00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Yadigar Sadıqlı: "Dəyişiklik olmasa, Müsavat çox zəifləyəcək" - Müsahibə
Tarix: 17-09-2019 16:11 | Bölmə: Müsahibə / Slayd

Partiya başqanı olmaq olmaq istəyən Divan üzvü: “Müsavat daha çevik, daha qətiyyətli idarə edilməli, hakimiyyətlə münasibətlər daha konkret ifadə olunmalıdır”
Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar verib. Artıq bu istiqamətdə bir sıra addımlar da atılıb. Hətta partiyanın hazırkı başqanı Arif Hacılı yenidən namizəd olmaq qərarı verməsə də, başqanlığa digər iki namizəd bəllidir. Bunlar Tofiq Yaqublu ilə Yadigar Sadıqlıdır.
Müsavat başqanı olmaq istəyən Divan üzvü (sabiq başqan müavini) Yadigar Sadıqlı Reyting.az-a müsahibəsində deyib ki, partiyada köklü dəyişiklik və daha çevik lazımdır.
- Yadigar bəy, Müsavat Partiyasında qurultayöncəsi vəziyyət necədir?
- Müsavatda qurultayöncəsi normal ab-hava var. Sadəcə, emosiyalar bir az çox qabarıb. Xüsusən də, hazırkı başqanın tərəfdarları emosiyalarını daha açıq şəkildə büruzə verirlər. Başqa, normal prosesdir, qeyri-adi bir şey yoxdur.
Hələ icra hakimiyyətindən qurultay üçün yerlə bağlı cavab gözləməli olduğumuzu nəzərə alsaq, namizədlərə təbliğat üçün az vaxt qalır.
Əvvəl də bildirdiyim kimi, qurultayda başqanlığa öz namizədliyimi irəli sürəcəyəm. Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər.
- Siz başqanlığa iddianızı ortaya qoyadan sonra sanki emosiyalar daha da yüksəlib...
- Mən fevral ayından başqanlığa namizəd olacağımı elan etmişəm. Emosiya qaynaşması, şər-böhtan qarışıq ittihamların səsləndirilməsi də həmin ərəfədə gündəmə gəldi. İndi bir qədər səngiyib. Mən və mənim namizədliyimi dəstəkləyən insanlar onlara cavab vermədik. Amma partiyada hörmət etdiyimiz insanlar vasitəçilik etdilər və emosiyaların sakitləşməsinə nail oldular. Bu səbəbdən hələlik sakitlikdir.
Lakin bir aya yaxındır ki, qurultay məsələsi gündəmdə gəlib. Yəqin ki, qurultayqabağı aktivlik daha da artacaq, emosiyaların yüksəlməsi də qaçılmazdır. Xüsusən də başqan olmaq istəyənlər öz tənqidi fikirlərini səsləndirəndə, müəyyən gərginliklər yarana bilər.
- Yadigar bəy, başqanlığa iddianız hansı zərurətdən ortaya çıxıb?
- Mən hesab edirəm ki, son beş ildə Müsavat Partiyasının idarəçiliyi daha yaxşı ola bilərdi. İdarəçilik yaxşı olmadığına görə də Müsavat Partiyasında həm daxildə, həm də ictimai nüfuz baxımından zəifləmə baş verib. Bu gün də həmin zəifləmə davam edir. Düşünürəm ki, əgər dəyişiklik olmasa, zəifləmə bundan sonra da davam edəcək, Müsavat çox zəifləyəcək. Bunun qarşısını almaq üçün köklü dəyişiklik olmalıdır. Mən bu dəyişiklilərə daha çox cavab verən namizədəm. Hesab edirəm ki, tamamilə yeni bir ab-hava, yeni nəfəs, yeni bir nəslin Müsavata rəhbərliyi lazımdır. Dəyişiklik olarsa, həm Müsavat Partiyasına, həm də Azərbaycanın demokratik düşərgəsinə yeni bir təravət gələcək.
- Sizin əsas xəttiniz nədən ibarətdir?
- Mən, Müsavata daha çox gəncləri cəlb etməyi, partiyanı gəncləşdirməyi düşünürəm. Aydın məsələdir ki, gələcək gənclərindir.
Mən, Müsavatda 27 il fəaliyyət göstərən heç kəsin haqqını tapdalamaq istəmirəm. Həddindən artıq böyük işlər görüblər, amma nəsil dəyişikliyi baş verməlidir. Bu gün Müsavat Partiyası gənclik baxımından AXCP ilə ReAL-dan geri qalır. Bunu aradan qaldırmaq lazımdır. Müsavatdan bir nəfərin üstün zəka sahibi olduğunu düşünüb idarəçiliyi bütünlüklə ona etibar etmək lazım deyil. Partiyada kifayət qədər ağıllı, zəkalı, dünyagörüşlü insanlar var ki, onların köməkliyi ilə partiyanı kollektiv şəkildə idarə etmək lazımdır. Belə olan halda nəticələr də xeyli fəqrli olacaq. Partiya daha çevik, daha qətiyyətli idarə edilməli, hakimiyyətlə münasibətlər daha konkret ifadə olunmalıdır.
- Arif Hacılı hələlik namizəd olacağını elan etməyib, amma növbəti dəfə başqan olmaq istəyəcəyi şübhəsizdir. Digər namizəd də Tofiq Yaqubludur. Yəni, rəqibləriniz bəllidir, mübarizə çətin olmayacaq ki?
- Müsavat Partiyasının başqanı olmaq asan məsələ deyil. Rəsulzadənin banisi olduğu, böyük bir tarixə malik partiyanın başqanı olmaq uğrunda gedən mübarizə çətin olmalıdır. Burada obyektiv və subyektiv səbəblər var. Partiya üzvlərinin bəziləri 2014-cü ildə bir qrupun Müsavatdan qopmasından gözləri qorxub. Narahat olanlar var ki, belə bir hadisə təkrarlana bilər. Digər tərəfdən, insanlar dəyişiklikdənsə, indiki vəziyyətə dözməyi daha məqbul sayırlar. Ona görə də budəfəki qurultayda mübarizənin çətin olacağını düşünürəm.
Amma hesab edirəm ki, Müsavat Partiyasının gələcəyi naminə bu çətinliyin öhdəsindən gəlməliyik, biz də bu ağır yükün altına girməliyik. İnşallah, qalib gələcəyik.
- Müsavat ötən qurultaydan “yaralı” çıxdı və başqan seçkilərinin nəticələrinə görə qopmalar oldu. Sizə qarşı da hər hansı haqsızlıq olarsa, partiyadan getmək barədə düşünərsinizmi?
- Məmin partiyadan heç yerə getmək fikrim yoxdur. Lakin başqanlıq uğrunda mübarizədə qalib olmasam, partiyanın heç bir seçkili, yaxud rəhbər orqanında təmsil olunmaq fikrim yoxdur. Sadəcə, sıravi üzv kimi qalacağam. Çünki idarəçilik elə bir vəziyyətdədir, inanmıram ki, orada təmsil olunmaqla töhfə verə bilim. Mən müsavatçıyam, özümü heç vaxt başqa partiyada təsəvvür etməmişəm. Azərbaycan reallığında başqa təşkilat yaratmağın perspektivli olacağını da düşünmürəm. Çünki hansısa başqa partiyada təmsil olunub Müsavata qarşı mübarizə aparmağımı təsəvvür eləmirəm. Müsavat mənim üçün çox əzizdir. Həyatımın mənasını bu partiyada tapmışam. Hansısa mövqeyimə, idarəçiliklə bağlı fikirlərimə görə kimlərsə məni şərləyib partiyadan çıxararlarsa, o başqa məsələ. Amma mən hər zaman müsavatçı qalacağam.
- Müsavatda hər hansı bir qərar veriləndə, seçim olanda İsa Qəmbərin mövqeyi çox təsirli olur. Sizcə, İsa Qəmbər bu dəfə kimi dəstəkləyəcək?
- İsa bəyin kimi dəstəkləyəcəyi barədə məlumatım yoxdur. Ona görə də bu barədə konkret bir söz deyə bilmərəm.
Ə. MƏMMƏDZADƏ
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
Dünən, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
Dünən, 17:16
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
Dünən, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
Dünən, 14:13
Kreml Avropada xaos yaratmağı planlaşdırır
Dünən, 13:35
Fevralın 17-də astronomik hadisə baş verəcək
Dünən, 13:12
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
Dünən, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
Dünən, 10:34
Prezident gəncləri təbrik edib - Müraciət
Dünən, 00:45
Lavrov: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
30-01-2026, 17:48
Yerə bənzəyən planet kəşf olunub
30-01-2026, 16:30
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
30-01-2026, 11:42
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
30-01-2026, 06:55
Avropa Rusiyanın məşhur şəxslərinə sanksiya tətbiq edib - Fotolar
29-01-2026, 17:31
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
29-01-2026, 15:01
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
29-01-2026, 14:05
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
29-01-2026, 11:03
Şaraa Əsədi geri almaq istəyir
28-01-2026, 22:26
Kreml Zelenskini Moskvaya dəvət edib
28-01-2026, 16:17
Genişmiqyaslı münaqişə təhlükəsi artır - Foto
28-01-2026, 15:37
Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub
28-01-2026, 14:09
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
28-01-2026, 13:37
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
28-01-2026, 12:19
Ukraynaya təhlükəsizlik zəmanəti verməyin əsas şərti müəyyən edilib
27-01-2026, 14:56
Professor: Müharibə başlasa, İrandakı rejimin süqutu qaçılmaz olacaq
27-01-2026, 11:08
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
27-01-2026, 09:44
Ən güclü ordular... - Siyahı
26-01-2026, 23:13
Rusiya Cənubi Qafqaza təsirini itirir
26-01-2026, 17:41
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
26-01-2026, 11:59
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
26-01-2026, 08:37
Yaddaş pozğunluğuna səbəb olan amil tapılıb
24-01-2026, 16:25
Bakıda yüksək vəzifəli şəxsi intim videoları ilə şantaj ediblər
23-01-2026, 12:05
ABŞ Ümumdünya Səhiyyə Təşkilatının sıralarını tərk edib
23-01-2026, 11:44
Avropa ölkələrində iğtişaşlar başlayıb, yaralananlar var
23-01-2026, 10:58
TRIPP: imkanlar və əsas risklər
23-01-2026, 09:28
Professor: Moskva Bakı və İrəvanın sülh prosesinə mane ola bilməyəcək
22-01-2026, 15:05
Sülh Şurasına üzvlük Azərbaycanın imkanlarını genişləndirir
22-01-2026, 13:19
Davos görüşləri: Azərbaycan dünyaya yenidən təqdim olunur
22-01-2026, 11:54
2026-cı il: Ermənistanda nələr ola bilər?
22-01-2026, 09:14
Professor: İranda etirazların “Allaha qarşı çıxış” kimi təqdim olunması təhlükəlidir
21-01-2026, 15:56
Mollazadə: Putin Qorbaçovun yolu ilə gedir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər