00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Bolqar rejissor Qarabağ barədə pyes yazır - Müsahibə
Tarix: 06-07-2019 14:49 | Bölmə: Müsahibə

Xristo Stoyçev Azərbaycan həqiqətlərini bolqar ictimaiyyətinə çatdırmaq istəyir
Bolqarıstanın tanınmış teatr rejissoru Xristo Stoyçev Bakıdadır. Bu, Azərbaycanın yaxın dostunun ölkəmizə ilk səfəri deyil, o, həm yaradıcılıq, həm də şəxsi işləri ilə bağlı tez-tez paytaxtımıza gəlir. Teatrlarımızda tamaşa hazırlayır, Bakıdakı qohumlarına baş çəkir. Xristo qohumluq əlaqələri barədə söhbətimizin gedişində özü ətraflı danışacaq. Müsahibəmizin əsas məqsədi bolqar rejissorun yeni yaradıcılıq işi haqqında oxuculara dolğun məlumat verməkdir.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Xristo, sizi yenidən Azərbaycanda görmək xoşdur. “YUĞ” teatrındakı məşqdən dərhal sonra müsahibəyə razılıq verməyinizdən budəfəki səfərinizin məqsədi məlum oldu...
- Hər dəfə Bakıya gəlmək, köhnə dostlarla görüşmək xoş hiss yaradır. Bu qızmar yay günlərində Novxanı çimərliyində dincəlmək əla olardı, amma təəssüf ki, istirahətə vaxt yoxdur. Bu dəfə sırf yaradıcılıq işləri ilə bağlı gəlmişəm. Çox yaxın dostum, “YUĞ” Dövlət Teatrının direktoru İslam Həsənov məni maraqlı bir layihəni reallaşdırmaq üçün yenidən Bakıya dəvət edib. Biz onunla uzun illərdir ki, həm dostluq edirik, həm də yaradıcılıq əlaqələri saxlayırıq. İslam hələ Lənkəran Dövlət Dram Teatrına rəhbərlik edəndə məni o gözəl şəhər və istedadlı kollektivlə tanış etmişdi və teatrın səhnəsində Molyerin “Mizantrop” əsərinə quruluş vermişdim. Sonra İslam Həsənov Sumqayıt Dövlət Dram Teatrının direktoru vəzifəsinə təyin olundu, biz yenidən birgə layihə barədə düşündük. Sumqayıt səhnəsində tam fərqli yozumda və yeni yanaşmada “Otello” hazırlamaq istədik.
- Lakin nədənsə həmin layihə reallaşmadı...
- Doğrudur, istəyimizi həyata keçirə bilmədik, hazırlıq prosesinin əvvəlində texniki və digər başqa problemlər ortaya çıxdı. Həyat sürprizlərlə doludur... İnsan düşündüklərinin hamısını həyata keçirə bilsəydi yaşamaq yəqin ki, maraqsız olardı...
- Növbəti işbirliyinizin uğurlu alınacağına ümid edirik...

X. Stoyçev
- İnşallah. İslam Həsənov istedadlı və bacarıqlı təşkilatçıdır, son zamanlar dünya və Avropa teatrlarında hansı tendensiyaların getdiyini yaxşı bilir, yeni teatr çağırışlarını dərk edir və Azərbaycan teatrının xaricdə yüksək səviyyədə təbliğinə çalışır. Yeni işbirliyimiz də bu istiqamətdədir.
Həm də elə birinci sualınıza cavab olaraq deyim ki, məhz dostumun təklifi ilə “YUĞ”un səhnəsində Şekspirin “III Riçard” pyesi əsasında “Lənət” tamaşasını hazırlayıram, yeni səhnə redaksiyasının müəllifi də özüməm. Klassik və dünyaca məşhur səhnə əsərinə belə bir adın seçilməsi isə təsadüfi deyil. Lənət motivinə böyük Şekspirin əksər pyeslərində rast gəlmək mümkündür. “Hamlet”də atasının Hamletə dediklərini xatırlayırsınız yəqin. Və yaxud, “Maqbet” pyesində qadınların Maqbetə etdikləri xəbərdarlığı yada salaq, onlar deyir ki, sən kral olacaqsan, lakin lənətlənmiş kral...
“III Riçard”ın bu yeni traktovkası üzərində çoxdan çalışırdım, sevinirəm ki, Bakıda bu istəyimi reallaşdırmaq imkanı əldə etdim. “YUĞ”un kollektivi ilə üzərində çalışdığımız yeni səhnə əsərinin bir neçə mühüm özəlliyi var, istərdim ki, oxuculara bu barədə bilgi verim. Tamaşanı iki ayrı-ayrı heyətlə qururam, amma bu hər kəsin alışdığı dublyor məsələsi deyil, yəni rol ifaçıları sadəcə bir-birlərinə dublyor olmayacaqlar. Hər bir heyətin tamaşası o biri heyətin tamaşasından fərqlənəcək. Tamaşaçılar rollarda Oktay Mehdiyev, Əmrah Hacıyev (III Riçard), Qasım Nağı, Elgün Həmidov (Bekinhem), Sonaxanım Mikayılova, Natəvan Qeybani (Marqarita), Zümrüd Qasımova, Təranə Ocaqverdiyeva (Yelizaveta) kimi çox istedadlı aktyor və aktrisaları görəcəklər. Sonaxanım Mikayılova və Natəvan Qeybani tamaşada həm də Dukesayoq-Kölgə rolunu oynayırlar.
Aktyor və aktrisalar məşqlərdə ürəklə çalışır, işə yaradıcı yanaşırlar, bu, bir rejissor kimi məni sevindirməyə bilməz. “YUĞ”da ilk işim olsa da, mərhum Vaqif İbrahimoğlunun yaratdığı bu kollektivi uzun illərdir ki, izləyir, beynəlxalq teatr festivallarındakı uğurlarından xəbərdar oluram. Bu gün Avropada belə teatr-studiyalar, yaradıcılıq laboratoriyaları çoxdur, “YUĞ” seçilən, tanınan teatrlardan biridir. İnanıram ki, kollektivin uğurları bundan sonra daha da çox olacaq.
“Lənət” tamaşası üzərində mənimlə birgə çalışan istedadlı bəstəkar Sərdar Fərəcovun, quruluşçu rəssam, həmyerlim Olqa Bosevanın, geyim rəssamı Elnarə Bəkirovanın, rejissor Günay Səttarın da işindən razıyam. Hamımız çalışırıq ki, nəticə ürəyimizcə alınsın.
Yeri gəlmişkən, layihəni gerçəkləşdirməkdə mənə və “YUĞ”a dəstək olan Mədəniyyət Nazirliyinə, xüsusən də nazir Əbülfəs Qarayevə minnətdarlığımı bildirmək istəyirəm. Dövlət sifarişi ilə hazırlanan bu mürəkkəb tamaşanı indiki çətin zamanda nazirin diqqət və dəstəyini görmədən reallaşdırmaq mümkün olmazdı yəqin.
- Teatr mövsümü başa çatır. “Lənət” tamaşasına yəqin ki, yeni mövsümün əvvəlində - sentyabrda baxa biləcəyik...
- Teatr rəhbərliyinin qarşımıza qoyduğu tapşırıq belədir ki, iyulun 20-nə qədər tamaşanın daxili baxışını keçirək. İnşallah, “Lənət”in premyerası yeni teatr mövsümündə olacaq.
- Bayaq “YUĞ”un beynəlxalq festivallardakı uğurlarından danışdıq. Yeni layihənin xarici ölkələrdəki teatr festivallarında nümayişi nəzərdə tutulubmu?
- Təbii ki, belə bir niyyətimiz var. Rejissor kimi “Lənət”in İngiltərədə keçirilən Edenburq Şekspir festivalında iştirakını arzulayıram və bu istəyi həyata keçirmək üçün danışıqlar aparıram. İnşallah, bu məsələni reallaşdıra biləcəyik. Edenburq teatr festivalı dünyanın ən nüfuzlu sənət yarışmalarından biridir. Əminəm ki, yeni layihəmiz Edenburqda maraqla qarşılanacaq.
- Şekspirin vətənində onun əsərini oynamaq böyük məsuliyyət tələb edir...
- Sözsüz. Mən və tamaşada rol alan aktyorlar bu məsuliyyəti dərk edirik. Bir daha əminliklə deyirəm ki, “YUĞ” teatrında ərsəyə gətirdiyimiz yeni tamaşa beynəlxalq arenaya çıxmağa layiqdir.
- Tanınmış rejissor və Azərbaycanın dostlarından biri kimi dramaturqlarımızın əsərlərinin Bolqarıstanda səhnəyə qoyulması ilə bağlı hansı işləri görə bilərsiniz?
- Həm klassik, həm də müasir yazıçılarınızın, dramaturqlarınızın əsərlərini oxuyuram, bu sahədə yenilikləri imkan daxilində izləyirəm. Onların bəzilərini təkcə Avropada deyil, dünyada təbliğ etmək bu gün çox vacibdir. Mən də bu işdə əlimdən gələni etməyə hazıram və deyim ki, artıq müəyyən addımlar da atıram. İstedadlı, rus dilində maraqlı əsərlər qələmə alan Elman İsmayılov adlı bir gənc yazarla tanış olmuşam. Onun pyeslərindən birini Bolqarıstan Mədəniyyət Nazirliyinə təqdim etmişəm, yəqin ki, yaxın gələcəkdə bu əsəri Sofiyanın hansısa bir teatrında səhnəyə qoya biləcəm.
Bir məsələni də qeyd edim, hazırda Qarabağ hadisələrindən bəhs edən pyes yazıram. Bu əsər vasitəsi ilə Azərbaycan həqiqətlərini bolqar ictimaiyyətinə çatdırmaq istəyindəyəm. Ölkənizin Sofiyadakı səfirliyi bu istiqamətdə çox işlər görür, müxtəlif tədbirlər keçirir, bizim ailə də belə tədbirlərdə həmişə fəalıq göstərir. Çünki Ermənistanın işğal etdiyi Qarabağda bu gün baş verənlər, evini-ocağını itirib köçkün kimi yaşamağa məcbur olan insanların taleyi bizi daim narahat edir.
- Xristo, söhbətimizin bu yerində ailəniz haqqında məlumat vermənizi istərdim. Bilirəm ki, oxucularımız üçün çox maraqlı olacaq...
- Həyat yoldaşım Natella xanım Bakıda doğulub. Taleyimə və dostlarıma minnətdaram ki, məni belə bir gözəl insanla qarşılaşdırdılar. Natella xanım Vətənini, xalqını sevən, ziyalı bir ailənin övladıdır. Qayınatam professor Faiq Abdullayev tanınmış kimyaçı alimdir. Azərbaycanda kimya sənayesinin inkişafında böyük xidmətlər göstərib. Faiq müəllim əslən Naxçıvandan, qaynanam isə Lənkərandandır.
Qızım hazırda Londonda yaşayır və biznes sahəsində çalışır. Bir vaxtlar aktrisa olmaq istəyirdi, amma mən razı olmadım.
- Niyə?

- Çox çətin sənətdir, açığı, istəmədim bu çətinliyi görsün.
Etibar, sənin oğlun Turan bizim məşqlərə tez-tez gəlib baxır, maraqlanır. Bilirəm ki, gələcəkdə rejissor olmaq istəyir. Onunla da söhbət edəndə deyirəm ki, çox çətin peşədir.
Digər yaradıcı insanlar – şair və yazıçılar, bəstəkarlar, rəssamlar individual çalışır, sənət nümunələri yaradırlar. Rejissorlarda, aktyorlarda isə bu proses tam fərqlidir, fərdi istedadınla hər şey həll olunmur, sən başqalarından əhəmiyyətli dərəcədə asılısan.
- Yeni tamaşanın daxili baxışından sonra Sofiyaya qayıdırsınız. Yəqin ki, bundan sonra Bakıda sizinlə tez-tez görüşəcəyik...
- İnşallah.
Etibar CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər