Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-06-2016 07:39 | Bölmə: Müsahibə

İlham İsmayıl: "Azərbaycan qlobal terrorun hədəfində olmasa da, zaman-zaman terrora məruz qalıb”
"Təhlükəsizlik Araşdırmaları” Mərkəzinin rəhbəri, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovnik-leytenantı İlham İsmayıl "Amerikanın Səsi”nə müsahibəsinə verib. O, İstanbulda - "Atatürk” Hava Limanında terror hücumunun səbəbləri, terrora qarşı qlobal mübarizə və Azərbaycanda təhlükəsizlik tədbirlərindən danışıb.
Reyting.az İlham İsmayılın müsahibəsini təqdim edir:
Amerikanın Səsi: "Atatürk” Hava Limanındakı terror hücumunin əsas səbəblərini necə xarakterizə edərdiniz? Bu terror hücumu Brüssel hava limanındakı terror hücumunun davamı ola bilərmi? Hava limanlarının hədəfə alınması nə ilə bağlıdır?
İlham İsmayıl: Əvvəla onu deyim ki, terror Türkiyə üçün yenilik deyil. Bəlkə də son dövrlərdə, - müharibə gedən ölkələri nəzərə almasaq, - ən çox terror məhz Türkiyənin ərazisində baş verir. Türkiyə ötən ilin noyabrından sonra, demək olar ki, hər ay terrora məruz qalıb və çox böyük itkilər verilib.
Yenilik olan hava limanının seçilməsidir. İndiyənədək müxtəlif yerlərdə olub, amma "Atatürk” Hava Limanında terror olmamışdı. Bu, dünyanın ən böyük hava limanlarından biridir. Səbəb nə ola bilər?
Avropanın paytaxtı kimi Brüsseldə də hava limanı hücuma məruz qaldı. Bu hücum qorxuducu faktordur. Hava limanı o mənada seçilmir ki, təkcə burada adamlar çoxdur. Gələnlər-gedənlər var, ölkənin turizm potensialını aşağı salmaq, ölkənin qorxunc bir obrazını yaratmaq, təhlükəsiz olmadığını deməkdir. Təbii ki, burada da (Brüssel və İstanbul hava limanlarında-red.) terrorçuların stili-üslubu bir-birinə çox yaxındır, oxşardır. Əvvəlcə, aldadıcı manevrlər edirlər, sonra isə terror aksiyasını həyata keçirirlər.
Digər xüsusiyətləri ilə bağlı onu demək olar ki, bu işin baş tutmasında əsasən kamikadzelərin olmasıdır. Kamikadze olanda, nə cür təhlükəsizlik sistemi olursa-olsun, terroru həyata keçirmək mümkündür.
Amerikanın Səsi: Türkiyə terror hücumunun səbəbləri sırasında Suriyada vətəndaş müharibəsini, PKK-nı, separatizm meyllərini göstərir. Bu baxımdan, terrora qarşı qlobal mübarizənin hədəfləri düzgündürmü? Qlobal mübarizə terror hücumlarını niyə qabaqlaya bilmir?
İlham İsmayıl: Doğrudan da, Türkiyənin ətrafı indi elədir ki, əgər terror hadisələrini törətməkdə indiyədək ənənəvi olaraq PKK daha çox üstünlük təşkil edirdisə, Suriyada baş verən vətəndaş müharibəsindən sonra, bu ölkədə toplaşan radikal dindarlar, üstəgəl onun ən öndə gedəni İŞİD olandan sonra və İŞİD-ə qarşı konkret Türkiyənin mübarizəsi olduğuna görə, bu ölkə hədəfə çevrildi.
O ki qaldı qlobal mübarizə məsələsinə, terrorla bütün dünya neçə illərdir mübarizə aparır, 20-ci əsrin sonundan tutumuş 21-ci əsrin əvvəllərinədək beynəlxalq təşkilatlar çoxlu konvensiyalar, qərarlar qəbul edib. Amma, terror elə məsələdir ki, bir şablon ifadə var: "Terrordan heç bir dövlət sığortalanmayıb”. İstəyir güclü, istəyirsə də kiçik dövlət olsun -terrordan sığortalanmayıb. Yəni, terrorun kökünü kəsmək hazırda bəşəriyyət üçün olduqca çətindir. Bəzən də qlobal mübarizə ona görə effekt vermir ki, bəzi dövlətlər məhz terror təşkilatlarından bir hədəf kimi istifadə edirlər. Nə mənada? Qarşıdakı dövlətə təzyiq vasitəsi kimi terrorçuları silahlandırır, hədəfi göstərir, mütəxəssisləri kifayət qədər təlimlər keçir. Ona görə də qlobal mübarizə hələ son hədəfinə çata bilməz.
Amerikanın Səsi: Türkiyədə son terror hücumu, bu ölkənin İsrail və Rusiya ilə münasibətlərinin normallaşdırılması istiqamətində addımlar atdığı günlərə təsadüf edir. Bu, terror hücumuna rəvac verə bilərmi?
İlham İsmayıl: Rəvac verə bilər. Ona görə ki, terrorçular mesaj verdi ki, insanlar fikirləşməsin ki, Rusiya ilə Türkiyə münasibətlərinin, İsrail ilə Türkiyə münasibətlərinin yaxşılaşması, hələ bu ölkənin çiçəklənməsi, rahat, təhlükəsiz olmasına təminat vermir.
"Atatürk” Hava Limanındakı terrorun üslubu İŞİD-ə daha çox yaxındır. Onlar bununla Türkiyənin hələ uzun müddət hədəfdə qalacağının sanki mesajını verdilər: Türkiyənin İsrail, Rusiya kimi dövlətlərlə yaxınlaşması hələ təhlükəsizlik demək deyil.
Bir amili də nəzərə alaq ki, İsrail kəşfiyyatı iki ölkə arasında münasibətlər yaxşı olan dövrdə həmişə qabaqlayıcı informasiyalarla Türkiyə xüsusi xidmət orqanlarını xəbərdar edib.
Amerikanın Səsi: Azərbaycan hər dəfə yaxın ölkələrdə terror hücumları olanda ölkə daxilində təhlükəsizlik tədbirlərini gücləndirir. Bu tədbirlər terrorun qarşısını almaq üçün yetərlidirmi?
İlham İsmayıl: Deyilən məsələ hiss olunur ki, kampaniya xarakteri daşıyır. Ümumiyyətlə, qonşu ölkələrdə hadisə baş verməsindən asılı olmayaraq təhlükəsizlik tədbirləri həmişə görülür. Amma, baş verdikdə isə, təbii haldır ki, təhlükəsizlik tədbirləri gücləndirilir. Bunun məhz, terrorun qarşısını alacağını demək mümkün deyil. Terrordan heç bir dövlət, o cümlədən də Azərbaycan sığortalanmayıb. Hər halda, Azərbaycan qlobal terrorun hədəfində olmasa da, zaman-zaman terrora məruz qalıb. Həmişə ehtiyatlı olmaq lazımdır, kampaniya xarakteri daşımayan tədbirlər görmək lazımdır.
Reyting.azBölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər