00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
“Rusiya Dağlıq Qarabağın Ermənistana peşkəş edilməsi üzərində işləyir” - Müsahibə
Tarix: 26-08-2017 12:49 | Bölmə: Müsahibə / Slayd

Zəlimxan Məmmədli iddia edir ki, şimal qonşumuzun üzərində çalışdığı digər variant demokratik dünyaya inteqrasiyanın durdurulması müqabilində Dağlıq Qarabağın formal olaraq Azərbaycanın tərkibində qalmasıdır
Son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni müzakirələr başlayıb. Hətta Rusiyanın münaqişənin həlli istiqamətində yeni təkliflər hazırladığı, bunun detallarını tərəflərlərin ayrı-ayrılıqda müzakirə etdiyi də bildirilir.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan prezidenti də rusiyalı həmkarı ilə görüşündə Qarabağ problemini müzakirə edib. Eyni zamanda, ATƏT-in Minsk qrupunun tərəflərin yenidən bir araya gəlməsi üçün danışıqlar apardığı da verilən məlumatlar sırasındadır.
Görünən odur ki, ortada yenə hansısa təkliflər paketi var, amma detalları ilə bağlı ictimaiyyətə məlumat verilmir.
“Borçalı” Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli isə “Reytinq” qəzetinə müsahibəsində deyib ki, Rusiyanın Azərbaycan və Türkiyəyə münasibətində aqressiv, hiyləgər yanaşmanı ən azı son 200 illik tarixdə baş verən proseslər də təsdiqləyir.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- XIX və XX əsrin əvvəllərində baş verən proseslərin oxşarını görürəm. Rusiya aydın şəkildə Azərbaycanın bir hissəsinin – konkret olaraq Dağlıq Qarabağın Ermənistana peşkəş edilməsi variantları və ya istiqlalın təslimi üzərində işləyir. Yaxud da, demokratik dünyaya inteqrasiyanın durdurulması müqabilində Dağlıq Qarabağın yüksək dövlət statusu ilə, formal olaraq Azərbaycanın tərkibində qalmasına çalışır.
Rusiya həm də bütün vasitələrlə Türkiyənin zəifləməsi və Azərbaycanın ram olunması üçün şanslar aramaqdadır. Rusiyanın bu iddialardan imtinasının heç bir işartısı görünmür.
Rusiya demokratikləşsəydi fərqli fikir söyləmək mümkün idi. Bu mütərəqqi proses baş vermədikcə, Rusiya qonşu dövlətlər və dünya üçün qorxu mənbəyi olacaqdır. Bunlar reallıqdırsa, Azərbaycan xalqı Rusiyadan imdad diləmək əvəzinə onun təhdidlərindən, qorxulu planlarından sığortalanmaq üçün milli müqavimət təşkil etməli, dünyanın mütərəqqi hissəsinin - Avropanın dəstəyini qazanmaq üzərində düşünməlidir.
Rusiyanın Azərbaycana yönəlik siyasətində onu əzməkdən, sıradan çıxartmaqdan, şanlı üç rəngli bayrağını oraqlı-çəkicli əski parçası ilə əvəz etməkdən başqa bir şey yoxdur. Üst qatda qərar tutmuş “Beşinci kalon” isə iş başındadır.
- Zəlimxan bəy, maraqlı məqamlardan biri də odur ki, Amerika tərəfi də münaqişənin həlli ilə bağlı təkliflərlə çıxış etməyə başlayıb. Amerikalı həmsdər deyir ki, Dağlıq Qarabağda "dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər var. Onun sözlərinə görə, Dağlıq Qarabağın "mürəkkəb tarixini” nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidir. Sizcə, bir tərəfdən də Amerikanın bu məsələdə aktivləşməsi nə deməkdir?
- Amerika demokratiyanın, mülki cəmiyyətin tam formalaşdığı bir dövlətdir. Özünəməxsus, eyni zamanda dünyaya təsir gücünə malik siyasi, iqtisadi, maliyyə, idarəetmə, hərbi sistemi var. Amerika çökmür və bunu yaxın on illiklərdə pronozlaşdırmaq da mümkünsüzdür. Rusiya isə sadalanan sahələrdə ciddi tənəzzül dövrünü yaşayır. Biz çökənə yapışıb qalmamalıyıq. Biz güclü ilə iş birliyinə keçid üzərində işləməliyik. Bunun üçün Rusiya ilə müharibə etməli deyilik, onunla ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq, xüsusilə iqtisadi sahədə əməkdaşlığı genişləndirməyik. Eyni zamanda supergüc olaraq onunla ixtiyari müzakirəyə hazır olmalıyıq. Qonşu Gürcüstan və müttəfiq Ukrayna təcrübəsindən faydalanmağın vacibliyini düşünürəm.
- Sizcə, ən optimal və obyektiv həll yolu təklifi hansı dövlətdən, hansı beynəlxalq qurumdan gələ bilər?
- Məncə, obyektiv həll yolu təklifinin müəllifi Azərbaycan özü olmalı, bu iddialarını gerçəkləşdirmək istiqamətində kordinal dəyişiklik etməli, ərazi bütövlüyünün tamlığının təmini istiqamətində beynəlxalq hüququn imkanlarından və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi istiqamətində diplomatik hücum taktikasından bəhrələnməlidir.
- Azərbaycan indiki zamanda buna qadirdirmi, diqtə etmək gücü varmı?
- Biz heç zaman nə diplomatiyamızda, nə hərbimizdə bir addım da irəli getməmiş, heç buna səy də göstərməmişik. İndiki Azərbaycanın kursu dediklərimi etmək gücündə və həvəsində deyil. Amma məsələni konseptual qoyuruqsa, başqa alternativ yoxdur.
- Aprel döyüşlərində bəzi ölkələrin rekasiyasını gördük. Sizcə, yenidən hərbi, ya diplomatik hücuma keçsək, analoji təpkilər və diplomatik etirazlarla qarşılalaşmayacağımızın təminatı varmı?
- Azərbaycanda güclü dünyanın oyun qaydaları - demokratik siyasi sistem, xalqın iradəsi ilə formalaşan hakimiyyətin dinc demokratik qaydada dəyişilmə ənənəsi bərqərar olmayıbsa, iqtisadiyyatda liberallaşma hakim deyilsə, məhkəmələrin müstəqilliyi təmin olunmayıbsa, dünya bizim avtoritar zehniyyətimizi dəstəkləməyəcək. Bizdəki rəsmi iqtidar sehniyyəti, həyat tərzi mütərəqqi dünya ilə ziddiyətlidir. Eyni təfəkkürlülər də bizimkiləri dəstəkləyir. Məncə, güclü dünyanın dəstəyini mütləq anlamda qazanmağın açarı demokratik cəmiyyət quruculuğundadır. Bunu bərqərar etmək isə xalqımızın vəzifə borcudur və bunu hökmən etməlidir. Yoxsa böyük fəlakətlər qaçılmaz ola bilər.
- Qarabağ münaqişəsinin həlli prosesinə Türkiyənin də hər hansı formada cəlb olunmasına necə baxırsınız?
- Türkiyənin Avropa Birliyi ilə, son zamanlar isə Almaniya ilə münasibətlərində gərginliklər müşahidə olunmaqdadır. Bu münasibətlərin anlaşma ilə sonuclanması da gözləniləndir. Bunlara baxmayaraq, Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olacağını ən yüksək kürsülərdən bəyan edib. Türkiyənin Suriya krizindən salamat çıxması çox önəmlidir. Allah eləməmiş, Türkiyə keçən əsrin əvvəllərindəki kimi zəif düşsə fərqli situasiya yarana bilər. Unudulmamalıdır ki, Türkiyə həm də Avropa üçün təhlükəsizlik və enerjidaşıyıcılarla təminat baxımından əhəmiyyətli dövlətdir. Azərbaycan və Orta Asiyadan başlayan iri kommunikasiya xətlərinin əhəmiyyətli hissəsi Türkiyə üzərindən Avropaya çatır. Hesab edirəm ki, Türkiyənin cəsarətli diplomatik gedişləri, siyasi sistemi ilə cəmiyyətin bütövlüyü optimist olmağa əsas verir. Yəni o, keçən əsrin əvvəlindəki Türkiyə deyil. Zərurət yaranarsa Türkiyə Azərbaycana ehtimal olunan təcavüzləri dəf etmək üçün bütün vasitələrdən istifadə edər.
Etnik və dini eynilikdən başqa Azərbaycan, həm də neft və qaz ölkəsi olaraq Türkiyənin təhlükəsizliyi üçün strateji əhəmiyyətli bir dövlətə çevrilib. Odur ki, Türkiyə Qarabağ probleminin Azərbaycanın milli maraqlarını təhdid edən bir variantda həllinə heç zaman razı olmaz. Artıq Azərbaycan xalqı da 100 il bundan əvvəlki deyil.
- Bu arada müxalifətin, medianın, eləcə də cəmiyyətin üzərinə hansı missiya düşür?
- Ən vacibi odur ki, vətəndaş olmaq, qorxunu candan çıxartmaq, həqiqətin yanında olmaq lazımdır. Bunlara əməl etsək, bizə ölüm yoxdur. Biz öz sözümüzü hər zaman demişik. Əksəriyyət bu formula meyllənsə, əla olar. Zatən millət olaraq başqa yolumuz da yoxdur.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
Dünən, 20:02
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
Dünən, 17:16
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
Dünən, 15:04
Kamran Əliyev üç prokuror təyin edib
Dünən, 14:13
Kreml Avropada xaos yaratmağı planlaşdırır
Dünən, 13:35
Fevralın 17-də astronomik hadisə baş verəcək
Dünən, 13:12
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
Dünən, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
Dünən, 10:34
Prezident gəncləri təbrik edib - Müraciət
Dünən, 00:45
Lavrov: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
30-01-2026, 17:48
Yerə bənzəyən planet kəşf olunub
30-01-2026, 16:30
Əli Mustafa: Azərbaycan regionda ABŞ-nın əsas müttəfiqidir
30-01-2026, 11:42
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
30-01-2026, 06:55
Avropa Rusiyanın məşhur şəxslərinə sanksiya tətbiq edib - Fotolar
29-01-2026, 17:31
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
29-01-2026, 15:01
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
29-01-2026, 14:05
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
29-01-2026, 11:03
Şaraa Əsədi geri almaq istəyir
28-01-2026, 22:26
Kreml Zelenskini Moskvaya dəvət edib
28-01-2026, 16:17
Genişmiqyaslı münaqişə təhlükəsi artır - Foto
28-01-2026, 15:37
Magistratura üzrə sınaq imtahanının nəticələri elan olunub
28-01-2026, 14:09
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
28-01-2026, 13:37
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
28-01-2026, 12:19
Ukraynaya təhlükəsizlik zəmanəti verməyin əsas şərti müəyyən edilib
27-01-2026, 14:56
Professor: Müharibə başlasa, İrandakı rejimin süqutu qaçılmaz olacaq
27-01-2026, 11:08
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
27-01-2026, 09:44
Ən güclü ordular... - Siyahı
26-01-2026, 23:13
Rusiya Cənubi Qafqaza təsirini itirir
26-01-2026, 17:41
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
26-01-2026, 11:59
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
26-01-2026, 08:37
Yaddaş pozğunluğuna səbəb olan amil tapılıb
24-01-2026, 16:25
Bakıda yüksək vəzifəli şəxsi intim videoları ilə şantaj ediblər
23-01-2026, 12:05
ABŞ Ümumdünya Səhiyyə Təşkilatının sıralarını tərk edib
23-01-2026, 11:44
Avropa ölkələrində iğtişaşlar başlayıb, yaralananlar var
23-01-2026, 10:58
TRIPP: imkanlar və əsas risklər
23-01-2026, 09:28
Professor: Moskva Bakı və İrəvanın sülh prosesinə mane ola bilməyəcək
22-01-2026, 15:05
Sülh Şurasına üzvlük Azərbaycanın imkanlarını genişləndirir
22-01-2026, 13:19
Davos görüşləri: Azərbaycan dünyaya yenidən təqdim olunur
22-01-2026, 11:54
2026-cı il: Ermənistanda nələr ola bilər?
22-01-2026, 09:14
Professor: İranda etirazların “Allaha qarşı çıxış” kimi təqdim olunması təhlükəlidir
21-01-2026, 15:56
Mollazadə: Putin Qorbaçovun yolu ilə gedir

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər