00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Ukrayna müsəlmanlarının rəhbəri: “Rusiya müftilərini FTX idarə edir” - Müsahibə
Tarix: 28-03-2022 11:43 | Bölmə: Müsahibə

Şeyx Səid İsmayılov deyir ki, Ukraynadakı imamlar əlləri qandallı Luqansk məscidinə gətirilib və mənəvi idarələri ilə əməkdaşlıqdan imtinaya məcbur ediliblər
“Umma” Ukrayna Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Şeyx Səid İsmayılov “NB” radiostansiyasına müsahibə verib. Şeyx Ukrayna müsəlmanlarından, məscidlərindən, müharibədən və özünün bu prosesdə iştirakından bəhs edib.
Reyting.az müsahibəni təqdim edir.
- Fevralın 24-də səhər saatlarında Rusiya Ukraynaya hücum etdi. Bu gün sizin üçün necə başladı?
- Evdə yatırdım. Partlayışlardan çox erkən oyandım. İndi müvəqqəti işğal altında olan Kiyev ərazisində yaşamışam - artıq yaşadığımı deyə bilmərəm. Bundan əvvəl Donetskdə yaşayırdım, həm də 2014-cü ildən - müvəqqəti olaraq işğal olunmuş ərazidir. Ona görə də artıq iki dəfə evdən çıxmışam, çünki moskvalılar oranı “azad etmək” üçün gəliblər.
O vaxta qədər mən üç ay ərazi müdafiəsinin tərkibində təlim keçmişdim. Komandirlərimiz bizə xəbərdarlıq etdilər ki, fevralın 20-dən sonra Rusiya təcavüzünün başlayacağı gözlənilir. Ona görə də baş verəcəklərə artıq hər cəhətdən hazır idim. Və hər şeyi təlimatlara uyğun etdim.
- İşğaldan üç ay əvvəl müdafiə prosesinə qoşulmusunuz?
- Bəli, TRO-ya (Ərazi Müdafiə Qüvvələri) dekabrda qoşulmuşam. Orada bütün məşqləri keçdim. Mən çox yaxşı bilirdim ki, böyük ehtimalla müharibə olacaq. Onun Kiyevdə olub-olmayacağı bəlli deyildi. Amma məşq etmək, hazırlaşmaq lazım idi.
- Deyirsiniz ki, yaşadığınız ərazi işğal edildi. Bundan sonra Kiyevə getdiniz, yoxsa müdafiə qüvvələri tərərkibində özünüzü müdafiə etdiniz?
- Mən Kiyevə getməyə məcbur oldum, çünki rus qoşunları bölgənin yaşayış məntəqələrini çox sürətlə ələ keçirdilər. Artıq paytaxtda ərazi müdafiəsi batalyonuna qoşuldum.
- Kiyevin müdafiəsində konkret nəyə görə məsuliyyət daşıyırsınız?
- Əvvəlcə adi döyüşçü kimi gəlmişdim. Amma təəssüf ki, tez tanındım. Çünki gündəlik həyatımda etdiyim işi müharibə dövründə yenidən etmək istəmir, döyüşlərə qoşulmaq niyyətində idim. Ancaq əmr verildi və buna uyğun olaraq mən də hərbi din xadimi kimi tanındım. Hazırda Kiyev müdafiəçilərinin imamıyam.
- Demək istəyirsiniz ki, siz istəmirdiniz, amma sizi ruhani hesab edirdilər?
- Komandanlıq mənimlə danışdı və dedi ki, dini ibadətləri yerinə yetirmək və dini ehtiyacları ödəmək üçün heç kim qalmayıb. Çünki bütün digər müftilər, imamlar hardasa yoxa çıxıblar, qaçıblar və ya silahlı qüvvələrimizə mənəvi dəstək vermək üçün heç nə etmirlər. Buna görə də, Kiyevin müdafiə komandanlığı məndən məsuliyyət daşımağı xahiş etdi, çünki başqa heç kim yoxdur.
- İndi döyüşçülərlə çox ünsiyyətdə olursunuz, onlara dəstək verirsiniz. Onların döyüş ruhu necədir?
- Çox müsbət. Mən daha çox müsəlmanlarla ünsiyyət qururam, amma müsəlman olmayan dostlar, tanışlar da var.
Döyüş ruhu yüksəkdir. Onlar düşməni tezliklə məğlub etmək və Ukraynanı azad etmək istəyirlər. Müsəlmanların Ukraynanı, o cümlədən müvəqqəti olaraq işğal edilmiş Krım və Donbassı azad etmək üçün xüsusi arzuları var. Hamısı çox məqsədyönlüdür, döyüşçülər cümə namazı üçün məscidə toplaşırlar. Bəziləri Ukrayna ordusunda, bəziləri müdafiə batalyonlarında əmri yerinə yetirərkən elə olur ki, hər dəfə məscidə gəlib namaz qıla bilmirlər. Amma davamlı olaraq hər cümə günü 30-dan çox əsgər məscidə toplaşır.
- İndi gününüz necə keçir?
- Oyanıb səhər namazımı qılıram. Sonra günümü planlaşdırıram, çünki batalyonda əmrləri yerinə yetirirəm, könüllü, həm də batalyonda müsəlman ölkələrindən gələn (əsasən ərəb dünyası, Türkiyə və digər ölkələrin) jurnalistlərlə ünsiyyət qurmaq üçün məsuliyyət daşıyıram. Mən onlara Ukrayna, Ukrayna müsəlmanları, baş verənlərlə bağlı məlumat, izahat verməliyəm. Odur ki, gecə saatlarına qədər işim çox olur. Bəzən saat 12-də müxtəlif telekanallarda, ilk növbədə ərəb-müsəlman dünyasında çıxış etməli oluram. Bu arada, hələ də ruhanilik, könüllülük və batalyon fəaliyyətləri ilə məşğul olmaq üçün vaxtın olmalıdır.
- Ümumiyyətlə, müsəlman icması hazırda Ukraynaya necə kömək edir?
- Biz ölkəmizin və cəmiyyətin bir hissəsiyik. Biz hamı kimi, tamamilə bütün fəaliyyətlərdə iştirak edirik. Silahlı Qüvvələrdə, Sərhəd Mühafizə Xidmətində, Milli Qvardiyada, Ərazi Müdafiə batalyonlarında. Eləcə də tibb işçiləri, həkimlər, könüllülər, hərbi din xadimləri, əsgər olan müsəlmanlar var. Siyasətçi, məmur, jurnalist olan müsəlmanlar da var. Yəni hamısı ümumi qələbə üçün çalışır.
- Hazırda döyüşlərin getdiyi Ukraynanın digər bölgələrində məscidlərlə bağlı vəziyyət necədir?
- Üç məscid atəşə tutulub. Donetsk vilayətinin Konstantinovkasında, ondan sonra Mariupoldakı məscidə ziyan dəyib, daha sonra Luqansk vilayətinin Severodonetsk şəhərindəki məscid atəşə tutulub. Hələ ki, Xarkovda olan bir neçə məscidlərimizlə bağlı nə baş verdiyini bilmirəm.
Məscidlərimizdə olan imamlar Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazisinə toplaşdılar. Əvvəl onlar iki gün oğurlandılar, sonra əlləri qandallı Luqansk məscidinə qaytarıldılar və mənəvi idarəmizlə gələcək əməkdaşlıqdan imtinaya məcbur edildilər. Üstəlik, Rusiya ruhani administrasiyasına tabe olduqlarını bildirdilər. Və bir çox resurslarda separatçı bölgələrdə olan imamların indi Moskva Ruhani İdarəsinin nəzarətinə keçdiyi xəbərini yerləşdiriblər.
- Onlar da dərhal razılaşdılar?
- Bəs iki günə yaxın orada saxlanılsa, kim razılaşmaz? Görürsən, hamısı insandır.
- Rusiyanın baş müftiləri Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyirlər. Onlarla əlaqə saxlamağa və əslində nə baş verdiyini izah etməyə çalışmısınız?
- Xeyr, əlaqə saxlamağa cəhd etmədim. Mən rus “mətbəxini” yaxşı bilirəm. Rusiya müftilərinin hamısı Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən idarə olunur və bu, mənə sirr deyil.
Müharibə başlayanda Rusiya müsəlmanlarına rus dilində müraciət etdim. Buna görə məni ekstremizmdə ittiham etdilər. Amma mən əhəmiyyət vermirəm.

Qadınlarımız, uşaqlarımız öldürüləndə, ölkəmizi məhv etməyə çalışanda, müharibəni nə hisslərlə, nə də diplomatik formada ifadə etmək olur. Düşməni “düşmən” adlandırmaq və bütün cəbhələrdə vuruşmaq lazımdır: informasiya, silahlı, iqtisadi və o cümlədən mənəvi.
Rusiya müftiləri martın 16-da Şimali Qafqazda görüşdülər və yeni petisiya imzaladılar ki, onlar Putinin Rusiya siyasətini Ukraynaya qarşı müharibə mənasında tamamilə bəyənirlər.
- Ukrayna ordusunun Baş Qərargahı bəyan edib ki, Rusiya Ukraynaya qarşı müharibə üçün Yaxın Şərqdən adamlar cəlb edir. Bununla razılaşan müsəlmanların hərəkətlərinə necə baxırsınız?
- Çox mənfi. Yaxın Şərq və dünya müsəlmanlarına da müraciət etdim. Buna razı olacaqları təqdirdə günahın, cinayətin, haqsızlığın tərəfində olacaqlarını söylədim. Baş verənlərlə bağlı obyektiv məlumat çatdırmağa çalışdım. Mən xəbərdarlıq etdim ki, əgər onlar təcavüzkarın tərəfinə keçsələr, bu, günahın, zorakılığın, ölümün və qətlin tərəfdarı olacaqları anlamına gəlir.
- Bu müraciətə reaksiya oldumu?
- Bəli, dünyanın hər yerindən bir çox müsəlman telekanalları həqiqətən baş verənlərə münasibət bildirməyimi xahiş ediblər. Güclü rus təbliğatı var və ərəbdilli rus kanalı uzun illərdir ki, müsəlman ölkələrində öz təbliğatını aparır. Və çoxları da buna inanır.
- Qələbəyə qədər Kiyevdə qalacaqsınız?
- Qələbəyə qədər və lazım olsa, sərhədə də gedəcəm. Mən batalyonun üzvlərindən biriyəm və ümumiyyətlə düşünürdüm ki, mən ruhani deyil, döyüşçü kimi lazım olacağam. Buna görə də yalnız qələbə üçün işləmək lazımdır.
Sona qədər gedəcəyik.
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər