00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
SSRİ rəhbərinin keçmiş tərcüməçisi böyük sirrin üstünü açıb - Müsahibə
Tarix: 18-02-2018 17:31 | Bölmə: Müsahibə

Vladimir Fedorovski deyir ki, Kremlin mətbuat xidmətinin başçısı da Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ələ alınmışdı
1970-ci illərdə Leonid Brejnevin ərəb dilindən tərcüməçisi, SSRİ-nin Parisdəki səfirliyində Qorbaçov yenidənqurmasının aktivisti olmuş diplomat Vladimir Fedorovski, Boris Yeltsin və Vladimir Putinlə də görüşüb. Qısa desək, o, Rusiya siyasətinin pərdəarxasını gözəl bilən bir şəxsdir.
Reyting.az saytı AzPolitika.info-ya istinadla Fedorovskinin Fransanın “Opinion” nəşrinə maraqlı müsahibəsinin tərcüməsini təqdim edir:
– Siz öz kitabınızda yazırsınız ki, ABŞ-dakı prezident seçkilərinə Rusiyanın güman edilən müdaxiləsi, Klinton administrasiyasının 1996-cı ildə Boris Yeltsinin ikinci dəfə prezident seçilməsinə göstərdiyi töhfədən çox az fərqlənər. Nəyə görə?
– Demək lazımdır ki, Rusiya siyasətinin veteranı və ABŞ-ın yaxşı bilicisi kimi, Amerikanın ittihamları məndə gülüşdən başqa heç bir hiss doğurmur. Baş verən indiki ikiüzlülük ikrah yaradır. Əvvəllər mən bunun barəsində danışmamışam, amma Bill Klintonun Boris Yeltsinin yanındakı vasitəçilərinin əslində hansı rolu oynadıqları mənə həmişə bəlli olub. Mən, Yeltsinin 1996-cı ildə Rusiya prezidenti seçilməsində böyük rol oynamış bütöv komandanı nəzərdə tuturam. Onun komandasını maliyyələşdirən oliqarx Boris Berezovski mənə hər şeyi danışıb. Mən, hətta Mixail Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi dövrdən (1985-1991) danışmıram: onun bütün danışıqlarına qulaq asılırdı və bizim hər bir sirrimiz amerikalılara məlum idi! Hətta Kremlin mətbuat xidmətinin başçısı Mərkəzi Kəşfiyat İdarəsi (CİA) tərəfindən ələ alınmışdı.
Mən amerikan sənədləri ilə yaxşı tanış olmuşam və onlar məni çaşdırır. Hillari Klintonun elektron məktubları, sözsüz ki, sındırılıb, bəlkə də hətta rusiyalı hakerlər tərəfindən. Məgər həqiqətən də, bu, 2016-cı ilin noyabrındakı prezident seçkilərinin nəticələrinə təsir göstərə bilər? Düşünürəm ki, yox. Siz bunu Amerika mətbuatına deyin və sizi dərhal Vladimir Putinin tərəfdarı elan edəcəklər. Onunla mənim münasibətim heç də yaxşı deyil. Mənim ölkəmdə məni qatı qərbçi sayırlar, bəzi dostlarımı isə hətta Mərkəzi Kəşfiyyat İdarəsinin fəxri casusları adlandırırlar.
Bu gün hamıya bəlldir ki, hamı hamını dinləyir. Burada günahkar yoxdur. Artıq saxta məsumluğun kənara atılmasının vaxtıdır!
– Belə görünür ki, siz Vladimir Putin və Donald Tramp arasındakı hər hansı əlaqənin mövcudluğuna inanmırsınız.
– Vaşinqtondakı Rusiya səfirinin casusluqda ittiham edilməsi məni hiddətləndirir. Mən, haradasa, 20 il diplomat işləmişəm və amerikalılar yaxşı bilirlər ki, bu cür tapşırıqlar DTK casuslarının üzərinə düşür. Əminəm ki, Tramp Putinin casusu deyil. Bu barədə Amerika mətbuatının yazdıqları inandırıcı görünmür. Putindən əsl supermen düzəldirlər, ancaq o elə deyil.
– Gərginlik nə qədər uzağa gedə bilər?
– Qərb və Rusiyanın münasibətlərinin yaxşı olması mühümdür. Amma vəziyyət bu cür təhlükəli olmayıb. İndi vəziyyət soyuq müharibədə olduğundan da pisdir. Onda hər iki tərəfdən manipulyasiya və dezinformasiya vardı, lakin bütün bunlara baxmayaraq, müəyyən qaydalar mövcud idi. İnsanlar özlərinin uydurduqları yalana inanmırdılar və həm də real siyasətin fərqli cəhətlərini görürdülər.
İndi məndə belə təəssürat var ki, hazırda yalan danışırlar və öz yalanlarına da inanırlar. Deyirlər ki, siyasətdəki nanəciblik və axmaqlıq rolunu dəyərləndirmək olmaz, amma Obama administrasiyasının nə üçün Rusiyadan Qərbin düşməni düzəltməsini anlamıram. Bu, çox böyük səhv idi. Bu, həm rusiyalılar və həm də Qərb üçün əlverişli deyil. İş ondadır ki, bütün bunlar çox təhlükəli nəticələr verir: Rusiyanı Çinin ağuşuna itələyirlər. Artıq onlar arasında hərbi-iqtisadi ittifaq formalaşır, lakin bu, Rusiyanın mövqeyinə ziddir. Əgər, kimsə Krımın ilhaqından sonrakı sanksiyaların rusiyalıları Vladimir Putindən uzaqlaşdıracağını düşünübsə, onda o, xəyal dünyasında yaşayır. Rusiyalılar sıx birləşdilər, Putinin reytinqi isə heç zaman olmadığı kimi yüksəldi. Bunu oliqarxların öz pul kisəsinə vurulan zərbədən sonra, onların Putinə nifrət bəsləyəcəkləri və onu siyasətini dəyişməyə məcbur edəcəkləri yanaşmasına da aid etmək olar. Onların prezidentə heç bir təsiri yoxdur, xalq isə onlara nifrət edir və oliqarxların cəzalandırılmasına sevinirlər.
– Siz hesab edirsiniz ki, Qərb düşməni səhv salıb?
– Qərb üçün prioritet məsələ islam radikalizminə qarşı mübarizə olmalıdır. Ərəb dünyasının mütəxəssisi kimi, mən hesab edirəm ki, əgər Rusiya Suriyaya müdaxilə etməsəydi, onda İŞİD Dəməşqi tutmuşdu. Belə olan halda İŞİD Qafqazın 600 kilometrliyində olardı ki, bu da domino effektinə görə, Rusiya üçün qətiyyən qəbul edilməzdir.
Hilları Klintonun yanaşmasına və müəyyənləşdirməsinə görə, Vladimir Putin şeytanlaşdırılır və o sanki ”müasir dövrün Hitleridir” və digər diktatora kömək məqsədi ilə məsələyə müdaxilə edib. Qərbdə analizlə bağlı böyük problemlər mövcuddur.
– Siz şeytanlaşdırmadan danışdınız, axı, Vladimir Putin hər halda Krımı ilhaq edib və Ukraynanın şərqində gərginlik davam edir…
– Mən özüm Ukraynadanam və bu ölkə mənim üçün çox vacibdir. Problemin kökləri ilə SSRİ-nin parçalanmasına qədər gedib çıxır. Bu parçalanma qan tökülmədən getdi, çünki Qorbaçov totalitarizm və terrordan qurtarmağı qərara almışdı. Bu, qətiyyən Qərbin qələbəsi yox, tamamilə gözlənilməz oldu. Papa II İohan Pavelin dediyi kimi, göydən gəlmiş ”möcüzə” idi. Amma buna baxmayaraq, həmin tarixi şans əldən verildi. Belə nəticə çıxarıldı ki, SSRİ soyuq müharibəni uduzub və bunun nəticəsi ilə razılaşmalıdır, ona görə də Rusiya ikinci dərəcəli böyük dövlət oldu.
Almaniyanın birləşməsi dövründə əldə edilmiş razılaşmalar pozulub. Burada söhbət əsasən NATO-nun yaranmış vəziyyətdən istifadə edərək genişlənməyəcəyindən gedir. Sonra biz Yuqoslaviyanın parçalanmasını, Rakət Əleyhinə Müdafiə Sistemlərini, Liviya böhranını gördük. Bu hadisələr zamanı heç kim Rusiya ilə hesablaşmayıb.
– Ukraynaya Rusiya ilə qarşıdurma törədən amil kimi, yoxsa dünyada tarazlılıq yaratmaq baxımından birləşdirici həlqə kimi baxılmalıdır?
– Mən bir ukraynalı kimi ikinci variantın tərəfdarıyam, çünki əks-təqdirdə bizi fayda gətirməyən iqtisadiyyat və humanitar fəlakət gözləyir. Əgər avropalılar işi polyak və pribaltlara tapşırmazlarsa və Moskva ilə danışıqlara razılıq verərlərsə, onda böhrandan qaçmaq olar.
Bu gün güc vasitəsilə dalana dirənmiş vəziyyətdən çıxmaq olarmı? Ukrayna və onun xalqının gələcəyi üçün münaqişənin saxlanılması əlverişlidirmi?
Bu ölkə ciddi gərginlik ocağına dönüb və görünür ki, belə vəziyyət çox qalacaq. Mənim heç bir ümidim yoxdur. Hər şey qarşdurmaya doğru gedir. Rusiyada anti-Qərb əhvalı daima artır. Əgər Qərb Rusiyanı demokratiyaya doğru yönəltmək və orta sinfin gözləntilərini yerinə yetirmək istəyirsə, onda əlaqələr bərpa olunmalı və sanksiyalardan imtina edilməlidir. Qarşıdurma çıxış yolu deyil.
– Vladimir Putin tərəfindən Rusiyada formalaşdırılmış rejimi siz necə xarakterizə edərsiniz?
– Əlbəttə, sözsüz ki, bu avtoritar rejimdir. Mətbuat kolpak altındadır, lakin insanların söz azadlığı var. Onlar səyahət edirlər və bunu keçmişin totalitar rejimi ilə müqayisə etmək olmaz. Rusiyada həqiqi müxalifət yoxdur, çünki ölkənin əsl müzakirəyə və ideya mübahisəsinə ehtiyacı var. Sual meydana gəlir: prezidentliyə digər namizədlər sadəcə olaraq qurulmuş tamaşada rolmu ifa edirlər? Bax, hər şey belə görünür. İstənilən halda Vladimir Putini lazımı səviyyədə dəyərləndirməyiblər. Onu oliqarxların əlində marionetka hesab ediblər, amma halbuki, kuklaları onun özü oynadır. O, zamanın ruhunu tuta bilib. Ölkə yaralanmışdı və özünü təhqir olunmuş kimi hiss edirdi. Putin isə vətənpərvərlik hissləri və ya millətçilik telləri üzərində oynamağı bacardı. O, separatizm ocaqlarının olmasına baxmayaraq, Rusiyanın bütövlüyünü saxladı. O, Yaxın Şərqdə bacarıqla manevr edərək, oyunun yekununda əsas yeri tuta bilib.
Ancaq Putin iki problemi həll etməyib. Öncə o, iqtisadiyyatın kifayət qədər şaxələnməsi üçün neft sıyığından istifadə edə bilməyib və bu, onun axsayan tərəfidir. Rusiya irəlidə də təkcə neft və qaz qiymətlərindən asılı qala bilməz. O, neftdən gələn pullardan əhaliyə cüzi pay verib və bunun yerinə ordunun yenilənməsi ilə məşğul olub. Digər tərəfdən, hamı yalnız ona ümid bəsləyir. Bu, onun demək olar ki, monarx sisteminin böyük zəifliyidir. İndi onun 40 yaşı olmayan şəxsləri qubernator vəzifəsinə təyin etməsinə və bu istiqamətdə yenilənmə aparmasına baxmayaraq, onun xələfi üçün hədsiz çətin olacaq.
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər