00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Millət vəkili: “Kadr islahatları daha da dərinləşəcək” - Müsahibə
Tarix: 28-04-2018 23:31 | Bölmə: Müsahibə

Tahir Kərimli: “Yuxarı ilə bərabər, aşağı icra strukturlarında da ciddi kadr islahatları aparılacaq. Artıq vaxdır, mənfi imicdən qurtulmalıyıq”
İlham Əliyev yenidən Azərbaycan prezidenti seçildikdən sonra hökumətin tərkibində müəyyən dəyişikliklər etdi. Komandaya yeni simalar, xüsusən də gənc kadrlar cəlb olundu.
“Reytinq”ə müsahibə verən Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli söhbətə bu mövzudan başlayıb:
- Biz hər zaman hökumətin, hakimiyyətin komandasının təzələnməsi məsələsinin önəmli olması ilə bağlı fikirlər səsləndirmişik. Gənc insanların rəhbər vəzifələrinə gətirilməsi məsələsini ortaya qoymuşuq. Yaradıcı, müasir innovasiyaları tətbiq edə biləcək insanları hakimiyyətdə görməyi arzu etmişik. Nəhayət ki, bu istiqamətdə addımlar atıldı.
10 nəfərə yaxın şəxslə bağlı yeni təyinat oldu. Onlar xaricdə təhsil almış insanlardır. Gənc olmaqla bərabər, ingilis, rus və digər dilləri də bilirlər. Düşünürəm ki, onların vəzifələrə təyin edilməsi ölkəmizə müəyyən müsbət abu-hava gətirəcək.
Açığı, mən hökumətdə son 25 ildə bu cür inqilabi dəyişikliyin şahidi olmamışdım. Birdən-birə orta yaşı 44 olan bir komanda formalaşdırıldı. Bu mənada, ölkə başçısının gənc kadrları vəzifəyə təyin etməsini alqışlayıram.
Əlbəttə, bu, çox yaxşı göstəricidir. Yeni nəfəsdir. Kadr islahatı birinci növbədə geniş islahatların dərinləşməsinə yönəlib və hər şeydən əvvəl şəffaflığın təmin edilməsi, korrupsiya və rüşvətxorluqdan uzaq zümrənin hökumətə gətirilməsi ilə xalqın içində hökumətin nüfuzunun qaldırılmasına gətirib çıxaracaq. Kadr islahatları xalqın rifah halının daha da yaxşılaşdırılması üçün böyük şanslar verir.
- Deməli, yola salınan kadrlarla bağlı ciddi problemlər var idi?
- Dəyişdirilən kadrların hamısını pis kimi qələmə vermək olmaz. Onların arasında səriştəli, eyni zamanda, idarəetmə təcrübələri olan kadrlar da var idi. Həmin kadrlardan başqa sahələrdə istifadə etmək olar. Onları öz ixtisaslarına uyğun sahələrə yönəltmək lazımdır. Yəni, onları bir kənara atmaq olmaz. Cənab Prezident bir neçə dəfə belə kadrlardan başqa sahələrdə istifadə edib və güman edirəm ki, bundan sonra da səriştəli şəxslərin köməyindən yararlanacaq.
Bu, yeni komandadır. Bu komanda formalaşandan sonra bütün sahələr üzrə müəyyən struktur dəyişiklikləri gözlənilir.
Bayaq dediyimiz kimi, hökumətin tərkibinə yeni nəfəs gəlib. Camaata maraqlı olan da, yeni nəfəsin gəlməsidir. Xalq vəzifəyə yeni gələn gənclərdən müsbət işlər gözləyir. Siyasi qüvvə olaraq, bizim də müəyyən gözləntilərimiz var. Gözləntimiz ondan ibarətdir ki, onlar Prezidentin ehtimatını doğrultsunlar. Hesab edirəm ki, yeni kadrlar rüşvət və korrupsiyanın, süründürməçiliyin kökünü kəsməlidirlər.
Bir çox məmurlarda arxayınlıq yaranmışdı ki, onlar heç vaxt vəzifələrindən çıxarılmayacaqlar və bunun üçün istədiklərini edir, xalqı narazı salırdılar. Hesab edirəm ki, yeni gənc kadrlar belə fikirlərdən çəkinməli, xalqı razı salan islahatlarla öz bacarıqlarını göstərməlidirlər.
- Tahir müəllim, bundan əvvəl də gənc kadrlar yüksək vəzifələrə təyin olunmuşdular, amma ciddi bir dəyişiklik olmadı. Deməli, əsas gənc olmaq yox, iş görməkdədir...
- Bunlar ayrı-ayrı məsələlərdir. Amma indiki hökumət komandası fərqli müstəvidə formalaşıb. Hər şeydən öncə yeni nəfəsdir. Onların arasında hansısa qanundankənar əlaqələrin mövcudluğu yox dərəcəsindədir. Yuxarıdan da onlara komanda verilib ki, gedin, xalq üçün yaxşı işləyin, Azərbaycan üçün nə lazımdırsa, o olsun.
Hazırda hökumətin ən böyük məqsədi qeyri-neft sektorundan tutmuş, bütün sahələrdə tərəqqi əldə etməkdir. Bunun üçün şans var.
Bu gün Azərbaycanda böyük logistika mərkəzləri yaranıb. Ölkəmiz Avrasiyada böyük bir nəqliyat qovşağına çevirilib. Yəni imkanlar var ki, bütün sahələr inkişaf etdirilsin.
Hətta Dağlıq Qarabağ problemi üçün də Azərbaycana müəyyən şanslar yaranıb. Düşünürəm ki, indiki halda komandada müəyyən qədər keyfiyyət dəyişikliyi var.
- Bilirsiz, baş verən dəyişiklikləri tam mənada mütərəqqi addım kimi də dəyərləndirmək olmur. Tutaq ki, İnam Kərimov kənd təsərrüfatı naziri təyin edilən kimi “ASAN Xidmət”dəki komandasını da özü ilə buraya gətirdi. Yəni, peşəkar kadrlarla işləməkdən daha çox “öz adamları” ilə işləmək yolu tutulur. Bu addım nə dərəcədə doğrudur?
- Mən o vaxtı Ali Məhkəmədə işləyəndə rəhbərliklə aramızda çox ciddi narazılıq var idi. Çünki məndən Ali Məhkəmənin tamamilə dəyişilməsi tələb olunurdu. Mən isə, əlbəttə ki, orada səriştəli kadrlara üstünlük verdim və axırda da onların özü mənə qarşı çıxdı. Baxmayaraq ki, mən onları vəzifələrindən uzaqlaşdırmadım.
Amma bir məsələ də var. Hökumətdə kimin olması Prezidentin səlahiyətindədir. Nazir vəzifəsi elədir ki, o, ancaq öz komandasın yığır. Əgər həmin məmurlar “ASAN Xidmət”də özlərini doğruldublarsa, Azərbaycan brendi olan “ASAN”-ı yarada biliblərsə, onlar özlərini rüşvətxorluqdan uzaq bir məmurlar kimi göstəriblərsə, bunun nəyi pisdir ki?
Əgər məmurlar yenə də qohumlarını, yaxınlarını vəzifəyə gətirəcəklərsə, beyinlərində korrupsiya məsələsi olacaqsa, bu, çox pis nəticə verəcək. Bu, dövlətçiliyimizə də düşmənçilik sayılmalı, Prezidentin etimatına zərbə kimi qiymətləndirilməlidir. Buna görə də onlar çox ciddi düşünməlidirlər. Onlara ciddi dönüş etmək tapşırılıb.
Cənab Ramiz Mehdiyev də bütün görüşlərində, təqdimatlarda hamısına Prezidentin tapşırığını çatdırır. Deyir ki, oturun, təmiz işləyin, özünüzü doğruldun.
Necə ki, Gürcüstanda rüşvətxor məmurlar təmizləndi, Azərbaycanda da buna getmək lazımdır. Mütləq və mütləq kadr islahatları daha da dərinləşəcək. Yuxarı ilə bərabər, aşağı icra strukturlarında da ciddi kadr islahatları aparılacaq. Artıq vaxdır, mənfi imicdən qurtulmalıyıq.
Mən düşünürəm ki, onların qarşısına qoyulan tələb budur. Onların qarşısına qoyulmur ki, hansısa “pulyığdı” etsinlər və yaxud hansısa mənfi işlərlə məşğul olsunlar.
- Bu məsələdə bəlkə də, mənimlə razılaşacaqsınız. Deməli, uzun illərdir ki, Azərbaycanda hökumət təmsilçiliyində müxalifətə pay verilmir. Sizcə, bu islahatlarda müxalif düşərgəyə də üstünlük verilməsi yaxşı olmazdımı?
- Olardı. Amma müxalifətin bir hissəsi indiki hökuməti tanımır. Tanımadığı halda bu vəzifə təyinatı necə ola bilər? Tanıdığı halda Müsavatdan, Xalq Cəbhəsindən nə qədər vəzifədə mütəxəssislər işləyirdi? Hər zaman demişik, müxalifətdə nə qədər gözəl insanlar var. Onlar dövlət üçün də faydalı işləyiblər. İndi də işləyib, xeyir verə bilərlər. Düşmənçilik aradan qalxar. Bütün bunlar çox yaxşı olar. Amma çox təəssüf edirəm ki, ümumiyyətlə, bu dialoq baş tutmur. Nədənsə müxalifətlə iqtidar bir-birlərinə qarşılıqlı addımlar atmırlar.
Mən açıq danışıram. Özüm də mərkəzçi qüvvəyəm. İqtidarın yaxşısı yaxşı, pisi də pis, müxalifətin də yaxşısı yaxşı, pisi də pisdir. Bunlar bir-birlərində mənfi axtarırlar. Müsbət heç nə tapmırlar.
- Parlamentdə Sizin kimi müxalif nümayəndələr var. Axı, Sizin potensialınızdan da istifadə edən olunmur. Halbuki Siz vaxti ilə hüquq sistemində ən yüksək vəzifədə dayanmışdınız.
- Vallah, mənim belə bir iddiam yoxdur. Mən düşünürəm ki, istifadə eləmək olar. Ancaq bircə nəfər hökumət üzvü başqa partiyadan olsa, bu, artıq koalisiyon hökumət deməkdir.
Düşünürəm ki, lap aşağı vəzifələrdə istifadə etmək olardı. Hökumət üzvü də ola bilərdi. Amma hazırda iqtidar Yeni Azərbaycan Partiyasından ibarət öz komandasını formalaşdırıb. Özünü o cür təqdim edib. Yüksək vəzifələrə təyinatı ölkə başçısı seçir və ona görə də bu məsələni mühakimə edə bilmərəm. Amma arzu edərdim ki, bundan sonra onlardan da istifadə olunsun. Çünki gənclər var ki, onlar da Vətən üçün işləmək istəyirlər. Bu adamlardan istifadə etmək mümkündür.
- Heç olmasa, Milli Məclis müstəvisində güzəşt ediləydi. Məsələn, vitse-spikerlərdən biri müxalif deputat ola bilməzdimi?
- Çox təəssüf edirəm ki, Milli Məclisdə təmsil olunan partiyalar hələ fraksiya təşkil eləmək gücündə deyillər. Yəni, onların sayı çatmır. Əgər sayımız çox olsayd, həmin vəzifədə müxalif deputat da ola bilərdi. Komitə sədri və yaxud müavinlər də olardı. Ümumiyətlə, Milli Məclisdə Komitə sədri olmasa belə, sədr müavini səviyyəsində başqa fraksiyaların üzvlərini irəli çəkmək mümkündür. Bu, iqtidar-müxalifət arasında barışığı, qarışılıqlı ehtimatı da gücləndirərdi. Yenə dediyim kimi, hakimiyyət bu haqda daha çox düşünməlidir.
- Tahir müəllim, son dövrlər nöbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səslənir. Sizcə, buna zərurət varmı?
- Düşünürəm ki, buna heç bir zərurət yoxdur.
Birincisi, prezident seçkilərinin vaxtı çatmışdı.
İkincisi, bu seçkilər Ermənistan və Rusiyada da keçirildi.
Üçüncüsü, konstitusiyada dəyişkliklər olmuşdu. Bu dəyişikliklərdə Prezidentlik müddəti də uzadılmışdı.
Dördücüsü, gələcəkdə Milli Məclisə seçki, Prezident seçkiləri ilə eyni vaxta düşə bilərdi. Ona görə bir sıra məsələlər vadar elədi ki, Azərbaycanda növbədənkənar seçkilər keçirilsin. Amma parlament üçün növbədənkənar seçkiyə ehtiyac yoxdur. Parlamentdə cəmi 6 yer boşalıb. Konstitusiyada nəzərdə tutulan kimi, həmin dairələrə seçkilər keçirilə bilər. Ona görə də, düşünürəm ki, növbədənkənar parlament seçkilərinin keçirilməsinə obyektiv zərurət yoxdur.
- Məlumdur ki, son illər ölkədə iqtisadi vəziyyət ağırlaşıb. Vətəndaşlar devalivasiyadan sonra hələ də sıxıntını öz həyatlarında hiss edirlər. Qarşıdakı dördə iqtisadi durumla bağlı gözləntiləriniz nədir?
- Biz öz üzərimizə düşən işi görürük. Kreditlərin bağışlanması ilə bağlı, şəhid ailələrinin mənzil təminatı və ümumiyətlə, bütün sosial problemlərlə bağlı mütəmadi olaraq Milli Məclisdə məsələ qaldırılır. Zaman-zaman təkliflərimizi səsləndirir və deyirik. Məqsədimiz odur ki, yumuşalma baş versin, sosial mühit sağlamlaşsın. İndi məsələ budur ki, Beynəlxalq Valyuta Fondu Azərbaycanın məcmu daxili məhsul artımını 1.8 faizə qaldırdı. Yəni pis heç nə gözləmirəm.
Neftimiz də bahalaşıb. Ölkəyə kifayət qədər valyuta daxil olur. İxrac-idxal əməliyatları da artır. Belə vəziyətdə kasıblaşmanı gözləmirəm.
- Axı, hazırda Azərbaycanda əhalinin gəlirləri ilə xərcləri uyğun deyil. Qiymətlər bahalaşıb, xərclər çoxalıb, gəlirlər isə cüzi artıb. Bu, insanların sosial vəziyyətinə təsir etmir?
- Bundan ötrü Azərbaycan prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini yaradıb. Bu qurumun üzərinə çox böyük vəzifələr qoyulub ki, qiymət artımı, inhisarçılıq və digər neqativ məsələlər aradan qalxsın. Yəni ölkədə inhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalı, süni qiymət artımının qarşısı alınmalıdır. Bunun üçün yeni dövlət qurumunun üzərində böyük vəzifələr düşür. Bu qurum elə etməlidir ki, infilyasiya ikirəqəmli olmasın və insanların gəlirinə mənfi təsir etməsin.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər