Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 28-07-2016 12:00 | Bölmə: Müsahibə

Qüdrət Həsənquliyev deyir ki, Mehriban Əliyevanın vitse-prezident postunu tutması milli maraqlara cavab verərdi
Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Bu dəyişikliklərə görə, Azərbaycanda ilk dəfə olaraq vitse-prezident institutu yaradılır.
Referendum öncəsi ictimaiyyətdə kimin birinci vitse-prezident və vitse-prezident olacağı geniş müzakirə edilir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev də Publika.az-a müsahibəsində bu məsələyə toxunub.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Qüdrət bəy, bizə verdiyiniz sonuncu müsahibədə söyləmişdiniz ki, referendum layihəsinə təklifləriniz olacaq. Təkliflərinizi nə zaman açıqlayacaqsınız?
- O zaman düşünürdüm ki, əvvəllər olduğu kimi, bu layihə dəmüzakirə olunmaq üçünMilli Məclisə göndərilə bilər. İndi isə bunun əhəmiyyəti yoxdur. Əsas fikirlərimi Sizə söyləmişdim.
- Bundan sonrakı proseslərlə bağlı proqnozlarınız nədir? Növbədənkənar prezident seçkiləri keçirilə bilərmi?
- Çörçil söyləyirdi ki, siyasətçi proqnozlar verməli, bu, baş vermədikdə isə niyə baş vermədiyini əsaslandırmağı bacarmalıdır. Yeri gəlmişkən, proqnoz vermək yaxşı məşğuliyyət sayılmasa da, qənaətimcə, növbədənkənar prezident seçkilərinin keçirilməsi labüddür. Doğrusunu isə göydə Allah, yerdə prezident bilir.
- Qüdrət bəy, sosial şəbəkələrdə 1-ci vitse-prezident postuna ən layiqli namizəd kimi Mehriban Əliyevanın adı hallanır, buna münasibətiniz necədir və kimlər vitse-prezident ola bilər?
- Mehriban xanım Azərbaycan xalqı qarşısında xidmətləri olan bir nəslin təmsilçisidir. Ziyalı və milli bir ailədə böyüyüb. Hal-hazırda ölkənin birinci xanımı və millət vəkili kimi çox böyük işlər görür, Azərbaycanın və Azərbaycan qadının tanıdılması üçün böyük səy göstərir. Qeyd olunanlara, humanitar sahədəki fəaliyyətinə, bacarığına və səmimiyyətinə görə xalqın rəğbətini qazanıb. O həm də hakim partiyada sədr müavini olmaqla prezidentin ən sadiq silahdaşı sayılır. Düşünürəm ki, onun bu postu tutması milli maraqlara cavab verərdi.
Vitse-prezidentlərə gəldikdə isə, bu postu tutacaq şəxslər prezidentə sadiq, bacarıqlı və təcrübəli olmalıdırlar. Bu keyfiyyətlərinə görə YAP-in sədr müavinləri, o cümlədən Ramiz Mehdiyev, Bəylər Eyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Vasif Talıbov vitse-prezident təyin olunmağa daha çox layiqdirlər. Doğrusunu isə bir daha söyləyirəm ki, prezident bilir.
- Qüdrət bəy, müsahibənizdə söyləmişdiniz ki, 1-ci vetse-prezidentin kimliyi seçkidən öncə bilinməlidir. Bunu mövcud təcrübədən çıxış edərək söyləyirsiniz, yoxsa başqa mülahizələr də var?
- 2 aprel qələbəsindən sonra Kremlin sadiq dostları bəyanat verdilər ki, Qarabağ probleminin tənzimlənməsində 5+2 formatı Azərbaycanın milli maraqlarına cavab vermir. Son prezident seçkilərində də xarici güclər demokratiya adı altındaRüstəm İbrahimbəyovdan istifadə etmək istədilər. Amma alınmadı. Bu dəfə daha həssas Qarabağ məsələsi üzərində oyun oynanıla bilər. Tutaq ki, həmsədr dövlətlər Azərbaycanı müəyyən güzəştlərə məcbur edə bilər. Bundan sonra "Qarabağı verdilər” şüarı ilə sabitliyin pozulması üçün cəhdlər ola bilər. Prezidenti məcbur edə bilərlər ki, Kremlin, yaxud Qərbin, yaxud da hər ikisinin dostlarından birini 1-ci vitse-prezident təyin edib istefa versin. Ona görə də ölkəni və prezidenti mümkün təzyiq və təhlükələrdən qorumaq üçün hər şey nəzərə alınmalıdır.
Yaxşı xatırlayıram, 2001-ci ildə Ki Vest danışıqları zamanı ABŞ səfiri ilə görüşdən qayıdan Əli Kərimli söylədi ki, görüş ərəfəsində "Azərbaycana təzyiqlərə son qoyulsun" şüarı ilə keçirəcəyimiz mitinq təxirə salınmalıdır. Çünki ABŞ səfiri ona söyləyib ki, imkan verin bu problemi (o daha pis söz işlətmişdi) Heydər Əliyevin əli ilə həll edək, sonra siz gəlib rahat oturun.
İlham Əliyev təcrübəsi və cəsarəti ilə kifayət qədər seçilir. Hesab edirəm ki, bütün yarana biləcək çətinliklərlə bağlı müdrik qərar verə biləcək. Bununla bərabər dövlətçiliyin qorunması naminə ehtiyat əldən buraxılmamalıdır. Ona görə də prezidenti əvəz edə biləcək şəxsin adı öncədən açıqlansa, daha yaxşı olar.
Artıq mətbuatda Qərbdən himayə olunanlarbelə bəyanatlar yaymağa başlayıb ki, referendum Qarabağa görə keçirilir və buna görə Qərb susur.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər