00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Akif Nağı: “Qarabağ məsələsi hökumət üçün artıq yükə çevrilib” - Müsahibə
Tarix: 05-05-2018 15:17 | Bölmə: Müsahibə

QAT sədri: “Hakimiyyətdəkilər Qarabağ problemindən öz siyasətlərində söz oyunu kimi istifadə edir, real iş görmək istəmirlər. Çünki torpağın işğal altında olması onları içəridən yandırmır”
Qarabağ Azadlıq Təşkilatı, Qarabağ döyüşçüləri, bir sira ictimai-siyasi fəallar mayın 12-də mitinq keçirməklə bağlı qərar veriblər. Qarabağla bağlı mitinqi keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət də göndərilib. Müraciətdə mitinqin mayın 12-də “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionunda keçirilməsinə şərait yaradılması istənilir.
Qeyd edək ki, mitinqdə “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Ya Qarabağı azad et, ya kənara çəkil!”, “Qarabağda azadlıq müharibəsinin başlanmasını tələb edirik!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarlarının səsləndirilməsi planlaşdırılır.
Hələlik BŞİH-dan mitinqlə bağlı cavab yoxdur. Amma təşkilatçılar bu vacib tədbirin baş tutması üçün səfərbər olunublar.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Reytinq”də müsahibəyə sözügedən tədbirlə bağlı təşkilati məsələlərdən başlayıb:
- Akif bəy, mitinqə hazırlıq işləri nə yerdədir?
- Öncə onu deyim ki, bu mitinq bir təşkilata, bir regiona aid deyil, bütün Azərbaycan xalqına məxsusdur. Qarabağ hamımızın ən vacib problemidir və bu xüsusda hamı eyni mövqedə olmalıdır.
Təşkilati məsələrə gəldikdə, mitinqə bütün istiqamətlərdə hazırlıqlar davam edir. Sosial şəbəkələrdə, canlı yayımlarda geniş təbliğat aparılır, müraciətlər edilir. Mitinqin keçirilməsi ilə bağlı təşəbbüs göstərənlər, təşkilat komitəsinin üzvləri - Camal Əhmədov, Vaqif Əlisoy və digər döyüşçülər həm sosial şəbəkədə, həm də real həyatda köçkünlərlə mütəmadi görüşlər keçirirlər. İlkin təmaslardan görünən odur ki, mitinqə ciddi maraq var. Avropa və Amerikada yaşayan soydaşlarımız həmin gün mitinqin tələblərinə dəstəklə bağlı aksiyalar keçirmək istədiklərini bəyan ediblər.
- Sizcə, mitinqin keçirilməsi ilə bağlı hər hansı problem ola bilərmi? Yəni, hakimiyyət belə bir aksiyaya icazə verəcəkmi?
- Əslində, bu məsələ ümummili xarakter daşıyır. Hakimiyyətin də marağına uyğun tədbirdir. Ümid edirik ki, hakimiyyət mitinqə icazə verəcək. Bir də axı, nə deyib verməyəcəklər? Bu barədə qərar verəndə unutmasınlar ki, mitinqə icazə verilməməsi cəmiyyətdə Qarabağın taleyinə biganə yanaşıldığı fikrini yarada bilər. Məncə, icazə verməlidirlər və məcburi köçkünlərin, qaçqınların mitinqdə sərbəst iştirakına mane olmamalıdırlar.
Mitinqin tələbində hakimiyyətə qarşı heç nə yoxdur. Biz tələb edirik ki, Qarabağı azad edin, qayıdaq öz doğma torpaqlarımıza. Cəmiyyətdən bu cür tələblər olanda hakimiyyət bu təpkini əsas göstərərək beynəlxalq aləmə mesaj verə bilər ki, xalq Qarabağı tələb edir. Ona görə də burada fərqli qərarın veriləcəyini gözləmirəm.
- Siyasi təşkilatların mitinqdə iştirakı və təşkilati proseslərdə təmsil olunması ilə bağlı məsələ necə tənzimlənir?
- Bununla bağlı xüsusi bir tənzimləmə yoxdur. Siyasi və digər qüvvələrə mitinqlə bağlı ümumi müraciət mətbuat vasitəsilə edilib. Biz istəyirik ki, siyasi mövqeyindən asılı olmayaraq bütün təşkilatlar bu mitinqdə iştirak etsinlər. Bu, ümummilli məsələdir, burda hamı dəvətli-dəvətsiz iştirak etməlidir. Ona görə də, xüsusi bir dəvətə ehtiyac yoxdur.
Biz, Bakı Şəhər İcra Hakimiyyətini qınayırıq ki, Qarabağ mitinqi ilə bağlı müraciətimizə bu günə qədər nə üçün icazə verməyib? Eyni zamanda bütün partiyalardan soruşuruq: nə üçün bu günə qədər mitinqlə bağlı aydın mövqe ortaya qoymurlar? Partiyaların rəhbərliyi nə üçün demirlər ki, bütün üzvləri ilə birlikdə mitinqə gələcəklər?
Hər kəs bu mitinqi özünün aksiyası kimi qəbul etməlidir. Onsuz da indiyə kimi parçalanmışıq, heç olmasa bu məsələdə bir olaq.
- Akif bəy, təəssüflə qeyd edim ki, müşahidələrimə görə Qarabağ məsələsi ilə bağlı əsasən qarabağlılar, yaxud bu və ya digər formada bu məsələyə bağlı olanlar maraqlanır. Sanki bu, ümummilli məsələ deyil. Digər tərəfdən, indiyə kimi hansısa yüksək çinli məmurun Qarabağla bağlı hansısa şəxsi təşəbbüs göstərdiyinin də şahidi olmamışıq. Bəlkə etinasızlıq elə buradan qaynaqlanır?
- Çox ağrılı məqama toxundunuz. Bununla bağlı konkret mövqe bildirmək çətindir. Demək olmaz ki, hər kəs Qarabağ məsələsində biganəlik göstərir. Bu və ya digər formada hamı Qarabağla bağlı narahatlığını bildirir.
Ancaq Qarabağ problemi ağır məsələdir. Bununla məşğul olmaq üçün gərək, insanlar nəyindənsə keçsin. Sanki Qarabağı tələb etmək istəyəni nəyinisə itirmək təhlükəsi gözləyir. Qarabağı düşünən adam gərək vəzifəsini, deputat mandatını, xalq artisti titulunu itirməkdən qorxmasın. Təəssüf ki, bu gün acı reallıq budur.
Siz deyirsiz ki, əsasən qarabağlılar, döyüşçülər bu məsələdə prinsipiallıq göstərirlər. Təəssüf ki, qarabağlıların da hamısı bu məsələdə aktiv ola bilmirlər. Heç kimi ittiham eləmək istəmirik, amma bu, danılmazıdr. Yeri gələndə kimisə dəvət edirsən ki, Qarabağla bağlı hansısa bir təşəbbüslə çıxış edək, o dəqiqə deyir ki, oğlum filan yerdə işləyir, hökumətdən işim keçir, sonra problem olar. Yəni, belə məsələlər də var.
- Yaxşı, hökumət niyə Qarabağla bağlı hansısa təşəbbüsə qarşı çıxır?
- Bu gün Qarabağ məsələsi hökumət üçün artıq yükə çevrilib. Hökumətdəkilər Qarabağdan danışmağı xoşlamırlar. Öhdəsindən gələ, bu problemi həll edə bilmədikləri üçün yaralı yerlərinə çevrilib. Yəni, bu gün Qarabağ məsələsi hakimiyyət üçün “Axilles dabanı”na çevrilib. Ən pis variant isə odur ki, bunların içirisində Vətən, Torpaq sevgisi yoxur, ona görə də problemə biganə yanaşırlar. Sanki onlar Qarabağı özününkü hesab eləmirlər.
Son illər müxtəlif bəyanatlar verilir, xəbərdarlıqlar edilir, amma real iş yoxdur. Burdan da o nəticəyə gəlmək olur ki, hakimiyyətdəkilər Qarabağ problemindən öz siyasətində söz oyunu kimi istifadə edir, real iş görmək istəmirlər. Çünki torpağın işğal altında olması onları içəridən yandırmır.
- Ancaq hakimiyyət istənilən məsələdə cəmiyyətdən təpki görəndə hərəkətə keçir. Bəs cəmiyyətdən niyə o təpki yoxdur?
- Təbii ki, cəmiyyətdən təpki olmalıdır. Ta qədimdən vətəndaş cəmiyyəti institutu olub. Aristotelin belə bir ifadəsi var idi ki, hakimiyyətə istəmədiklərini deyib, onları məcbur etmək lazımdır. Yoxsa öz xoşları ilə heç nə etməyəcəklər.
Yəni, vətəndaş cəmiyyətinin rolu bundan ibarətdir. Amma bu gün Azərbaycanda istər partiyalar, istər ictimai təşkilatlar, istərsə də ziyalıların böyük əksəriyyəti hakimiyyətə “ləbbeyk” deməklə məşğul olduqları üçün ümummilli məsələlər kənarda qalıb. Hökumət də görür ki, hər şey qaydasındadır, cəmiyyətdən narazılıq siqnalı gəlmir.
Amma bir məqamı da deyim ki, bunun günahı yenə də hakimiyyətdədir. Bu gün bir çoxu hakimiyyətə mədhiyyə deməklə öz rahatlığını fikirləşir.
Bilirsiz, cəmiyyətin avanqardı ziyalılardır, bu gün ziyalılar cəmiyyətin narazılığını ifadə etməlidirlər. Təəssüf ki, bu gün ölkədə ziyalılar yox dərəcəsindədir. Əksəriyyəti hakimiyyətin süfrəsinin arxasında oturub yaltalıqla məşğuldur. Yerdə qalanları da barmaq işarəsi gözləyir ki, qırıntı yenən dəstəyə qoşulsun.
- Son illər müxalifətdən də Qarabağ məsələsi ilə bağlı hansısa təşəbbüslər gəlmir, sanki hamı “taym-aut” götürüb…
- Müxalifət də bir neçə qütbə bölünür. Konstruktiv müxalifət hakimiyyətlə bağlıdır. Onlar hakimiyyətin cızdığı plandan kənara çıxmırlar. Yerdə qalan müxalifətin fəaliyyəti yox dərəcəsindədir. Nisbətən mövqeyi olan müxalifət də Qərbin maraqlarına uyğun fəaliyyət göstərir, o biri tərəfdən fəaliyyətlərini hakmiyyətlə də uzlaşdırırlar.
Heç kəsi ittiham eləmək istəmirik, amma reallıq budur. Bu gün Qərb, Qarabağda radikal addımların atılmasında maraqlı deyil. Bizim müxalifət də bu səbəbdən analoji mövqeyi bölüşür və Qarabağ məsələsində ehtiyatlı davranır. Qərbin planında Qarabağ məsələsinin həlli yoxdur, olsa da, ermənilərin xeyrinə olar. Ona görə də biz heç kimdən mədət ummamalıyıq.
- Artıq 12 may mitinqi elan olunub və hər kəsə Qarabağ üçün vahid mövqeyə gəlmək çağırışı edilib…
- Bəli. Uzun illərdir ki, Qarabağla bağlı bu formatda təşəbbüs olmayıb. Həm Qarabağ Azadlıq Təşkilatı, həm qarabağlı ziyalılar, həm də döyüşçülər bu təşəbbüsdə oldular və yekun qərar kimi mitinq elan edildi. Hesab edirəm ki, bu, uzun müddət cəmiyyətdə olan süstlüyü aradan qaldırmaq üçün ciddi cəhddir. Odur ki, hər kəs bu məsələdə həmrəy olmalıdır. Mitinq baş tutsa, daha ciddi nəticə əldə olunacaq, proses yüksələn xətt üzrə davam edəcək. Bayaq qeyd etdiyimiz kimi, cəmiyyətdən sosial tələb olmalıdır ki, hakimiyyət də hərəkətə keçsin. Ona görə də bu mitinq olduqca vacibdir.
- Bir məsələ də var ki, mitinqə icazə verilməlidir, verilməsə, nə olacaq?
- Yəqin ki, o zaman təşkilatçılar yenidən bir araya gəlib, qərar verəcək. Hər halda, icazə verməsələr də, mübarizəni davam etdirəcəyik. O zaman bu suala cavab verəcəklər: Necə olur, Milli Şuraya mitinq üçün icazə verilir, amma Qarabağ məsələsi ilə bağlı ümumxalq mitinqinə icazə verilmir?
Artıq bu sual cəmiyyətdə hakimdir və iqtidarın gözünə girir. Yenə deyirəm, bu elə məsələdir ki, burada heç kim yaxasını kənara çəkməməlidir. Səfərbər olunmalı, bütövlükdə xalq olaraq öz torpaqlarımızı istədiyimizi bəyan etməliyik.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər