00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Mehman Əliyev: “Müharibə qərarını beynəlxalq güclər verdilər” ` - Müsahibə
Tarix: 16-11-2020 15:01 | Bölmə: Müsahibə

Siyasi analitikin fikrincə, beynəlxalq güclərin gündəliyində ermənilərin Dağlıq Qarabağdan tam çıxarılması olmayıb: “Sadəcə, Türkiyə və Rusiyanı qabağa veriblər. Prosesi bir tərəfdən Rusiya, digər tərəfdən də Türkiyə idarə edir”
Azərbaycan Ordusunun başlatdığı əks-hücum nəticəsində işğalçı qüvvələrin məğlub olması, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilən razılaşma xarici ölkə KİV-lərinin də əsas mövzularından biridir. “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi analitik Mehman Əliyev isə Reyting.az-a müsahibəsində ilk olaraq, Azərbaycan Ordusunun artıq başa çatan əks-hücum əməliyyatına münasibət bildirib:
- Bu, sözsüz ki, uğurdur. Bəyəm siz istəyirsiniz ki, gedib İrəvana bayraq taxasınız?
Çox mürəkkəb məsələdir, fərqli maraqlar var. Burada Azərbaycan və Ermənistanın, regional oyunçuların, böyük dölətlərin, maraqlı qüvvələrin hər birinin öz marağı var. Bütün bunları bir araya gətirmək, uzlaşdırmaq, qərar vermək və uğur əldə etmək sizə asan gəlməsin.
Məsələn, mənə deyirlər ki, əgər bacarırsan hərbi əməliyyat keçir, işğaldakı ərazini götür. Amma unutmayaq ki, ermənilər son 25-30 ildə işğal edilən ərazilərə çoxsaylı silah-sursat yığıb. Müharibə zamanı videogörüntülərdən də bunu gördük.
Üstəlik, kimin nə deməsindən asılı olmayaraq orada oturuşmuş ordu, onun piyada qoşunu, artilleriyası, havadan müdafiə sistemləri, blindajları, səngərləri var idi. Və üstəlik, bunların böyük əksəriyyəti dağlıq ərazidə idi. Əslində heç kim gözləmirdi ki, bunları götürmək olar. Çünki təbii istehkamları da nəzərə alsaq, söhbət qala tutmaqdan gedirdi. Bu boyda cəbhəni yarmaq, dağıtmaq və irəliləmək, üstəlik, bu boyda ərazini işğalçılardan təmizləmək asan məsələ deyildi.
Mən müharibənin əvvəlindən həm də xarici mütəxəssislərin dəyərləndirməsini izləyirdim. Heç kəs gözləmirdi ki, Azərbaycan ərazini işğalçılardan təmizləyə bilər. Açığı, dronlardan istifadə etməsəydik bizim üçün çox çətin olardı. Ermənilər niyə uduzdular? Qənaətimcə, onlar bu amili nəzərə almamışdılar. Onlar zənn edirdilər ki, bizim dronları vuracaqlar. Çünki hava hücumundan müdafiə sistemləri var, özü də 2016-cı ilin aprel döyüşlərindən sonra ermənilər hava hücumundan müdafiə sistemlərini gücləndirdilər, yeni texnikalar aldılar. Sanki düşünürdülər ki, heç kim bu hava müdafiəsini keçə və dağıda bilməz. Əlbəttə, heç kimin ağlına gəlməyən yanaşmalar da özünü göstərdi.
- Siz hansı yanaşmaları nəzərdə tutursunuz?
- Türkiyənin bu prosesdə fəal rol oynamasını. Kim təsəvvür edərdi ki, Türkiyə haçansa gələcək və ruslarla bir yerdə burada əməliyyat keçirəcək və s. Ermənilər bunu təsəvvür edə bilərdilərmi? 3-4 il əvvəl belə fikir söyləsəydin, adama “nağıl danışma”,- deyərdilər. Ona görə də deyirəm ki, faktorlar üst-üstə düşür, sən ağıl işlədirsən və şərait yaranan kimi bunu edirsən.
- Rusiyanın bu prosesdə sülhməramlı fəaliyyətini, rus əsgərlərinin Qarabağa gəlişini necə analiz etmək olar?
- Hesab edirəm ki, müharibənin başlanması qərarını beynəlxalq güclər verib. Hətta ehtimal kimi demək olar ki, ermənilərə yüksək səviyyədə anladıblar ki, siz geri çəkilmirsiniz, bunu etmək lazım gələcək. Çünki başqa formada mümkün deyil. O mənada deyirəm ki, erməni millətini dinc formada torpaqlardan çıxmağa razı salmağın mənası olmayacaqı. Hətta bu gün Nikol Paşinyanı günahlandırırlar ki, gərək öncədən vəziyyətin belə olduğunu deyəydin. Amma aydındır ki, Paşinyan bunu əvvəldən desəydi erməni cəmiyyəti torpaqların verilməsini heç cür qəbul etməyəcəkdi. Deyəcəkdilər ki, “qalib ordumuz var, biz qalib gələcəyik. Niyə təslim olmalıyıq?” Gərək məğlubiyyətə uğramalı və bunun nəticəsində anlamalı idilər ki, güzəştə getmək, torpaqlardan çıxmaq lazımdır. Yəni bu baş verməli idi.
Həm də müharibə başlayan dövrdə Paşinyan xalqa müraciət etdi ki, real vəziyyət budur. Parlamentdə dedi ki, müharibəni dayandırmaq üçün torpaqları vermək, Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyət hüququ ilə razılaşmaq lazımdır. Parlament də dedi ki, yox, müharibəni davam etdir. İndi erməni cəmiyyəti iddia edir ki, Paşinyan məlumatları gizlədib. Nəyi gizlədib? Hamısı əla bilir ki, nə baş verib.
Beynəlxalq məsələyə gələk. Qarabağda müharibə qərarını beynəlxalq güclər verdilər. Onların gündəliyində ermənilərin Qarabağdan tam çıxarılması olmayıb. Ona görə də, Prezident İlham Əliyev açıq deyirdi ki, Ermənistan kapitulyasiya qəbul etməyənə qədər müharibəni davam etdirəcəyəm. Onlar da sonda razılaşdılar. Dedilər ki, bəli, biz yeddi rayonu veririk, sizin şərtləri qəbul edirik, müharibəni dayandırın. Operativ formada bunu kim həyata keçirə bilərdi? Rusiya. Fransa və ya Amerika bunu edə bilməzdi. Bunun üçün onların hökuməti qərar verməli, bu qərar parlamentdən keçməli, müzakirə olunmalıdır və s. Ona görə də, bu tapşırıq ruslara verilib. Bu, Rusiyanın özbaşınalığı deyil.
Bəli, ikinci faktor var ki, ruslardan qorxurlar və rusları da tabe etdirməyə hazırdırlar. Amma Ermənistan istəməz ki, Rusiya sülhməramlı qoşunları orada tək olsun. Bunu biz də istəmirik. Ona görə də, bu, müvəqqəti operativ addımdır.
Üstəlik, Türkiyə daima deyir ki, biz də burdayıq və bir şey olsa, girişəcəyik. Bu o deməkdir, ruslara nəzarət var ki, burada özbaşınalıq etməsinlər.
Rusiya da Türkiyə ilə təmasdadır, danışıqlar aparılır. Birgə Monitorinq Mərkəzi yaradılır və s. Bu da qarantiyadır. Mən hesab edirəm ki, bu, Rusiyanın ayrıca bir hərəkəti, subyektiv addımı deyil.
- Yəni burada Azərbaycanın süverenliyinin pozulmasından söhbət gedə bilməz?
- Əlbəttə, yox. Azərbaycan tərəfi ona deməyib ki, mənim ərazimə girmə və o da bundan imtina edərək özbaşına bizim əraziyə girib. Biz etiraz etsəydik və onlar girsəydilər, bu, süverenliyin pozulması olardı. Fikrimcə, əməliyyat belə hesablanmışdı ki, Ermənistan təslim olana qədər proses getsin. Ermənistan da əvvəlcədən təslim ola bilməzdi. Bu, mümkün deyldi. Darmadağın olmalı idi ki, təslim olsun və erməni cəmiyyəti də bu reallığı qəbul etsin.
İndi biz görürük ki, Ermənistanda Nikol Paşinyana qarşı qüvvə oratay çıxıb, etiraz edir. Amma bu, milli proses deyil.
- Necə düşünürsünüz, problem həll edildimi?
- Bunlar sonrakı işdir. Siz indidən nədən danışırsınız? Yəqin ki, Minsk qrupu yığışacaq, Ermənistan və Azərbaycandan təkliflər gələcək, bu məsələlər müzakirə olunacaq.
Vəziyyət dəyişib, status-kvo pozulub. Tamamilə başqa bir durum yaranıb. Odur ki, indidən bu barədə danışmaq tezdir.
Minsk qrupu dedikdə ABŞ, Rusiya və Avropa Birliyi nəzərdə tutulmalıdır. Onların hamısı bu qərarı verib. Məsələn, iki ay əvvəl Avropa Parlamenti qərar çıxardı ki, Azərbaycan ərazi bütövlüyünü imkanlar çərçivəsində bərpa edə bilər. O zaman David Şahnazarov bildirdi ki, bu, ermənilər üçün böyük problem yaradacaq, bunun fəsadları olacaq. Odur ki, bu, yekdil qərardır. Sadəcə, Türkiyə və Rusiyanı qabağa veriblər. Prosesi bir tərəfdən Rusiya, digər tərəfdən də Türkiyə idarə edir.
Diqqətlə baxsaq görərik ki, konflikt dövründə Ankara-Moskva sıx təmasda olub. Heç Azərbaycanla Ermənistan və ya Rusiya ilə Ermənistan belə sıx təmasda olmayıb.
- Muxtariyyət məsələsinə dair proqnozunuz necədir?
- Mənim ehtimalım budur ki, ermənilər Azərbaycan tərkibində muxtariyyətə razılaşacaqlar. Amma onlar bundan istifadə edəcəkmi? Şəxsən mənim ehtimalım budur ki, ermənilərin böyük bir qismi heç Dağlıq Qarabağa qayıtmayacaq. Onların çoxu Rusiyaya gedəcək. Əslində son 20 ildə Qarabağdan və Ermənistandan köç prosesi olub. Hesab edirəm ki, son müharibədən sonra oradan köç güclənəcək. Erməni baxışına görə, regionda və Ermənistanda vəziyyətin düzəlməsini yalnız Allah bilir. Onlar onsuz da, indiyə qədər işləmək və qazanmaq üçün Rusiyaya gedirdilər. Bundan sonra daha çox gedəcəklər. Məsələn, Türkiyə ilə sərhədlər açılsa, ora da getməyə çalışacaqlar.
- Türkiyənin Ermənistanla sərhədləri açmasını real sayırsınız?
- Bəli. Bu halda ermənilərin bir hissəsi də Türkiyəyə gedəcək. Bu mənada proseslər normal gedir.
Y. QACAR
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər