00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Sabiq komandir: “Türkiyə ordusu Laçın dəhlizindəki postlararası patrul xidmətinə cəlb edilməlidir” - Müsahibə
Tarix: 01-12-2020 17:10 | Bölmə: Müsahibə

Arif Paşayev: “Rusiya Ermənistanı silah-sursatla təchiz edir, bəzən Ermənistanın özü kimi çıxış edir. Bu mənada strateji əhəmiyyətli məntəqələrimizin taleyini rus sülhməramlılara ümid etmək olmaz”
Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən işğal altında olan daha bir rayon - Laçın bu gün əzəli sahibinə qaytarıldı. Qeyd edək ki, Azərbaycan Ordusu Qarabağın digər bölgələrindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrini məğlub etdikdən sonra işğalçı ölkə nəzarətindəki Ağdam, Kəlbəcər və Laçını döyüşsüz təhvil verməyə razılaşmışdı.
Laçın alayının sabiq komandiri, əslən bu rayondan olan Arif Paşayev Reyting.az-a müsahibəsində deyib ki, Laçın Azərbaycan Ordusunun digər bölgələrdə göstərdiyi qəhrəmanlıqlar hesabına təhvil verilib.
- Arif bəy, 28 ildən sonra Laçın rayonu işğaldan azad edildi. Təəssüratınız necədir?
- Əvvəla, onu deyim ki, Laçın bizə döyüşsüz verilib, amma bu o demək deyil ki, biz Laçını döyüşsüz almışıq. Laçın Azərbaycan Ordusunun digər yerlərdə göstərdiyi qəhrəmanlıqlar və tökülən şəhid qanları hesabına Azərbaycana verilib. Laçın əsgərlərimizin şücaəti, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində alınıb. Əks halda Laçını erməni bizə heç vaxt verməzdi. Bu mənada hesab edirəm ki, Laçının, Kəlbəcərin və Ağdamın alınması tökülən qanların, döyüş meydanlarında əsgərlərimizin göstərdiyi qəhrəmanlıqların hesabına əldə edilib.
Əlbəttə, 28 ildən sonra Laçın rayonunun Azərbaycan nəzarətinə qaytarılması, dövlət bayrağımızın bu qədim türk torpağında yenidən dalğalanması çox xoş təəssüratdır. Bu, həm də Azərbaycan Ordusunun qələbəsidir, Azərbaycan xalqının birliyinin ifadəsidir. Yəni bu, qürur duyulası hadisədir. Bu mənada mən də sevinc içindəyəm, qürur duyuram.
- Siz, bu gün demək olar ki, Laçın çamaatının arasında olmusunuz, Şəhidlər Xiyabanını ziyarət etmisiniz. Laçınlılar bu hadisəni necə qiymətləndirir, geri qayıtmaq haqqında nə düşünürlər?
- Camaatın sevincini sözlə ifadə etmək mümkün deyil. Yüksək əhval-ruhiyyə, sevinc və qürur hissi var. Mən inanmıram ki, kimsə ora qayıtmasın. Hətta ata-babası laçınlı olan və ömründə bir dəfə də olsun Laçında olmayan insanlar da ora qayıtmaq haqqında düşünürlər. Hətta laçınlı olmayan soydaşlarımızdan da Laçına qayıtmaq haqqında düşünənlər var. İnanıram ki, Azərbaycanda və azərbaycanlılar arasında Laçın güclü formada məşhurlaşacaq.
- Laçın hər zaman Qarabağ savaşında strateji əhəmiyyətli məntəqə hesab edilib. İndi Laçın bizdədir, ermənilər Xankəndi, Ağdərə, Xocavənd (bir neçə kəndində-red.), Xocalıdadır. Yəni Azərbaycan ərazilərində qalan ermənilər Ermənistanla əlaqə qurmaq üçün Laçından istifadə etməyə məhkumdur. Bu mənada biz Laçına qayıtdıqdan sonra hansısa anlaşılmazlıqlar yarana bilərmi?
- Laçın və Şuşanın bizdə olması əsas və həlledici məsələ, strateji gedişdir. Digər məsələlərin həlli sonradan mümkün ola bilər. Əsas məsələ Laçın və Şuşada 28 ildən sonra Azərbaycanın süverenliyinin bərpa edilməsi, bayrağımızın qaldırılmasıdır. Bu, kifayət qədər yüksək qiymətləndirilməli olan müsbət haldır. Amma qonşun ermənidirsə, deməli, problem var. Çünki erməni olan yerdə ziddiyyət, konfrantasiya, əsassız iddialar olur. Odur ki, əgər onlarla qonşuyuqsa, hər zaman pislik gözləməliyik. Erməni ilə qonşuluq bəri başdan problem mənasını verir.
- Laçın işğal ediləndə 50 min əhalisi olub, hazırda əhali sayı 80 mindir. Bu ərazilərdə 10 minlərlə azərbaycanlının yaşaması erməni təhlükəsinin qarşısını almaq baxımdan hansı əhəmiyyətə malikdir?
- Laçın işğal edilən zaman təqribən 60 minə yaxın əhalisi var idi, indi səhv etmirəmsə 70 mindən çoxdur. Məsələ burasındadır ki, Laçın dağlıq ərazidir və bu rayon üçün 70-80 min əhalinin olması kifayətdir. Yəni bu sayda insanın Laçında yaşaması insan resursu baxımından yüksək rəqəmdir. Bir sözlə, bu, dağ rayonu üçün normal sayda insan deməkdir.
Amma məsələnin başqa tərəfi ondadır ki, Laçın alınandan sonra bizim möhkəmlənmiş hərbi rayonlarımız olmalı, ərazidə Sərhəd Xidmətimiz xidmət aparmalı, eyni zamanda asayişi qorumaq üçün yüksək hazırlıqlı mühafizə qüvvələrimiz olmalıdır. O cümlədən Fövqalədə Hallar Nazirliyinin qüvvələri yüksək hazırlığı ilə seçilməlidir. Müsbət haldır ki, indi bu qurumlar çətin anda koordinasiya oluna və vətəni qorumaq üçün vahid müdafiə strukturuna çevrilə bilirlər. Bu baxımdan daha vacib strukturların yaradılması sözsüz ki, nəzərdə tutulur.
Əhalinin orada məskunlaşmasına paralel olaraq Laçının starteji əhəmiyyətini nəzərə alaraq yəqin ki, bizim rəhbərlik hətta dinclik dövründə belə oranın daha etibarlı müdafiəsi üçün lazım olan plan haqqında düşünəcək.
- Xankəndini Gorusa bağlayacaq Laçın dəhlizində həmdə rus sülhməramlıları duracaq. Sizcə, sülhməramlılarla yerli əhali arasında çətinlik yaranmaz ki?
- Mən rus sülhməramlılarına heç vaxt inanmamışam. Çünki onlar heç vaxt sülhməramlı olmur.
Dəhliz Laçın şəhərindən keçir. Prezidentin çıxışından belə anladım ki, orada yeni yol çəkməyin parametrləri hazırlanana qədər əhali Laçın şəhərinə köçürüləsi deyil. Güman edirəm ki, yeni yolun parametrləri hazır olana qədər şəhərin minalardan təmizlənməsi, təhlükəsizlik tədbirlərinin görülməsi mərhələsi həyata keçiriləcək. Bundan sonra yəqin ki, əhalinin şəhərə köçürülmə işi başlanar.
- Yəni ona qədər biz Laçın şəhərinə girməyəcəyik, ancaq kəndlərə daxil olacağıq?
- Bəli, dediyim səbəblərdən şəhərdə yaşayış olmur. Amma bütövlükdə rayon bizimdir və orada işlər aparılacaq. Lakin gedişat götərir ki, bizim atdığımız addımlar inadkar və ciddidir. Yəni ölçülüb-biçilən, planlaşdırılan gedişlərdir. Ümid edirəm ki, biz yaxın dövrdə Laçın şəhərində də məskunlaşacağıq.
- Deyə bilərikmi ki, Qarabağda erməni problemi həll edilib?
- Yox, əgər Qarabağda bir erməni qalırsa, bu, problemin mövcudluğundan xəbər verir. Əgər orada digər bir xalq yaşasaydı və bizimlə düşmənçilik aparsaydı, mən bu mərhələdə düşünərdim ki, barış olacaq, keçmiş unudulacaq. Amma erməniləri yaxşı tanıyıram və onların xislətinə bələdəm. Əgər bu xalqla bir yerdəsəndə, bəri başdan problemin var. Çünki onlar nanəcibdirlər. Belə xalqla münaqişəsiz, ziddiyyətsiz və problemsiz keçinmək mümkün deyil. Söhbət heç Qarabağdan da getmir. Əgər sənin qonşun Ermənistandırsa, bunun özü problem deməkdir.
Amma biz güclü olmalı, müttəfiqlərimizi çoxaltmalı, daima sayıqlığı saxlamalı, ordumuzun imkan və gücünü artırmalı, əhalimizi çoxaltmalıyıq. Və sözsüz ki, gənc nəslimizə doğru-düzgün təlim-tərbiyyə verməli, heç nədən çəkinmədən ermənini ona tanıtmalıyıq. Həm də “düşmən nə edə bilər” sualı ətrafında deyil, “biz özümüz nələr etməliyik” sualına cavab verməliyik. Bunları etsək, perspektiv bizimdir.
- Laçın Ermənistanın Gorus rayonu ilə sərhəddir. Sizcə, Laçın-Gorus sərhədində bizim gömrük nəzarət-buraxılış məntəqəmiz, Sərhəd Xidmətimiz olacaqmı?
- Təbii. İlk növbədə delimitasiya və demarkasiya prosesi getməlidir. Yəni sərhədlərini müəyyənləşdirilməsi. Necə ki hazırda Kəlbəcərdə bu proses gedir. Laçında da bu iş aparıldıqdan sonra bizim Sərhəd Qoşunlarımız sərhəd boyunca xidmət təşkil etməli, habelə iki dövlət arasında müvafiq gömrük xidməti qurulmalıdır.
Bundan başqa, biz fərqli, hətta düşmən ölkələr olduğumuz üçün ehtimal edirəm ki, orada başqa tədbirlər, prosedurlar da həyata keçirmək lazım olacaq.
- Müharibə bitib, hazırda diplomatik danışıqlar önə keçib. Uğurlu hərbi əməliyyatlardan sonra diplomatik mübarizəni necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, Azərbaycan böyük uğurlar əldə edə bilib. Amma arzu edərdim ki, diplomatiyamız düşmənə qarşı daha ötkəm və sərt olsun. Yəni düşmənə münasibətdə güzəştsizlik xəttinə üstünlük verilsin. Ümumiyyətlə, düşmənə güzəşt olmasın.
- Laçın dəhlizi 6 kilometr uzunluğunda, 5 kilometr enindədir. Hazırda sülhməramlılar dəhlizdə 10-a yaxın post qurub. Bununla dəhlizin təhlükəsizliyini təmin etmək mümkündürmü?
- Məncə, bu səhv hesablamadır. Bu dəhliz Xankəndindən tutmuş Ermənistana çıxışa qədər olan bir ərazini əhatə edir. Şərti olaraq adı “Laçın dəhlizi” gedir. Bu dəhlizin 80-100 kilometr uzunluğu var, haradasa 5 kilometr də eni olmalıdır. Mən hesab edirəm ki, ərazidə Türkiyə ordusu da olmalı və postlararası ərazilərdə patrul xidməti həyata keçirməlidir. Əks halda biz arzuolunmaz problemlə üzləşə bilərik. Nəzərə almalıyıq ki, biz zamanında çox hadisələrə şahid olmuşuq.
İkincisi, Rusiya Ermənistanı silah-sursatla təchiz edir, bəzən Ermənistanın özü kimi çıxış edir. Bu mənada strateji əhəmiyyətli məntəqələrimizin taleyini rus sülhməramlılara ümid etmək olmaz. Odur ki, Türkiyə ordusunun Laçın dəhlizində olması vacibdir. Hesab edirəm ki, Türkiyə ordusu postlararası patrul xidmətinə cəlb edilməlidir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər