Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 22-04-2017 11:15 | Bölmə: Müsahibə

Qüdrət Həsənquliyev: "Layihə qəbul olunsa deputatı mandatdan məhrum etmək adi bir ixtisassız işçini işdən çıxarmaqdan daha asan olacaq”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinə etiraz edib. O, deputatın mandatdan çox asanlıqla məhrum edilməsinə imkan yaradan müddəalara qarşı çıxaraq, sənədi hazırlayan həımkarlarını qınayıb.
Q.Həsənquliyev sözügedən qanun layihəsilə bağlı bunları deyib:
- Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir: İcra, məhkəmə və qanunvericilik hakimiyyəti. Konstitusiyaya əsasən, hakimiyyətin hər üç qolu qarşılıqlı fəaliyyət göstərir və bir birilərinə nəzarət edirlər.
Konstitusiyanın 107-ci maddəsinə əsasən, Prezident ağır cinayət törətdikdə vəzifəsindən mərhum edilə bilər və bu prosesdə həm Konstitusiya Məhkəməsi, həm Ali Məhkəmə, həm də Milli Məclis iştirak edir.
Konstitusiyanın 128-ci maddəsinə əsasən, hakimlər cinayət törətdikdə vəzifədən kənarlaşdırıla bilər və bu prosesdə həm Prezident, həm Ali Məhkəmə, həm də Milli Məclis iştirak edir. Amma təəssüf ki, hazırda Konstitusiyaya zidd olaraq hakimlər cinayət törətməsələr də Məhkəmə Hüquq Şurası tərəfindən intizam məsuliyyətinə cəlb etməklə, onların vəzifə səlahiyyətlərinə xitam verirlər.
Konstitusiyaya edilən son dəyişikliklərə görə, hakimiyyətin digər iki qanadının təmsilçilərindən fərqli olaraq deputat etik davranış qaydalarını kobud surətdə pozduqda mandatdan məhrum edilir. Hazırda bu normanıın tətbiqi prosesi belə təklif olunur ki, 5 il ərzində deputata 3 dəfə töhmət verilərsə, o, Milli Məclis tərəfindən mandatdan məhrum edilir.Yəni hakimiyyətin digər iki qanadına tətbiq olunması nəzərdə tutulan prosedurdan fərli olaraq bu prosesdə hakimiyyətin digər qanadları iştirak etmir. Halbuki, bu, qarşılıqlı nəzarət baxımından vacibdir və hüquq düşüncəsi, hüquq mədəniyyəti bunu tələb edir. Əgər təklif olunan layihə qəbul olunsa deputatı mandatdan məhrum etmək adi bir ixtisassız işçini işdən çıxarmaqdan daha asan olacaq. Çünki Əmək Məcəlləsinin 190-cı maddəsinə görə işçiyə verilən töhmət 6 ay qüvvədə olur və vaxtından əvvəl götürülə bilər. O cümlədən işçi hər hansı mükafat alarsa töhmət qüvvəsini itirir. Eyni zamanda işçi bu qərardan məhkəməyə şikayət edə bilər.
Deputata verilən töhmət isə 5 il qüvvədə qalır və onun məhkəməyə şikayət hüququ nəzərdə tutulmur. Deputatı mandatdan mərhum edərkən Milli Məclis həm qanun qəbul edən, həm də onu tətbiq edən orqan kimi çıxış edir ki, bu da Konstitusiyaya ziddir. Qanun pozuntusunu məhkəmə qiymətləndirməli olduğu halda o, bu prosesdə iştirak etmir. Deputat Konstitusiyanın 61-ci maddəsinə zidd olaraq özünü müdafiə üçün keyfiyyətli hüquqi yardım almaq hüququndan məhrum edilir.
Nəzərə alsaq ki, parlamentdə müxalifət təmsilçiləri və bitərəflər fəaliyyət göstərir, qanun parlament çoxluğuna imkan verəcək ki, xalqın mandat verməsinə baxmayaraq, istənilən xoşlamadığı deputatı mandatdan məhrum etsin. Ən təəccüblüsü isə odur ki, layihənin müəlliflərinin özləri də deputatdır.
"Deputatlar onları aşağılayan belə bir qanuna səs verəcəklərmi" sualına Q.Həsənquliyevin cavabı belə olub:
- Sözün doğrusu, mən deputatlardan daha cox Prezidentə güvənmək istəyərdim. Ona görə ki, son vaxtlar çoxlu Konstitusiyaya zidd qanunlar qəbul edirik. Ümid etmək istərdim ki, Milli Məclis qəbul etsə də, ölkənin imicinə ciddi zərbə vuracaq bu qanunu Prezident imzalamayacaq.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər