00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
İlham İsmayıl: “Azərbaycan bütün fürsətləri qaçırıb” - Müsahibə
Tarix: 27-02-2019 14:26 | Bölmə: Müsahibə

Təhlükəsizlik üzrə ekspert deyir ki, aprel döyüşü tipli lokal döyüşlər atəşkəsdən 22 il sonra deyil, hər il keçirilməli, hətta Xankəndi də atəşə məruz qalmalıydı
Xocalı soyqırımının anım günlərində 366-cı alayın adı hər zaman böyük hərbi cinayətdə hallanır. Bununla yanaşı Rusiya faktoru da əvvəllər olduğu kimi yenə də həlledici rola malikdir. Rusiyanın rolu və Qarabağ ətrafında baş verənlər haqqında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl danışıb.
Reyting.az İ. İsmayılın Moderator.az-a müsahibəsini təqdim edir:
- Qarabağ münaqişəsi başlayan müddətdə Ermənistan Rusiya faktorundan gen-bol istifadə edib, Azərbaycan isə belə görünür ki, Rusiyanı özünə Ermənistandan daha yaxın müttəfiq edə bilməyib. O da aydındır ki, bundan sonra da Azərbaycan Rusiyaya Ermənistandan daha yaxın ola bilməyəcək. Bu halda, Rusiyanı necə neytrallaşdırmaq və ya zərərsizləşdirmək olar?
- Bu məsələni Qarabağ hadisələri başlayanan vaxtdan yox, daha keçmiş tarixdən və müstəqillik dövründən başlayaraq təhlil edək. Erməni faktoru Çar Rusiyasının da, Sovet imperiyasının da, indiki Rusiya Federasiyasının da siyasətində bir alət rolunu oynayıb və Moskva bu alətlə Cənubi Qafqazda maraqlarını həyata keçirib və keçirməkdə davam edir. Bu münasibətdən erməni də öz maraqları naminə Rusiyadan geniş istifadə edib. Bu günlərdə Pol Qobl da konflikt haqqında maraqlı bir fikir demişdi: “Rusiya üçün Gürcüstan yol, Ermənistan alət, Azərbaycan prizdir”.
Rusiya həm də çalışıb, Qarabağ problemi həm Ermənistanda, həm də Azərbaycanda siyasi inhisara alınsın və buna da nail olub ki, maksimum geniş ictimaiyyət problemin müzakirəsindən kənarda qalsın. Əks proses baş verəndə Rusiya maraqlarına uyğun gəlməyən siyasi proseslərə müdaxilə edib və bu siyasəti aparanlara qarşı mübarizəyə başlayıb. Bu, zamanında Ter-Petrosyanın simasında özünü göstərib və erməni nə qədər yaxın olsa da, müəyyən olunmuş sərhəddi keçəndə cəzasını alıb. Azərbaycanda buna nail olsa da, Ermənistanda keçən ilin aprelindən bu prinsip pozuldu və Qarabağ “qəhrəmanları” olmasına baxmayaraq Sarkisyan istefaya, Koçaryan isə həbsə getdi. Bu hal ilk baxışdan Rusiya siyasətinə uyğun gəlmirdi və bu gün də Rusiya müəyyən narazılıqlarını ifadə edir, amma Azərbaycan bu vəziyyətdə də Rusiyaya yaxın ola bilməyəcək. Baxmayaraq ki, Azərbaycanın illərdir apardığı siyasət daha çox Rusiyaya yaxınlıq prinsipləri ilə müşayət olunur. Amma bu yaxınlıq Qarabağ istəyi üzərində qurulmayıb və biz Qarabağ istəyini açıq tələb kimi qoysaq da, Rusiya Azərbaycanın yanında olmayacaq. Ermənistanın yeni hakimiyyəti demokratik dona bürünsə belə, Rusiyadan hara qədər asılı olduqlarını bilirlər və sözdə demokrat Paşinyan Putinin “qırmızı xətt”ini keçmir.
Ona görə də Rusiyanı “neytrallaşdırmaq və zərərsizləşdirmək” təkbaşına Azərbaycanın işi deyil. Beynəlxalq güclərin təsir dairəsi üstündə qlobal qarşıdurmanın bir vacib bölgəsi də Cənubi Qafqazdır. Cənubi Qafqazda Gürcüstan bu yolu tutub və davam edir, amma Abxaziya və Osetiyanın işğaldan azad edilməsi istiqamətində hərbi müstəvidən istifadə edə bilmir. 2008-ci ildəki cəhd Gürcüstanın əleyhinə işlədi və yalnız Qərbin ciddi tələbi sayəsində Rusiya müharibəni dayandırdı. Sadəcə, Gürcüstanın burda üstünlüyü ondadır ki, artıq Gürcüstanın bundan sonrakı təhlükəsizliyinə qarant duran Qərbi Avropa və ABŞ var. Gürcüstanın ərazi bütövlüyünü tələb edən Qərb var. Bizdə isə bu yoxdur. Torpağımız işğal olunub, təhlükəsizliyimizə qarant duran beynəlxalq təhlükəsizlik sistemində yoxuq. Qarabağın işğalı davam edir. Gürcüstandakı kimi demokratik dünyaya yaxın olsaq, ən azı torpaqların işğaldan azad olmasının zamana bağlı olduğunu və dünyanın da bizim haqlı mövqeyimizi dəstəkləyəcəyini bilərdik.
- Dünən Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi qeyd edildi. Amma yalnız bu deyil. Son 100 ildə bu iki xalq arasında etimadsızlığı dərinləşdirəcək analoji qanlı faciələr çox olub. Amma, bunlar bizim yaddaşımızdan sanki silinib. Sizə də qəribə gəlirmi ki, bu, necə baş verdi? Tolerantlıq idi, yoxsa, inzibati təhdidlər nəticəsində belə vəziyyət yaranmışdı?
- Bu tolerantlıqdan çox milli unutqanlıq bəlasıdır. Hər iki ölkə Sovet imperiyasının daxilində idi, amma erməni milli siyasəti türkə düşmənçiliyini, (yalnız Osmanlı Türkiyəsinə deyil) Azərbaycana düşmənçiliyini heç vaxt gizlətməyib. Azərbaycan sovet rəhbərliyində milli-strateji düşüncədən çox vəzifə davası prioritet olub. Ermənilər Dağlıq Qarabağ iddialarını Lenindən Qorbaçova qədər hər zaman bildirib. Bunu da respublikanın bütün rəhbərləri bilirdilər. Amma Dağlıq Qarabağda demoqrafik və iqtisadi-siyasi vəziyyətə tam nəzarət edə bilmək üçün Azərbaycan sovet rəhbərlərinin, Azərbaycan ziyalılarının heç zaman yarı gizli, yarı aşkar siyasət planı, kursu olmayıb. İnzibati təhdidlər isə Moskvadan çox respublika rəhbərliyindən qaynaqlanırdı. Səbəb, yenə də vəzifədə qalmaq olub.
Xocalı ilə əlaqədar son iki günün erməni mətbuatını izlədim. Yalnız “Aravot” nəşri yazmışdı, o da azərbaycanlıların sözlərindən ibarət toplanmış materiallar idi. Siyasi rəqiblərini Xocalı faciəsi ilə itiham edənlərin, xüsusilə “Realnıy Azərbaycan” qəzetində 2005-ci ildə dərc edilmiş yazıdan daha çox sitat gətirilib, faciənin qəsdən Mütəllibova qarşı cəbhəçilər tərəfindən törədildiyi barədə bizim mətbuatda yazılanları təkrar ediblər. Biabırçılıq ondadır ki, dünən də ölkə mediasında yenə erməniləri təqsirli bilməyən, yalnız cəbhəçilərin günahı olduğu qeyd edilən yazılar verilib. Düşmən də günahsızlığını bizim mətbuatda gedənlərlə sübut edir.
- Atəşkəsdən sonrakı müddət ərzində Azərbaycan hansı hərbi və ya siyasi fürsətləri əldən qaçırıb, nəzərə almayıb və ya istifadə edə bilməyib?
- Azərbaycan bütün fürsətləri qaçırıb. Ölkəni atəşkəsdən bəri torpaqların azad edilməsi uğrunda mübarizəyə və müharibəyə hazırlamaq lazım idi. Aprel döyüşü tipli lokal döyüşlər atəşkəsdən 22 il sonra deyil, gərək, hər il keçiriləydi. Düşmənin işğal etdiyi ərazilərdə daim diversiya-təxribat qrupları işləməliydi. Düşmənin mövqeləri, o cümlədən Xankəndi belə atəşə məruz qalmalıydı. Erməni bilməlidir ki, burda ona rahat həyat yoxdur. Ortada məntiq var. 25 ildir sülh danışıqları alınmır, olanlar da çox zaman formal xarakter daşıyır. Diplomatiyamız isə sıfırdan da aşağı səviyyədədir. Neft kontraktlarından həm də Qarabağ problemini həll etmək üçün istifadə edilməliydi. Təəssüf ki, uzaq və yaxın tarixi səhvlərdən nəticə çıxara bilməmişik.
- İndiki zamanda münaqişənin həlli üçün hansı mümkün variantları təsəvvür edirsiniz?
- Münaqişənin həlli üçün danışıqlarda hansısa gizli məqamların olmasından asılı olmayaraq, qarşı tərəfin mövqeyi açıq şəkildə məlumdur. Ermənistan rəhbərliyi və ictimaiyyəti Qarabağ məsələsində eyni fikirdədir. Maksimal radikallıq nümayiş etdirirlər. Deməli, bu radikallığı sındırmaq üçün güc göstərməlisən. Göstərmirsənsə, deməli çəkinəcək nələrsə var. Nə? Ya hərbi qüvvələrin gücünə etimad və inam yoxdur, müharibə olarsa, uduzacağını bilirsən, ya da bu məsələ ilə birbaşa əlaqəsi olmayan başqa səbəblər var. Yoxsa, Azərbaycanın əhalisi ermənilərdən dörd dəfə çoxdur. Dördü bizdən biri ermənidən ölsə belə, biz qalib gələcəyik. Başqa variantalar artıq ölkə maraqları səviyyəsində deyil, başqa prinsiplərdir və bizim bilmədiyimiz nə varsa onun Azərbaycana aidiyyatı yoxdur. Nəsə başqa səbəblər var. Onu araşdırmaq lazımdır.
Güc nümayiş etdirilməsə başqa mümkün variant yoxdur.
- Beynəlxalq faktorları belə sıralayaq: Rusiya münaqişənin dondurulmasında maraqlı görünür. Ruslar hesab edirlər ki, bu cür münaqişələrin uzanması regionun idarəçilik iplərini əldə saxlamağa imkan verir. Bu, nə zamana qədər davam edə bilər?
- Bu gün Ermənistan kifayət qədər anti-Rusiya təbliğatı aparır, Rusiyanın üzərinə gedir və istədiyinə nail olur. Şantaj edir, Qərbə üz tutacağı ilə hədələyir. Ermənistanı bizim əlimizlə cəzalandırmaq Rusiyanın ağlından da keçmir. Yəni Qarabağ məsələsində bir yaşayış məntəqəsini belə azad etməklə Ermənistanı cəzalandırmaq niyyətindən uzaqdır. Biz indiyədək Rusiyanın xətrinə belə dəyəcək siyasi addımlar atmamışıq, amma Rusiya bizim yanımızda deyil. Rusiya ilə münasibətlərə yenidən baxmaq lazımdır. Rus dilində 300 məktəb, iki universitet açmaqla heç nə əldə olunmayıb, olunmayacaq da. Qarabağda hərbi əməliyyatları intensivləşdirmək lazımdır. Düşməndən bir yaşayış məntəqəsini almaq, situasiyanı mütləq dəyişəcək.
Rusiya ağır iqtisadi böhran dövrünü yaşayır və postPutin dövrü yaxınlaşır. Azərbaycan Qərbə inteqrasiyanın şərtlərinə əməl edib, üzünü Avropaya tutmalıdır. 25 illik Rusiya istiqaməti heç nə vermədi.
Qərbin bölgəyə təsiri güclənsə də indiki şəraitdə Qərbin də kimin yanında olması sual altındadır. Ermənistanın hələ ki, bir demokrat imici formalaşır. Bizim isə imicimiz bəllidir. Azad olmayan ölkəyik və beynəlxalq rəy bizim tərəfimizdə deyil, Beynəlxalq hüquq bizim tərəfimizdə olsa belə. Belə vəziyyət kompleks demokratik islahatlar aparılanadək davam edəcək.
- Başqa tərəfdən belə politoloji ehtimallar da irəli sürülür ki, Qərb də münaqişənin hərb yolu ilə həllini istisna edir, amma təcavüzkar tərəf olan Ermənistana qarşı da ciddi təzyiqlər göstərmək mümkün olmur. Eyni zamanda, sanki Qərbin də belə bir istəyi görünür ki, Azərbaycan güzəştə getməli, işğal edilmiş ərazilərə olan təbii – hüquqi iddialarından geri çəkilməlidir. Bu, nəyin nəticəsində yaranır; ermənipərəstlikdirmi, Azərbaycan diplomatiyasının zəifliyidirmi, hərbi ritorikadan düzgün yararlanmamaqdırmı, yoxsa bunların hamısıdırmı? Sizcə Qərbin hansı başqa arqumentləri ola bilər?
- Bizimlə bərabər postsovet ölkələri - Ukrayna, Gürcüstan, Moldova da separatizmdən əziyyət çəkir. Qərb birmənalı şəkildə onların ərazi bütövlüyünü müdafiə edir. Bizə münasibətdə o yoxdur, çünki həmin ölkələr bu işin başında Rusiyanın dayandığını rəsmən deyir, daxili idarəetmədə demokratik prinsiplərə əsaslanır. Rusiyadan məsafə saxlayır, daha çox Qərbin yanındadırlar. Burda ermənipərəstlik çox cüzi faizdir. Erməni lobbisi lokal məsələlərdə üstünlük əldə edə bilər, geniş mənada Rusiyanın Cənubi Qafqaz siyasətinə təsir edə bilməz. Diplomatiyamız da zəifdir, amma bu da əsas faktor deyil. Qərb bizdə baş verənlərdən, özləri demiş, narahatdırlar, amma hələlik xüsusi təsir etmək niyyətində deyil. Qərb istəmir ki, Rusiya qoşunları sülhməramlı adı ilə yenidən Azərbaycana qayıtsın. Ona görə d, Qərb daha çox Rusiyanın zəifləməsini və bölgədən çəkilmək məcburiyyətində qalmasını istəyir.
- Demokratik Ermənistan başqa xalq demək deyil, elə həmin ermənilərdir. Ola bilərmi ki, növbəti dəfə də bu münaqişənin həll edilməsi, onun sonrakı fazaları dinc yanaşı yaşamaq vərdişlərini aşılaya və dərinləşdirə bilər? Bunun üçün bu konfliktin hansı düsturlar üzrə həll edilməsi vacibdir?
- Paşinyan və komandası, bütün ermənilər sübut etdilər ki, Roma papasından da artıq katolik ola bilərlər, amma Azərbaycana qarşı antibəşəri, beynəlxalq hüquqa zidd, düşmənçilkik hərəkətlərindən əl çəkməzlər. Onları bir yolla sülh masasına oturtmaq olar. Düstur budur: yalnız hərbi güc nümayiş etdirməklə. Sülhü ortaya atırsan, nəticə olmur, o zaman güc nümayişinə başlayırsan və yenə danışıqlar başlayır, köhnə mövqelərdirsə, yenə güc göstərirsən, o vaxta kimi səninlə hesablaşacaqlar.
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər