Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 10-06-2016 14:25 | Bölmə: Müsahibə / Xəbərlər
Girov götürüldüyü iddia edilən müğənni Şəbnəm: "Familə çox qarmaq atdılar. Amma o da...”
Mətbuatda adı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla hallanan Şəbnəm Əsədova (Tovuzlu) haqda ilginc məlumatlar yayılıb.
Məlum olub ki, Əsədova bir müddət öncə Çovdarovun
yaxın dostu olan Famil adlı şəxsin sifarişiylə saxlanılıb.
Mətbuatın əldə etdiyi məlumata görə, bu şəxs uzun
müddət Şəbnəm Əsədova ilə vətəndaş nikahında yaşayıb və məhz sənətçini qısqandığından
belə bir addım atıb.
Belə ki, Əsədovanın davranışları son zamanlar sevgilisində şübhələr
yaratdığından və onun həyatında başqa birinin olduğunu düşündüyündən dostu
Çovdarovdan bu cür xahişdə bulunub. Çovdarov isə dostunun sözünü yerə salmayıb.
Sonradan Əsədova Famil adlı şəxsə "ağıllandığı” barədə xəbər göndərib və
məhz bundan sonra Çovdarovun tapşırığıyla sərbəst buraxılıb.
Reyting.az xəbər verir ki, Şəbnəm Əsədova "Şərq”ə açıqlamasında barəsində gəzən söz-söhbətlərə aydınlıq gətirib:
- Bunlar artıq keçmiş söz-söhbətlərdi. Niyə yenidən bu məsələ mətbuatın dilinə
düşüb, bilmirəm.
- Mətbuatda bu məsələnin yenidən gündəmə gəlməsində yenə həmkarlarının
"əməyi” hiss olunur...
- Təbii. Mən hələ də başa düşə bilmirəm ki, niyə mənimlə düşmənçilik edirlər.
Mənim heç kimlə işim yoxdu, heç kimə paxıllıq etmirəm. Məndən nə istəyirlər?
Mən hamı ilə səmimiyəm. Əslində bunun bir açıqlaması var. Göz götürməmək!
Bəzilərinin hələ də məni gözü götürmür, paxıllığımdan nəfəsləri
kəsilir. Ona çox qarmaq atdılar... Amma nə olsun? Nə əldə etdilər?
- Söhbət Famildən, yəni bir yerdə yaşadığın insandan gedir?
- Bəli. Familə çox qarmaq atdılar. Amma o da Şəbişi buraxmır. Bunu həzm edə
bilməyənlər var. Nə qədər çalışsalar da, mənim həyatımdakı insan məndən
ayrılmadı, məni buraxmadı.
- Aranızda soyuqluq yaranmışdı?
- Hər bir insanın arasında bəzən belə inciklik olur. O vaxt bir az aramızı vurmuşdular. İndi şükür, hər şey əladı.
Məni ondan ayırmağa gücləri çatmadı.
- Səni həqiqətən MTN-ə çağırmışdılar?
- Yox. Təbii ki, yox. Sadəcə, şayiə yaymaqla məni gözdən salmağa çalışdılar,
onu da bacara bilmədilər.
- Bəs Nərimanov ərazisindəki evini necə əlindən alıblar?
- Təbii ki, yox. Sadəcə orda olan 3 otaqlı evi satıb, yerinə 5 otaqlı ev
almışıq. Yəni evimizi böyütmüşük.
- Bəs bu söz-söhbətlər hardan doğur?
- Familin öz şəxsi biznesi ilə bağlı problemi yaranmışdı. Yəni başqa bir
şirkətlə işbirliyi olub, hansısa şirkət onlardan ev alıb, pullarını qaytarmır.
Və hansısa bir müğənni bunlardan ev alıb, aylıq pulunu vaxtlı-vaxtında ödəmir.
Familin şəxsi biznesi var. Ondan ev alan müğənni evin pulunu ödəyə bilmir.
Şəbnəmin evini heç kim əlindən almayıb. Sadəcə əvvəl Şəbnəmin 3 otaqlı evi var idi, indi 5 otaqlıdı.
- Familin həqiqətən Çovdarovla işbirliyi olub?
- İşbirliyi olub. Famil iş adımıdır, şəxsi biznesi var. Bir çox insanlarla
biznes münasibəti qura bilər. Vaxtilə o insanla da işbirliyi olub. Burda nə var
ki? Famil bir çox insanlarla biznes münasibəti qurur, əlaqəsi olur. Bu onun
işidir. Sadəcə o vaxt bəzi müğənnilər mətbuata gecə ilə məlumat ötürmüşdülər
ki, guya, biz Famillə dalaşandan sonra məni harasa aparıblar, bu, yalandı.
Bəli, aramızda anlaşılmazlıq, inciklik olmuşdu. Amma bu, qısa müddət oldu. Biz
yenə bir yerdəyik. Pislik isə o insanların vicdanında qaldı.
- Şəbnəmin "Kadilak”ı (Kadilak markalı maşından söhbət gedir) gəldi?
- "Kadilak” gəlmədi. Yerinə Qalik gəldi! (Yəni "Qalinvagen” markalı
maşın)
- Qorxmursan ki, bu açıqlamaların yenə şou əhlinin bəzi xanımlarını
qıcıqlandıracaq? Famili əlindən almağa çalışanlar çıxacaq.
- Yox, qorxmuram. Çünki buna gücləri çatmaz. Famil Şəbişi heç vaxt atmaz. Ona
görə də özlərinə əziyyət verməsinlər. Bundan əvvəl də çalışdılar. Famil
tərəfindən də kənara çağrılıb cavabları verildi, susduruldular. Mənə ləkə
yaxmağa çalışanların Famil cavabını verə bilib. Susdurmağı da bacarıb.
- Kim olduqlarını bilirsən?
- Bilirəm. Ad çəkməyəcəm. Bu, onlar üçün şərəf olar. Amma Famil məni heç vaxt
atan deyil. Buna əmin olsunlar.
- Vətəndaş nikahında yaşadığın həmin insandan övlad dünyaya gətirməyi necə,
planlaşdırmırsız?
- İnşallah, Famildən uşaq dünyaya gətirəcəm. Belə bir arzumuz, niyyətimiz var.
İnşallah, yaxın müddətdə onun övladını dünyaya gətirməyi düşünürəm. Niyə də
olmasın? Biz biri-birimizi sevirik. Hər bir qadın sevdiyi insandan dünyaya uşaq
gətirmək istəyir.
Mən Famillə xoşbəxtəm.
Bir qadın kimi də həqiqətən həyatımdan razıyam. Sizi əmin edirəm ki,bu yazı çıxandan sonra bir çox müğənnilər dərd çəkib, depressiyaya düşəcək.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər