00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Astroloq: “Yeni ildə ölkəmizdə mülkiyyət savaşlarının maksimum həddini görəcəyik” - Müsahibə
Tarix: 23-12-2018 08:49 | Bölmə: Müsahibə

Səbuhi Rəhimli: “20-yə yaxın ölkədə hakimiyyət dəyişikliyi baş verəcək ki, onların da yarıya qədəri nəzərdə tutulmamış dəyişiklik olacaq”
Artıq 2018-ci il başa çatmaqdadır. Qarşıdan 2019 - astroloji baxımdan Qaban ili gəlir. Hər il olduğu kimi tanınmış astroloq, avestaşünas, yazar Səbuhi Rəhimli ilə yeni il öncəsi görüşdük. S. Rəhimli “Reytinq”ə müsahibəsində qarşıdan gələn ilin astroloji xüsusiyyətləri, bizi gözləyən mənfi və müsbət hadisələrdən danışdı.
- Öncə üzümüzə gələn il barədə məlumat verərdiniz.
- Qarşıdan Torpaq ünsürlü Sarı Qaban ili gəlir. Yeni təqvim astronomik hesabla fevralın 5-də başlayacaq. Bu illər bir qayda olaraq sakit, bərəkətli, ən başlıcası isə müharibəsiz keçir. Ötən 5 əsrin bütün Qaban illərini tədqiq etdim və demək olar ki, hansısa qlobal müharibə məlumatına rast gəlmədim. Qarşıma Pakistanla Hindistan arasında baş verən qısamüddətli müharibədən və Bonapart Napaleonun Vaterloo yaxınlığındakı son – məğlubiyyət döyüşündən başqa bir şey çıxmadı. Məhz bunları da təhlil edəndə növbəti ilin sakit, savaşsız keçəcəyini düşünmək olar.
- Bəs bu ildə insanları nə gözləyir? Təbii fəlakət və digər sahələrdə nələr baş verə bilər?
- Əvvəldə söylədiklərimi bir daha möhkəmləndirmək üçün deyim ki, Qaban illərində sui-qəsdlər və terrorlar da minimumdur. Bu illəri araşdıranda qarşıma cəmi iki sui-qəsd çıxdı: İsrailin baş naziri İssak Ravinlə Güney Azərbaycan Milli Hərəkatının lideri Seyid Cəfər Pişəvərinin qətli. Bu illərdə terror da azdır.
Təbii fəlakətlərə gəlincə, bunun astroloji bilgilərlə əlaqəsi yoxdur. Çünki həmişə yarızarafat deyirəm ki, təbii fəlakətləri, futbolu və inqilabları astroloji hesablamalarla bilmək olmur. Amma bu mövzuda da hər zaman “Qaban”ın təmkini görünməkdədir. Son 360 ildə dediyimiz dövrə düşən zamanlarda cəmi iki zəlzələ olub: Tokioda (105 min itki) və Ərzurumda (14 min itki).
- Adətən astroloji proqnozlarla kasıb camaat daha çox maraqlanır, varlılardan kim maraqlansa da, onlar üçün özəl astroloji proqnozlar hazırlanır. Ona görə də kasıbları maraqlandıran sual verim, 2019-da qıtlıq olmayacaq ki?
- Bu sualınızın da cavabı astrologiyada deyil. Çünki bu, siyasi idarəetmədən, cəmiyyətin iqtisadi azadlığının hansı çərçivədə bərqərar olmasından asılıdır. Məntiqlə yanaşsaq, sadə insanlar Kanadada da var, Almaniyada da, Anqolada da, Suriyada da, Qafqazda da. Məgər onların hamısı eyni güzəran yaşayır? Əlbəttə yox.
- Konkret Azərbaycanı götürək...
- Elə yuxarıda bunu demək istədim. Astroloji müşahidələrə görə, üç zodiak ili var ki, onların hakim olduğu dövrlər bərəkət və bolluq ili kimi tarixə düşür: Keçi, Qoyun və Qaban illəri. Ümid edək ki, astroloji ənənə bu il də pozulmayacaq.
- Qaban ilində kimlər, hansı illər, hansı bürclər altında doğulanlar özlərini rahat hiss edəcək? Kimlər üçün gələn il ağır olacaq?
- Bu yanaşma da doğru olmazdı. Konkret cavabı bilmək istəyirsinizsə, cavabım budur ki, kim Qaban ilinin oyun qaydalarına sadiq qalsa, xarakterik nəbzini tutsa, o da uğura yiyələnəcək.
- Bəs “Qaban”ın oyun qaydaları hansılardır?
- Azərbaycan reallığında çətin görünsə də, dürüst olmaq, yalan vədlər verməmək, pulla bağlı riskli addımlar atmamaq, yeni və böyük işlərə təkbaşına başlamamaq, tələsik evlilikdən uzaq durmaq, səhhətlə bağlı azacıq nasazlıq olan kimi həkimə müraciət etmək və s.
- Aydındır. Amma siz hər il uğurlu bürclər və illər barədə də fikirlər deyirsiniz…
- Sırf astroloji baxımdan ilin şanslı bürcləri Qoç və Əqrəb, illəri Qaban (Donuz), Pişik (Dovşan) və Keçidir (Qoyun).
- Bu, artıq son illərin əsas suallarındandır. Dolların məzənnəsi necə olacaq? Qiymətlər artmayacaq ki?
- (Gülür) Bu sualın cavabı astrologiyada deyil, valyutanın idarə olunmasını tənzimləyən mövcud qurumlardadır. Bilirsiniz, iradi qərarı, düşüncəni proqnozlaşdırmaq çox çətindir. Hətta real proqnozlar olur ki, onun qarşısını almaq, necə deyərlər “səhv çıxarmaq” olur. Astrologiya pəncərəsi bu periodu tam ifadə etmir.
- Sualdan yenə yayındınız. Yeri gəlmişkən, ötən il ictimai-siyasi proqnozlar vermədiniz. Səbəbini açıqlaya bilərsinizmi?
- Gəlin, yeni il öncəsi söhbətimizi gələcəyə kökləyək, keçmiş keçmişdə qaldı. 2004-cü ildə də ictimai-siyasi proqnozlar verməmişdim. 14 ildə bir dəfə istirahət edə bilmərik? (gülür)
- Elə ölkələr var ki, siyasi proqnoz vemək təhlükə yaradır. Bəlkə sizi də çəkindirən səbəblər var?
- İndiyə qədər mənə siyasi tərəfdən nəinki təzyiq, heç adi bir narazılıq da bildirilməyib. Çünki bu, məntiqli deyil. Yalnız bir dəfə olub. Mərhum Heydər Əliyevin hakimiyyəti dönəmində həmin il 8 nazir və nazir ranqlı məmurların işdən çıxarılacağını demişdim. Hətta efirdə onların adını yazıb aparıcıya da vermişdim. Əslində işimi ehtiyatlı tutub vərəqə heç bir ad yazmamışdım ki, aparıcı məni ələ verməsin. Həmin ilin sonunda doğrudan da işdən çıxarılan 8 nazir və komitə sədrlərinin adını, guya o vaxt yazdığım vərəqdən deyirmiş kimi efirdə oxudum. O vaxt bu olay bütün ölkədə dillərə düşmüşdü. Hə, o məsələdən sonra işdən çıxarılanlardan biri telefonuma zəng vurub “gör sənin başına nə oyun açacağam”,- demişdi. Amma dediyini edə bilmədi... Sözümün canı odur ki, proqnoz verməkdən niyə qorxmalıyam ki? Siz müsahibə alanda qorxursunuz bəyəm? Hərənin öz işi var.
Bir də ki, mən hər il onsuz da özüm üçün 60-a yaxın siyasi proqnoz hazırlayıram, mətbuata isə onlardan uzağı 25-ni verirəm. Ötən il isə heç onu da vermədim.
- Bəs bu il?
- Xətriniz xoş olduğu üçün ucundan-qulağından sizə bir az demək olar. Yeni ildə ölkəmizdə mülkiyyət üstündə savaşların maksimum həddini görəcəyik. Qarabağda fevral, may və avqust aylarında uğurlu hərbi əməliyyatlar aparmaq üçün şansımız olacaq. Ən başlıcası, Azərbaycandakı inhisarçıların yarıya qədəri əvəzlənəcək.
Növbəti ildə Avropa son 20 ilin ən ağır sınaqlarını yaşayacaq, hətta buna xaos da demək olar. 20-yə yaxın ölkədə hakimiyyət dəyişikliyi baş verəcək ki, onların da yarıya qədəri nəzərdə tutulmamış dəyişiklik olacaq. Haqqında impiçment proqnozlaşdırılan Donald Tramp isə ilk günlərdən dediyim kimi, ən azı bir tam müddətdə ABŞ prezidenti olaraq qalacaq. Bu qədər.
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər