00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
Tarix: 07-01-2023 15:55 | Bölmə: Müsahibə

ADP sədri deyir ki, Azərbaycan və Türkiyə məsələni Rusiya ilə həll etməli, Moskva prosesdən çəkilməlidir
Azərbaycan-Ermənistan münasibətləri yenidən kəskinləşir. Ermənilərin Qarabağdakı təbii sərvətləri qanunsuz istismar etməsinə qarşı azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası artıq 27-ci gündür davam edir, eyni zamanda rəsmi İrəvan sülh danışıqlarından yayınır, separatçı Vardanyan isə “son damla qanımıza” qədər vuruşacağıq deyir.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Reyting.az-a müsahibəsində bildirib ki, ümumən regionda yeni və bizim üçün gözlənilməz heç nə baş vermir:
- Mənim bundan əvvəlki proqnozlarım var. Deyirdim ki, Ermənistan azı iki il müddətində Azərbaycanla sülh müqaviləsi imzalamaqdan qaçacaq, prosesi uzadacaq. Məqsədi də Rusiya-Ukrayna müharibəsinin necə başa çatmasından asılı olaraq qərarlar verməkdir.
İkincisi, Ermənistan müharibədən sonra yeni Qarabağ siyasəti aparır. Formal olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağdan imtina edir, əvəzində isə Qarabağı məsələsini Rusiyaya ötürür. Vardanyan sindromu da bunun nəticəsidir. Bu, problemin arxasında Ermənistanın deyil, məhz Rusiyanın dayandığına işarədir.
Vardaniyanın bütün hərəkətləri məhz Rusiya dövləti tərəfindən hazırlanır və plan üzrə aparılır. Düşünmək olmaz ki, Vardaniyanı Rusiya göndərməyib. Ruslar belə desə də, əsası yoxdur, yalan və riyakarlıqdır.
Bizə bəllidir ki, Vardanyanı Qarabağa Rusiya göndərib, onun atdığı addımlar da Rusiya tərəfi ilə razılaşdırılır. Hətta Vardanyan Rusiyaya arxayın olduğu üçün Azərbaycanı müharibə ilə hədələyir. Artıq Ermənistan ortada yoxdur. Onların hesablamalarına görə, Xankəndi şəhərində müharibə başlasa, tərəf kimi arxalarında Rusiya dayanacaq. Amma suverenliyimizi bərpa etmək istəyiriksə, qarşımızda kimlərin dayanmasının bizim üçün əhəmiyyəti olmamalıdır. Ona görə də Azərbaycan Xankəndi iqtisadi zonasını istənilən üsulla öz suverenliyinə daxil etməyi nəzərdə tutur.
Beynəlxalq hüquqa görə, bərabər suverenlik hüququ var. Bu hüquqla hər bir dövlət öz suverenliyini necə qoruyursa, digər dövlətin də o cür qorumaq haqqı var. Yəni bu gün Rusiya öz suverenliyini necə qoruyursa, Azərbaycanda elə qoruya bilər. Və ya ABŞ öz ərazisində yeni subyektlərin yaranmasına necə yanaşırsa, Azərbaycanın da o cür yanaşmaq hüququ var. Bunu mən deyil, beynəlxalq hüquq deyir. Qısası, ABŞ və Rusiya öz suverenliyini necə qoruyursa, biz də elə qorumalıyıq.
Üçüncüsü, Azərbaycan hiss edir ki, Rusiya və Ermənistan üçtərəfli bəyanata zidd addımlar atır. Yəni, məqsədləri Qarabağda Azərbaycanın suverenliyini təmin etmək, Ermənistan-Azərbaycan münasibətlərini yoluna qoymaq deyil, əksinə, Qarabağın Azərbaycandan başqa adla, prinsiplə qoparılmasıdır. Ona görə də məqsəd müharibə ilə bu əraziləri azad etmək olsa belə, biz iradəmizi ortaya qoymalıyıq.
- Nəyi nəzərdə tutursunuz?
- Ruben Vardanyanın verdiyi bəyanatların ruhuna uyğun olaraq biz də qəti şəkildə bəyanatlarımızı verməliyik. Deməliyik ki, orada separatçıların son nəfəri qalana qədər Azərbaycan mübarizə aparacaq və separatçılardan ərazimizi təmizləyəcək. Bəyan olunmalıdır ki, kim Azərbaycan dövlətinin vətəndaşlığını qəbul etməyib Qarabağda yaşayırsa, həmin şəxs bizim üçün separatçıdır, terrorçudur, Azərbaycan qanunlarını pozan cinayətkardır. Onları da istənilən üsulla məhv etmək hüququmuz var. Azərbaycan bu məsələni beynəlxalq ictimaiyyətə də çatdırmlıdır. Bundan sonra Qarabağda yaşayan ermənilərdən kim istəyirsə vətəndaşlığımızı qəbul etməlidir. Qəbul etməyənlər Qarabağdan getməlidir. Tərk etməyənlər isə Vardanyanın dediyi kimi, “son “damla qanına” qədər döyüşsün” və məhv edilsin.
- Siz müharibə ehtimalını ciddi sayırsınız?
- Hazırda onların real hesab etdikləri güc Rusiyadır. İndiki şərtlər daxilində Rusiyanın Azərbaycan, Türkiyə və Türk Dövlətləri Birliyi ilə müharibə aparmaq kimi avantajı yoxdur. Hazırda Rusiya təklənib və Ukrayna müharibəsindən çıxmaq üçün bir bəhanə axtarır. Amma ona belə bir bəhanəni heç kim verməyəcək.
Baxın, ötən gün Rusiya birtərəfli qaydada atəşkəs elan etdi, amma Ukrayna atəşkəsi qəbul etmədi. Çünki Ukraynanın tam qələbəsi üçün Qərbdən müxtəlif silahlar verilir, Rusiya isə təklənmiş vəziyyətdə müharibədə iştiraka məcburdur. Yəni Rusiya müharibədən daha ağır itkilərlə çıxmalı olacaq. Əgər vaxtında Moskva normal addımlar atsaydı, müharibədən imtina etsəydi, ola bilsin ki, prosesdən daha az itki ilə çıxa bilərdi. Amma müharibə davam edəcək və Ukraynanın qələbəsi ilə başa çatacaq. Yəni Rusiya rəhbərliyinin ağılsızlığı ucbatından bu ölkə daha çox itki verəcək. Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fonunda ruslar bu müharibədə uduzacaq.
- Bu nəticə Qarabağ məsələsinin həllinə müsbət təsir edəcəkmi?
- Sözsüz ki, təsirləri olacaq, bu öz yerində. Ancaq biz, ümumiyyətlə, dünyada gedən proseslərə fikir vermədən Qarabağla bağlı öz dövlət siyasətimizi həyata keçirməliyik.
Son zamanlar prezident İlham Əliyev Qərbi Azərbaycan məsələsini gündəmə gətirib. Bu, özü Qarabağ probleminin həllində, Xankəndinin suverenliyimizə qaytarılması baxımından Azərbaycanın əlində bir silahdır. Cənubi Azərbaycan məsələsinin də gündəmə gətirilməsi başqa bir silahdır. Biz Qarabağ məsələsinin həlli üçün yeni-yeni arqumentlər əldə edirik, hərbi baxımdan da ordunun döyüş qabiliyyəti artırılır, maddi-texniki bazası gücləndirilir. Bu da göstərir ki, Azərbaycan müharibədə qalib gələcək.
- Gərginliyin kulminasiyasından sonra yeni danışıqlar gözlənilirmi?
- Normal və formal danışıqlar olacaq. II Dünya Müharibəsi zamanı SSRİ ilə Hitler Almaniyası arasında 4 dəfə danışıq aparılıb. Elə Qarabağın işğalından sonra, son 30 ildə bəlkə də min dəfə Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüşlər olub, müzakirələr aparılıb. Amma söhbət problemin həllinin bu danışıqlar vasitəsilə mümkünsüzlüyündən gedir. Azərbaycan Türkiyə ilə birlikdə Rusiya ilə məsələni həll etməlidir, Moskva kənara çəkilməlidir. Açığı, indi Qarabağı Ermənistan deyil, Rusiya ələ keçirməyə çalışır. Hətta Fransa da müəyyən iddialarla çıxış edir. Məncə, Cənubi Qafqaza hər hansı bir ölkənin gəlməsi Rusiyanın məqsəd və planlarına daha çox zərbə vurur, nəinki Qarabağın Rusiyanın olması. Odur ki, bunu da nəzərə almaq lazımdır. Başqa bir Avropa dövlətinin bura dəvət edilməsi, münaqişədə iştirak etməsi Moskvanın maraqlarına ziddir. Azərbaycan bundan da istifadə etməlidir.
Qarabağda sülhməramlı ancaq Rusiya ola bilməz. Odur ki, burda Rusiya ilə maraqları toqquşan daha bir ölkə olmalıdır. Məncə, bu, Türkiyə və ya Avropa dövlətlərindən biri ola bilər. Odur ki, burada həm diplomatik, həm siyasi, həm humanitar, həm də hərbi müstəvidə iş olmalıdır. Məsələn, Xankəndi iqtisadi zonasında yaşayan ermənilərin qazını, suyunu, elektrikini biz veririk. Nədən ərzaq məhsullarını da biz verməyək? Yəni humanitar məsələni genişləndirmək lazımdır.
- Bunun müsbət nəticəsi ola bilər?
- Son zamanlar Qarabağ ermənilərindən Azərbaycan vətəndaşı olmaq istəyən, bizimlə əlaqə qurmaqda problem görməyənlərin sayı artır. Onlarla işləmək, danışmaq lazımdır. Məsəl var, ağıllı kişi bütün malını bir gəmiyə yükləməz. Müxtəlif səviyyələrdə, paralel şəkildə iş aparmalıyıq. Ən son çarə də Azərbaycan əsgərinin silahıdır. Bu silah daima saz vəziyyətdə saxlanılmalıdır. Eyni zamanda diplomatik addımlar davam etməlidir. Məsələn, bu günə qədər Xankəndi ilə bağlı siyasi tələblər və şərtlər irəli sürməmişik. Ekoloqların aksiyası da siyasi deyil. Amma Xankəndinin suverenliyimizə qaytarılması siyasi məsələdir. Odur ki, siyasi addımlar da atılmalıdır. Azərbaycan vətəndaşı olmayanların oradan çıxarılması, pasportlaşma, təbii ehtiyatlardan istifadəyə cəhd etmək və s. istiqamətlərdə addımlar atılmalıdır. Buna qarşı çıxanlarla silah dilində danışmalıyıq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər