00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Haqan Türkelli: “Dünya ictimaiyyəti İrandakı rejimin getməsinə qərar verib” - Müsahibə
Tarix: 29-09-2019 10:15 | Bölmə: Müsahibə

Güney Azərbaycan Milli Hərakatının fəalı deyir ki, ABŞ-da qəbul edilən qətnamədə millətimizin marağı ifadə olunmadığından onu imzalamayıblar
Sentyabrın 24-də Nyu-York şəhərində səfir Mark Valesin təşəbbüsü ilə “İranın gələcəyi” adlı iki günlük forum keçirilib. Toplantıya İranda yaşayan milli azlıqların mühacir təşkiatları qatılıb. Toplantıda açılış nitqinin ABŞ prezidenti Donald Trampın müşaviri və Nyu-York meri Rudi Gulian tərəfindən edilməsi tədbirin əhəmiyyətini daha da artırır. Çoxları bu tədbiri ABŞ-ın İran hakimiyyətinə qarşı müxalifət formalaşdırmaq istəyi kimi qiymətləndirir.
Sözügedən forumda iştirak edən Güney Azərbaycan Milli Hərakatının fəalı, hazırda Kanadada yaşayan hüquqşünas Haqan Türkelli Reyting.az-ın tədbirlə bağlı suallarını cavablandırıb.
- ABŞ-da “İranın gələcəyi” adlı forumun keçirilməsində əsas məqsəd nə idi?
- Əsas məqsəd İran rejiminə alternativ güc ortaya qoymaq idi. Hazırda regionda həssas və kövrək vəziyyət hökm sürür. İranın Ərəbistanın neft müəssisələrinə hücumundan sonra beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ, Almanya, İngiltərə və digər ölkələr buna ciddi cavab vermək istəyirlər. Bu forumun məqsədi indiki İran rejimi devrildikdən sonra alternativ güc və qüvvənin ortaya qoyulmasına hazırlıq məqsədi daşıyırdı.
- Bu toplantıda Güney Azərbaycan türklərini hansı qurumlar təmsil edirdi?
- Forumda Güney Azərbaycanı 30 nəfərlik nümayəndə heyəti təmsil edirdi. Bu heyətdə müstəqil hərəkatçı və fəallarla yanaşı iki partiya da təmsil olunurdu: Azərbaycan Mərkəzçi Partiyası və Güney Azərbaycan Demokrat Partiyası.
- Sözügedən forumda Nyu-York meri və ABŞ prezidentinin müşavirinin iştirakını necə qiymətləndirirsiniz?
- Əslində forumun açılış nitqi ABŞ dövlət katibi Mayk Pompeo tərəfindən edilməli idi. Sadəcə, təhlükəsizlik tədbirlərinə görə son anda proqram dəyişdirildi, Prezident Trampın müşaviri, şəxsi vəkili və Nyu-York şəhərinin meri Rudi Gulian tədbirin açılış nitqini söylədi. Hesab edirəm ki, tədbirə bu qədər ciddi yanaşma əslində, Ağ Evin məsələyə həssas yanaşdığını və qəti qərarlar verə biləcəyinə işarədir. Bu o deməkdir ki, tədbirdə baş verənlər, müzakirələr və çıxışlar diqqətə alınırdı.
- Bu forumda iştirak və çıxış edən şəxs kimi qənaətiniz nədən ibarətdir?
- İndiyə qədər Güney Azərbaycanla bağlı dünyanın fərqli ölkələrində bir sıra tədbirlər keçirilib. Elə İranın gələcəyi ilə bağlı da dünyanın fərqli yerlərində tədbirlər təşkil edilib. Mən deyərdim ki, bu forum indiyə qədər olan tədbirlərdən daha əhəmiyyətli və daha ciddi hadisə sayıla bilər. Mən diqqəti forumda Güney Azərbaycanın iştirakına çəkmək istərdim.
- Bu tədbirdə şah tərəfdarlarının iştirakı və daha üstün mövqedə olmasına münasibətiniz necədir?
- Əvvəla qeyd edim ki, bu tədbir 1 və ya 2 gün içində hazırlıqdan sonra keçirilməyib. Səhv etmirəmsə bu forum 6 ayın hazırlığının nəticəsində baş tutub. Yəni bizim belə bir tədbirin keçiriləcəyindən 6 ay öncədən məlumatımız var idi.
Bildiyiniz kimi Xalq mücahidləri böyük təşkilatdır, müəyyən qədər lobbi gücünə malikdir. Mən deyərdim ki, İranın ən böyük müxalif təşkilatıdır. Bu qurumun ciddi hərbi gücü var və ABŞ-da böyük lobbi fəaliyyəti həyata keçiriblər. Onların düşüncəsi ilə desək, əsas istəklərindən biri azlıq və separatçıların bu tədbirə qatılmaması olub. Bunun üçün hətta bir sıra şərtlər irəli sürüblər və lobbi işi aparıblar. Müəyyən qədər dezinformasiya yayıldı ki, guya bu tədbiri Xalq mücahidləri təşkil edib və ya tədbirə liderliyi onlar ediblər. Bunlar yanlış və əsası olmayan xəbərlərdir. Sözsüz ki, bu tədbirin keçirilməsində maraqlı olmayan və buna mane olmaq istəyən İranın təhlükəsizlik orqanları ətraflı və bir növ inandırıcı dezinformasiyalar yayırdılar. Tədbirin keçirilməsinə bir ay qalmış onlar bundan xəbər tutdular və yalan məlumatlar yaymağa başladılar. Yəni açıq informasiya savaşı gedirdi və çalışırdılar ki, bu tədbirdə bir çox qruplar iştirak etməsin. Ancaq buna rəğmən tədbir yüksək səviyyədə baş tutdu.
- Tədbirdə konkret olaraq İran adına hansısa təşkilatlar iştirak edirdimi və toplantı hansı bayraq altında keçirilirdi?
- Xalq mücahidləri, Fədailər, Xabat adına kürd təşkilatı, bəlucları təmsil edən bir neçə təşkilat, Güney Azərbaycandan iki partiya, 30-a yaxın nümayəndə və digər təşkilatlar iştirak edirdi. O cümlədən İran Azadlıq Cəbhəsi. Tədbirin ev sahibi Amerika idi. Daha doğrusu, “Nüvə İranına qarşı Birlik” adlı QHT tədbirə ev sahibliyi edirdi.
Əlavə edim ki, tədbir heç bir bayraq altında keçirilmirdi. Forumu ləkələmək məqsədilə dezinformasiyalar yayılıb ki, guya tədbir Xalq Mücahidləri Təşkilatının bayrağı altında keçirilib. Bu, yalandır.
İkincisi, Güney Azərbaycan adına fəaliyyət göstərən, amma bu tədbirə qatılmayan, bizdən fərqli düşünən, habelə İran rejiminin dezinformasiya tələsinə düşənlər təəssüflər olsun ki, bir qədər yanlış yol tutublar. Onlar bildirirlər ki, Xalq mücahidləri, irançılar olan platformalarda biz olmamalıyıq. Əslində ən çox irançı, şovinist, paniranist elə İran daxilindədir. Bu məntiqlə yanaşsaq onda biz 30 milyon türk olaraq İrandan köçüb başqa ölkəyəmi getməliyik? Yox! Biz İranda rejimə qarşı mərdi-mərdanə mübarizə apardığımız kimi digər platformalarda da bu fəaliyyətimizi davam etdirməliyik.
Nəhayət, həmin tədbirin yekunu olaraq qətnamə layihəsi irəli sürüldü. Amma sənəddə bizim mövqeyimiz ifadə olunmadığı üçün onu imzalamaqdan boyun qaçırdıq. Görünür, istərdilər ki, İranda yaşayan azlıqların nümayəndələri masada əyləşib foto çəkdirsinlər, sonra da qətnaməni qəbul eləsinlər. Amma biz ortaya ciddi və cəsarətli mövqe qoyduq, həmin qətnaməyə imza atmadıq. Çünki sənəddə bizim xalqımızın mövqeyi ifadə olunmurdu.
- Bu tədbirdə Güney Azərbaycan nümayəndə heyətinin mövqeyi nədən ibarət olub?
- Öncə deyim ki, həmin tədbirdə hərəkat liderlərindən olan Saleh Kamrani bizim adımızdan çıxış etdi. Bildirdi ki, İran çoxmillətli ölkədir, Azərbaycan türkləri üçün başlıca məqsəd öz müqəddəratını təyin etmə haqdır. Bu, beynəlxalq ictimaiyyət və dünya xalqları tərəfindən tanınmalı, bu hüquqa hörmətlə yanaşılmalıdır. Yəni bu forumda bizim mövqeyimiz belə təqdim edildi. Əlavə edildi ki, bizim üçün əsas məsələ milli müqəddəratımızla bağlı haqqımızdır və dünya bu haqqımıza hörmətlə yanaşmalıdır.
- Sizdə inam varmı ki, ABŞ səmimi olaraq İrandakı indiki rejimi dəyişəcək və İranda yaşayan xalqları ağ günə çıxaracaq?
- Bizim ümid etməkdən başqa seçimimiz yoxdur. İndi İranda olan vəziyyəti sizə izah etməli olsam onu deyə bilərəm ki, Güney Azərbaycan 40 il müddətinə, İslam inqilabı ərəfəsində bizə verilən vədlərə rəğmən, bir addım da irəliləməyib. Ana dilimizdə məktəb yoxdur. Guya iddia edirlər ki, Təbrizdə bir neçə məktəbdə sınaq məqsədilə həftədə iki saat ana dili dərsi tədris olunacaq. Bu, 30-40 milyonluq türkün hüquqlarına nəinki hörmət, əksinə, həqarətdir. Bu bizim millətimizi təhqir etməkdir. Bizim mübarizəmiz Təbrizin 2-3 məktəbində 40 ildən sonra həftədə iki saat ana dilinin tədrisi uğrunda deyil.
İkincisi, dünya ictimaiyyəti İrandakı rejimin getməsinə qərar verib. Bu rejim gedəndə 40 milyonluq Azərbaycan türkü durub kənardan baxsın, yoxsa bu cəhdlər içərisində özünün layiqli rolunu alsın? İstənilən prosesdə nə qədər əhatəli rol alırsınızsa, bir o qədər də imkan əldə edirsiniz.
Mən deyə bilmərəm ki, indiki İran rejimi dağıldıqdan sonra nə olacaq və kim hakimiyyətə gələcək, vəziyyət nə qədər fərqli olacaq. Amma onu deyə bilərəm ki, vəziyyət indikindən 10 qat yaxşı olacaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər