00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
CXP sədri: “Bölgədə gözəgörünməz əməkdaşlıq tədricən üzə çıxacaq” - Müsahibə
Tarix: 12-11-2020 19:01 | Bölmə: Müsahibə

Bədrəddin Quliyev: “Qarabağ danışıqları Ərdoğan-Putin arasında gedir. Dostumuz da, düşmənimiz də biləcək ki, Türkiyə hərbçiləri Qarabağdadır. Bu bizə bəs edir”
Sentyabrın 27-də Azərbaycan Ordusu Qarabağ istiqamətində əks-hücuma başladı və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın razılaşması əsasında uğurlu hərbi əməliyyat dayandırıldı.
Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev Reyting.az-a müsahibəsində deyib ki, Azərbaycan tərəfi reallığı və beynəlxalq şəraiti nəzərə alaraq qarşıya qoyduğu məqsədə maksimum nail olub:
- Azərbaycan Ordusu ilk olaraq işğal altındakı ərazilərin böyük hissəsini azad etdi. Cəbrayıl, Füzuli istiqamətində başlayan əks-hücumun Qubadlı və Zəngilan istiqamətində dərinləşdirilməsi böyük hadisə idi. Şuşanın işğaldan azad olunması isə göstərdi ki, Azərbaycanda döyüş ruhu yüksəkdir. Əlbəttə ki, ölkəmizin dostları və müttəfiqləri də oldu, bizi dəstəklədilər.
Şuşa 1752-ci ildən Qarabağın ilk mərkəzidir. Beynəlxalq müqavilə də - 1805-ci ildə Kürəkçay müqaviləsi İbrahim xanla Sisyanov arasında bağlanmışdı. Reallıqda bu müqaviləyə baxıb deyə bilərik ki, rus sülhməramlıları məhz bu səbəbdən oradadır. Bir sözlə, Qarabağın mərkəzi Şuşa, eləcədə digər rayonlar Azərbaycanın nəzarətindədir. Bu qələbəyə gəlib çatana qədər Azərbaycana böyük təzyiqlər oldu. Fransa Xankəndinə deputat qrup göndərdi, nümayiş etdirildi ki, qondarma rejim tanına bilər.
İkincisi, Rusiya atəşkəsə cəhd etdi. Əslində şimal qonşumuzda - Lavrov ilə Putin arasında fərq var.
Çoxları inanırdı ki, bu prosesdə ermənilər güclü olacaq, amma fakt budur ki, ordumuz gücünü ortaya qoyanda, düşmənin iradəsini sındıranda reallığı anlamağa başladılar.
Əlbəttə, bu müharibədə Azərbaycan Ordusu son model hərbi silahlar da tətbiq etdi. Dronlar, PUA-lar, elektron cihazlardan istifadə olundu. Biz faktiki olaraq XXI əsrə uyğun müasir hərbi taktika tətbiq etməklə uğurlar qazandıq. Bizə müqavimət göstərən istər separatçılar, istərsə də onların arxasında duran müəyyən qüvvələr məğlub duruma düşdülər.
Bu müharibə ilə Azərbaycan dünyaya göstərdi ki, Qarabağda anti-terror əməliyyatı aparır. Nəzarətsiz qalan bu ərazilərdə terrorçular fəallaşırdı. Faktiki olaraq, dünya terrorçuları bu ərazilərdə silah alverindən tutmuş narkotik ticarətinə qədər işlər görürdülər. Habelə burada terrorçular üçün təlim düşərgələri yaradılmışdı. Yəni terror mərkəzi idi. Bu bölgə faktiki nəzarətdən çıxmışdı, gələcəkdə Yaxın Şərq və Avropa üçün təhlükələr gözlənilirdi, çünki burada terrorçular hazırlanırdı. Bir sözlə, dünyaya göstərdik ki, terrorçuların qarşısını aldıq. Faktiki olaraq müharibə ilə paralel informasiya mübarizəsi də apardıq, bu sahədə də uğur qazandıq.
Diqqət çəkən məqamlardan biri də müharibə gedən günlərdə BMT Təhlükəsizlik Şurası iclasının çağırılması, orada yeni qətnamə layihəsinin ortaya qoyulmasına cəhdi idi. Fransanın təşəbbüsü ilə hazırlanan qətnamə layihəsində nəzərdə tutulurdu ki, Azərbaycanın əlində əsas kimi tutduğu 822, 853, 884, 874 nömrəli qətnamələr ləğv edilsin. Bu qətnamələrin ləğvi ola bilsin ki, müharibəyə ciddi təsir göstərə bilərdi. Amma İngiltərənin vetosu əsasında bu proses dayandırıldı. İngiltərənin bu addımı Qərblə olan enerji əməkdaşlığımızın vacibliyinə işarədir.
Həmçinin Rusiya can atırdı ki, BMT qətnaməsi adı altında Minsk qrupunun formatı saxlanılsın. Yəni Qarabağın statusu məsələsi gündəmdən çıxmasın. Bunun da qarşısını aldıq.
Bir tərəfdən diplomatik, digər tərəfdən informasiya mübarizəsində üstünlük əldə etdik, eyni zamanda ordumuz Xankəndinə yaxınlaşdı. Ermənilərin hərbi imkanlarını darmadağın etdik.
Bu qələbənin ən böyük nəticələrindən biri də mövcud olan status-kvonu dağıdıb yeni reallıqlar yaratmağımızdır.
- Niyə Xankəndiyə bir neçə kilometr qalmış dayandıq?
- Ehtimalım budur ki, prosesə Rusiya-Ermənistan münasibətləri, gələcəkdə Rusiyanın Cənubi Qafqazda mövqelərinin itirilməməsi baxımından yanaşıldı. Sanki qırmızı xətt cızılmışdı. Biz də ora qədər gedə bilərdik, bəlkə də bundan bir az da çox getdik. Düzdür, biz Xankəndinin ətrafında düşmənin raket bazalarını, silah anbarlarını, SSRİ dövründən Hadrutda qalmış bazanı da vurduq.
Sözsüz ki, bizim belə qələbə çalmağımız Ermənistan-Rusiya münasibətlərində böyük çatlar yaradır. Həmçinin beynəlxalq aləmin tamamilə bizim üzərimizə gəlməsinin qarşısını almaq üçün hücum əməliyyatını dayandırmalı olduq. Rus sülhməramlıları da razılaşma əsasında bölgəyə gəldi.
Baxın, biz ərazilərimizi işğaldan azad etdikcə İran fəallaşdı, bizim ərazi bütövlüyümüzü dəstəklədiyini desə də, sərhədimizə qoşun topladı, gələcəkdə Qarabağla bağlı yeni oyunlara qoşulmaq məqsədilə təkliflər irəli sürdü.
Aydındır ki, Fransa-İran işbirliyi var və bu daima davam edib. Bir sözlə, çoxlu təkliflər oldu. Amma biz dialoqu Rusiya-Türkiyə formatına gətirə bildik.
- Yeri gəlmişkən, bəzi şəxslər Rusiya sülhməramlılarının Qarabağa gəlməsini ciddi narahatlıq kimi qarşılayır...
- Mən hələ iyulda - Tovuza rayonuna hücumdan əvvəl qeyd etmişdim ki, Ermənistanda Rusiya meyilli qüvvələr fəallaşır. Analizlər göstərirdi ki, Paşinyan özünü hakimi-mütləq kimi göstərməklə yanaşı gizli danışıqlar da aparır. Məsələn, Yerevanda fransızdilli ölkələrin dövlət başçılarının görüşü keçirilmişdi. Buna çoxları diqqət ayırmadı. Amma aydın oldu ki, həmin tədbirlə bağlı Rusiyanın ciddi narazılığı var. Paşinyanın Qərblə əlaqələr qurması, Fransanı bölgədə gücləndirməsi, NATO ilə əlaqələrə cəhdi, ABŞ-la iş aparması müşahidə edilirdi. Prosesləri analiz edəndə görünürdü ki, Paşinyan Rusiyanın Ermənistanda təsirini azaltmağa çalışır. Yəni bizim üçün beynəlxalq şəraiti yaradan, müharibəni aparmağımıza, 30 ildir gözlədiyimiz anın yetişməsinə əsas imkan verən bu amillər idi. Bunu ona görə deyirəm ki, sülhməramlıların gəlişinə dair Rusiyanın maraqlarını nəzərə almaq məcburiyyətində qaldıq. Açığı, rus ictimaiyyəti də erməniləri bizdən üstün bilirdi.
- Sülhməramlıların Qarabağda yerləşməsi nə dərəcədə təhlükəlidir? Nəzərə alın ki, biz 366-cı alayın Xocalı soyqımında iştirakını unutmamışıq...
- 1960 nəfər sülhməramlı gəlib. İndiyə qədər bölgənin taleyi bəlli idi, biz də bilirdik ki, hansı qüvvələrlə vuruşuruq. Üstəlik, bizim gücümüz və müttəfiqlərimiz də bəllidir...
- Amma sülhməramlı kontingentin daxilində türklər yoxdur...
- Sülhməramlılarla yanaşı bu prosesə nəzarət edəcək Müşahidə Məntəqəsi yaradılacaq. Müşahidəçi statusunda türkiyəli həbçilər prosesə nəzarət edəcək. Putin-Ərdoğan müzakirəsi zamanı bu məsələ razılaşdırıldı.
Ümumi razılaşmanın protokolu, bəndləri var. Ümumi razılıq budur ki, Müşahidə məntəqələrində türklər təmsil olunacaq.
Yeri gəlmişkən, ehtimalıma görə, mətbuatdan gizli olaraq Qarabağda sülhə nəzarət mexanizmi də yaradılıb. Ola bilsin ki, məqsəd Ermənistanda daha çox qıcıq yaratmamaqdır. Ümumiyyətlə, baş verənlər Rusiya-Türkiyə razılaşması konteksindədir.
- Amma həm Kremlin mətbuat katibi Peskov, həm də Rusiya XİN-nin əməkdaşı Zaxarova bu məlumatı təkzib ediblər. Bildiriblər ki, Müşahidə Məntəqəsi sülhməramlılara aid deyil...
- Sergey Lavrovun istiqaməti tamam başqadır. Biz, bu istiqaməti kənara qoyduq. Ümumiyyətlə, Lavrov yaxın vaxtlarda Senata ömürlük üzv olacaq və Rusiya Xarici işlər naziri postundan gedəcək. Mariya Zaxarovanın da başqa işə keçəcəyi ehtimal olunur.
Qarabağ danışıqları Ərdoğan-Putin arasında gedir. Gələcəkdə bölgədə gözəgörünməz əməkdaşlıq tədricən üzə çıxmağa başlayacaq. Bəyəm Türkiyənin burada varlığını kimsə inkar edə bilərdi? Hamı mənəvi dəstək deyirdi. Amma bu gün Türkiyə müşahidəçi qismində ortaya çıxır. Bir sözlə, dostumuz da, düşmənimiz də biləcək ki, Türkiyə hərbçiləri Qarabağdadır. Bu, bizə bəs edir. Görün bu halda ermənilərin ovqatı necə dəyişəcək.
- Sosial şəbəkələrdə Türkiyəyə qarşı da müəyyən iradların səslənməsini müşahidə etdik. Bunu necə qiymətləndirirsiniz?
- Azərbaycan cəmiyyətində fürsətçilər var, hər zaman da olub. Biz Lələtəpəni götürəndə elə bilirdik ki, dünya bizimdir. İndi bu boyda rayonların azad edilməsi, ayın sonunda Kəlbəcər, Laçın və Ağdamın bir hissəsinin verilməsi təsadüfi deyil. Baxın, biz bütövlükdə Aran Qarabağı işğaldan azad etmişik. Dağlıq Qarabağın 4400 kvadrat kilometr ərazisi olub. Hazırda oradakı ermənilər 2500 kvadrat kilometrlik əraziyə nəzarət edir. Xocalının, Xocvəndin və Ağdərənin bəzi kəndləri bizdədir. Həm də real düşünməliyik. Birdən-birə bunların hamısına bizim sahiblənməyimizə imkan verməzlər. Yəni biz bütövlükdə Qarabağda təmizləmə əməliyyatı apara bilmərik. Bu halda dünyanın diqqətini üzərimizə çəkə, daha çox təzyiqlərə məruz qalarıq.
Mən Balkanlarda çox olmuşam. Orada qalib və məğlub tərəfləri də dəfələrlə görmüşəm. Eləcədə sonra mühakimə olunan şəxsləri də müşahidə etmişəm. Serbiyada Miloşeviçə nə oldu? Kosovada prezidentlikdən gedən siyasətçini məhkəməyə çağırırlar. Parlamentin sədrini də apardılar. Yəni qırğınların səs-küyü çox olur.
Bu müharibə dövründə çox çalışdılar ki, biz soyqırıma, qırğına yol verək. Amma biz buna getmədik və şahidimiz də rus əsgəridir.
Ermənistan qərbyönümlü siyasət izləyəcəksə və Rusiya bazası oradan çıxmalı olacaqsa, bu, gələcəkdə bizim xeyrimizə işləyəcək.
- Qarabağda yerləşmə prosesi necə gedəcək?
- Əvvəla artıq Dağlıq və ya Aran Qarabağ məsələsi yoxdur. Qarabağ regionunun rayonları var.
İlkin sülhməramlılar gəlib. Hələ onun görəcəyi işlər tam hazır deyil. Sadəcə, ümumi razılıq əsasında, beynəlxalq oyunçuların prosesə qoşulmasına imkan verməmək üçün Türkiyə-Rusiya formatında ortaya çıxmanın başlanğıcındayıq.
- Xankəndində oturan separatçıların taleyi necə ola bilər?
- Azərbaycan dövlətinə qarşı kim silah işlədibsə yerli və beynəlxalq qanunlara əsasən mühakimə edilməlidir. Kimlər layiqdirsə və heç bir cinayət törətməyibsə Azərbaycan vətəndaşı olacaq. Ümumiyyətlə, ərazilərimizə özümüz nəzarət edəcəyik. Bayrağımız da dalğalanacaq. Bu, ümumi Azərbaycan ərazisidir. Heç kim də səhv salmasın.
Laçın dəhlizinə humanitar keçid kimi baxmaq lazımdır. Bizim daxili qoşunlarımız, hüquq-mühafizə orqanlarımız orada olacaq. Orada məskunlaşan insanlara da şərait yaradılacaq ki, bələdiyyə və digər seçkili orqanlarda iştirak etsinlər.
- Sizcə, bundan sonra birgəyaşayış mümkündürmü?
- Aprel döyüşlərindən sonra Levon Ter-Petrosiyanın belə bir fikir vardı ki, “bizim düşüncə fərqimiz var və bir yerdə yaşamaq imkanlarımız tükənib”.
Nəzərə alın ki, Azərbaycan bu mərhələnin qalibidir. Qaliblər hər zaman zəifləri nəzərə ala bilər. Onlar istəsələr, biz imkan verə bilərik. Yəni onlar yaşamaq istəsələr problem yoxdur.
- Razılaşmaya əsasən dekabrın 1-nə qədər Ağdam, Kəlbəcər və Laçın Azərbaycana qaytarılmalıdır. Buna inanırsınızmı? Və ya Ermənistanda dövlət çevrilişi baş verə, razılaşma pozula bilərmi?
- Ümumən qırmızı xətlər var. İkinci proses ortaya çıxacaqsa, bu zaman Vətən müharibəsinin ikinci hissəsi başlaya bilər. Məncə erməni cəmiyyəti güclü dağınıq, parçalanmış duruma düşüb və resursu tükənib. Yəni orada vuruşmaq cəsarətində olan adam qalmayıb.
İkincisi, ehtimal edirəm ki, Nikol Paşinyan və komandası sona qədər müqavimət göstərəcək. Orada böyük qarşıdurmalar, vətəndaş müharibələri müşahidə olunacaq. Gərginliklər olacaq, amma Paşinyanın hakimiyyətdən gedəcəyini görmürəm.
Qarşıdurma təzə başlayıb. Proses sürətli getsə orada ikili hakimiyyət ortaya çıxa bilər: Rusiya və Qərb meylli hakimiyyətlər. Və onların arasında da dava başlayar. Bu, vətəndaş müharibəsi deməkdir. Bu, erməni dövlətinin süqutuna səbəb ola bilər. Belə ssenariləri mümkün hesab edirəm.
Ermənistan cəmiyyətinin “özünə gəlməsi” uzun illər çəkəcək. Çoxu da başını götürüb qaçacaq. Görəcəklər ki, perspektiv yoxdur. Ermənilər bölgədə baş verən proseslərdə böyük oyunçulara nökərlik edib, sonra da xəyanətə əl atıblar. Son dəfə ruslara xəyanət edərək yeni oyunlara girmişdilər. İndi ermənilər üçün xilas yolu həm də Türkiyə ilə qapıların açılması, dünyaya çıxmasıdır. O cümlədən Azərbaycanla kommunikasiyalar qurmaqdır.
Sözsüz ki, bizim heç birimiz bu regiondan getməyəcəyik. Deməli, yan-yana yaşamaq məcburiyyətindəyik. Reallıq budur.
- Razılaşma həyata keçsə Türkiyə-Ermənistan sərhədləri açılacaq?
- Beynəlxalq səviyyədə Türkiyə qonşuları ilə əməkdaşlığa hər zaman hazır olub. Bildiyiniz kimi Surix protokolları imzalanan zaman sərhədlərin açılması məsələsi var idi. Mən məxsusi olaraq Türkiyəyə getdim, Cümhuriyət Xalq Partiyasının sədri Kamal Kılıncdaroğlu ilə görüşdüm, birgə mətbuat konfransı keçirdik. O dövrdən məsələ vardır ki, sərhədlər açılsın. Hətta bunun müqabilində iki rayonun qaytarılması haqda fikirlər var idi. İndi vəziyyət dəyişib. Türkün böyüklüyü ondadır ki, ətrafında olanı əzməyəcək, qonşularına imkan yaradacaq ki, beynəlxalq aləmə çıxış əldə etsin. Əgər belə niyyəti olsaydı ölkə daxilində olan 100 min ermənidən başlayardı. Odur ki, qapılar da açılacaq, əlaqələr də qurulacaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər