. Sonra isə gec olur...
Mən yenə də reallıqdan çıxış edərək bildirirəm ki, çox əl-qol atmağa, “risovka”lıq etməyə ehtiyac yoxdur. Şuşanın mərkəzi küçəsinə Atatürkün adının verilməsi hazırkı siyasi konyukturaya uyğundur və burada dəhşətli bir şey yoxdur. Adın nə fərqi var ki, əsas mahiyyətdir. Mahiyyətsə odur ki, erməni bir də heç vaxt Atatürkün adını daşıyan baş küçənin olduğu şəhərə soxulmağa cəsarət etməz. Qarabağda əbədi sülh olar. Vaxtilə ermənilərlə birgə yaşadığımız şəhərdə türk qardaşlarımızla çiyin-çiyinə yaşayarıq. Bütövləşərik, yaxınlaşarıq, Şuşa türk dünyasının ortaq şəhəri, ortaq mədəniyyət mərkəzi, ortaq maraq dairəsi olar...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər