00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tofiq Zülfüqarov: “Ermənistan Mehrini ciddi təhlükə altına salıb” - Müsahibə
Tarix: 04-10-2020 19:04 | Bölmə: Müsahibə

Sabiq nazir: “Azərbaycana sanki kart-blanş veriblər. Nəinki Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bəpa edilməsini, hətta Naxçıvan və Azərbaycan arasında qalan Mehrini neytrallaşdırmaq baxımından bəlkə də bizə imkan yaradıblar”
İşğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda Ermənistanın törətdiyi hərbi cinayətlər və Azərbaycanın əks-hücumu dünyanın əsas mövzularından birinə çevrilib. Artıq işğalçı Ermənistan beynəlxalq hüququn tələblərinə məhəl qoymadan dinc insanların yaşadığı Gəncə şəhəri də daxil olmaqla Azərbaycanın digər yaşayış məntəqələrini raket atəşinə tutmaqdan çəkinmir.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Reyting.az-a müsahibəsində deyib ki, Ermənistan dinc insanları, eləcə də Gəncə və digər şəhərləri atəşə tutmaqla kiminsə dəstəyini qazanmağa çalışır:
- Hesab edirəm ki, ermənilər bizim gözlədiyimiz yolu seçiblər. Onlar çalışacaqlar ki, hərbi əməliyyatları Dağlıq Qarabağla yanaşı, həm də Azərbaycan-Ermənistan sərhədlərinə keçirsinlər. Bu, bəlli taktikadır. Çalışırlar ki, bu yolla kiminsə dəstəyini əldə etsinlər və ya onları hərbi əməliyyatlara qoşsunlar. Əsas ümidləri isə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinədir. Təbii ki, bu qeyri-ciddi istək olsa da, özlərini ifşa etmək üçün təxribatçı siyasətin nəticəsi kimi ortaya çıxıb.
- Erməni tərəfinin Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymadan mülki əhaliyə raket zərbələri endirməsi beynəlxalq ictimaiyyətdə hansı reaksiyaya səbəb ola bilər?
- Məni beynəlxalq aləmin reaksiyası maraqlandırmır. Hesab edirəm ki, biz öz reaksiyamızı daha güclü şəkildə müzakirə edib, davam etdirməliyik. Əslində qalsa, biz toplum və dövlət olaraq bu məsələ ilə bağlı ciddi ölçü götürməliyik. Əgər onlar qarşıdurmanın səviyyəsini artırmaq istəyirlərsə, bu imkanı onlara yaratmalı, sonra isə cavablarını verməliyik.
- Sizcə, erməni tərəfi məğlubiyyətdən qaçmaq üçün daha hansı addımlara gedə bilər?
- Onlar indi raket zərbələri endirilməsinin guya “Dağlıq Qarabağ Respublikası prezidentinin əmri əsasında” baş verdiyini göstərmək istəyirlər. Ancaq onlar Dağlıq Qarabağın harasında raket istehsal olunduğunu göstərsələr və ya rəsmi sazişə əsasən aldıqlarını ortaya çıxarsalar, biz inanarıq ki, bunlar həqiqətən Dağlıq Qarabağın raketləridir. Sözsüz ki, bu, Ermənistanın raketləridir və bu yolla çalışırlar vəziyyəti gərginləşdirsinlər. Hiss olunur ki, onların vəziyyəti doğurdan da pisdir və bunun nəticəsi olaraq belə addımlar atırlar. Bu mənada, bəlkə də onlara bir-iki gün cavab vermək lazım deyil, daha çox ifşalarına şərait yaratmaq lazımdır. Nəzərə alın ki, onların əllərində olan silahlar qeyri-dəqiqdir və onu real hərbi struktura gətirə bilərlər. Əlbəttə, bu, əhalimiz üçün təhlükə yaradır, amma biz başa düşməliyik ki, müharibə aparırıq. İndi onlar Gəncəyə zərbə endirdikdən sonra gözləyirlər ki, cavabı necə olacaq. Mən qərar qəbul edən insan deyiləm, amma fikrimcə, ikinci zərbələrinin haradan gələcəyini gözləmək lazımdır.
- Siz hesab edirsiniz ki, Ermənistanın mülki obyektlərə ikinci zərbəsi də ola bilər?
- Təbii. Hesab edirəm ki, onlar daha ağır sistemləri istifadə edəcəklər. Onların imkanları mövcuddur. Hələ Boris Yeltsinin vaxtında onlara “R-17” raketləri verilib. Bu raketlərin çoxu istifadə üçün yararlı olmasa da, bir qismi qalıb. Bunu istifadə edəcəklərini istisna etmirəm.
İkincisi, onların “İsgəndər” raketləri ilə bağlı nağılları var. Ola bilsin ki, ermənipərəst rusiyalı qüvvələr onlara bu raketləri buraxmağa imkan verə bilərlər. Amma bir məqamı nəzərə alın ki, hərbi mütəxəssislər bu cür silahların texniki xüsusiyyətlərini insanlara çatdırmalıdırlar. Deyilməlidir ki, bu əsasən nüvə silahlarının daşıyıcısı kimi SSRİ dövründə istehsal edilib. Onun adi partlayıcı maddəni daşıması çox nisbidir.
“R-17” və “İsgəndər” raketlərinin hərbi partlayıcı hissəsi təxminən 450 kiloqramdır. Amma bizim “Qasırğa” raketlərinin partlayıcı gücü 670 kiloqram həcmindədir. Bu baxımdan Gəncəyə raket zərbəsi hərbi gedişatdan daha çox təbliğati xarakter daşıyan həmlədir.
- Azərbaycan əks-hücuma başlayanda belə təhlükələri hesablayıb, yoxsa Gəncəyə qarşı belə təxribat ağlagəlməzdir?
- Sözsüz ki, hesablanıb. Mən hesab edirəm ki, bundan sonra sərhəddin hansısa hissəsində yeni təxribat olacaq. Digər bir mərhələ də Naxçıvana qarşı ola bilər. Əlbəttə, Naxçıvana qarşı həmlə zamanı cavab zərbəsi aldıqdan sonra onlar iddia edəcəklər ki, Türkiyə birbaşa müdaxilə edib. Bu onu göstərir ki, düşmən prosesi işğal altında qalan ərazilərimizdə deyil, digər istiqamətlərdə də genişləndirməyə meyl edir. Şəxsən mən hesab edirəm ki, Gəncəyə iki raket zərbəsinin endirilməsi ilə Ermənistan özünün Mehri hissəsini ciddi təhlükə altına salıb.
- Siz, Mehri rayonu dedikdə həm də İran-Ermənistan sərhəddini nəzərdə tutursunuz...
- Bəli, artıq Azərbaycana sanki kart-blanş veriblər. Nəinki Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bəpa edilməsini, hətta Naxçıvan və Azərbaycan arasında qalan Mehrinin neytrallaşdırmaq baxımından bəlkə də bizə imkan yaradıblar.
- Hazırda Serj Sarkisyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan və digər cinayətkarlar Xankəndinə toplaşıb. Sizcə, Gəncə təxribatı Paşinyanın əməlidir, yoxsa Xankəndinin?
- Adını çəkdiyiniz şəxslərin bir çoxu ilə şəxsən tanışam. Onlar Qarabağ münaqişəsinin əsasını qoyanlardır. Və bu münaqişə nəticəsində həddən artıq varlanmış şəxslərdir. Amma onların bünövrəsini qoyub indiki səviyyəyə çatdırdığı bu problemin hesabını 19-20 yaşlı erməni gəncləri ödəyir. Bu adamlar Xankəndinə ona görə toplaşmayıblar ki, nəsə edəcəklər. Onlar anlayırlar ki, əllərində heç bir imkan yoxdur. Həm də anlayırlar ki, Azərbaycan XXI, onlar isə XX əsrin müharibəsini aparırlar. Onlar sadəcə, Ermənistandan qaçıb Xankəndinə toplaşıblar ki, məsuliyyətdən yayınsınlar. Onlar gözəl anlayırlar ki, hansısa mərhələdə erməni xalqı onları məsuliyyətə cəlb edib sual verəcək ki, “myatsum” dediyiniz sizin milyardlar toplamağınız üçün bizim uşaqlarımızın 30 ildən sonra özlərini qurban verməsi imiş? Bu təhlükəni onlar görürlər. Sizi əmin edirəm ki, ermənilərin daxili haqq-hesabı hələ qarşıdadır. Həm də uzaq gələcəkdə deyil.
- Ermənilərin Gəncəyə raket hücumu onların özfəaliyyətidir, yoxsa ruslarla anlaşması?
- Hesab edirəm ki, özfəaliyyətin nəticəsidir.
- Bu qərarı kim verib?
- İndi Ermənistanda vəziyyət gərgindir. Belə bir qərarın kim tərəfindən verilməsini demək çətindir. Qarabağdakı saxta rejimin rəhbəri deyib ki, qərarı onun özü verib. Məsələn, diqqət etsəniz görərsiniz ki, Rusiyanın bəzi mütəxəssisləri artıq Paşinyanı “idiot” adlandırırlar. Mən istisna etmirəm ki, artıq ermənilərin daxili toqquşmasının baş verəcəyi gün yaxınlaşır. Çünki bir qrup erməninin Xankəndinə toplaşması, ikincisi, onlardan ehtiyat edən Arayik Arutunyanın qaçıb hansısa hərbi hissədə gizlənməsi... Bu şəxs Paşinyana yaxın adamlarından sayılır. Köçəryan-Sarkisyan cütlüyü isə tamam başqa dəstədir. Gələcəkdə bunlar bir-birinə daha çox irad tutacaqlar. Fikrimcə, Gəncəyə raket atmaları da elə bunların arasında olan çəkişmənin nəticəsidir. Səbr edib prosesləri diqqətlə müşahidə edək. Onları qarşıda fəlakət gözləyir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər