00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
ADP sədri: “30 ildən artıqdır müxalifət nailiyyətsizlik sindromu yaşayır” - Müsahibə
Tarix: 20-08-2018 13:31 | Bölmə: Müsahibə

Sərdar Cəlaloğlu: “Hakimiyyət heç bir güzəşətə getmir, dialoq istəmir. Səbəb də odur ki, tam müstəqil deyil. Azərbaycanın suverenliyi məhduddur, biz tam suveren deyilik”
Bu ilin aprel ayında ölkəmizdə keçirilən Prezident seçkilərində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun da namizəd kimi iştirakı müxalif düşərgədə birmənalı qarşılanmadı. Əksər müxalif qüvvələrin seçkini bu və ya digər formada boykot etməsinə baxmayaraq, ADP seçkidə iştirak etsə də, nəticə etibarı ilə cüzi səs aldı. Bu səbəbdən də istər müxalifət, istərsə də ictimaiyyətdə sual yarandı ki, belə şərtlərlə seçkiyə getmək ADP-yə və onun sədrinə nə verdi?
ADP sədri Sərdar Calaloğlu “Reytinq” qəzetinin bu və digər suallarını cavablandırıb.
Reyting.az saytı həmin müsahibəni təqdim edir:
- Əvvəla Azərbaycanda bir seçki faktının olması xalqın qazancıdır. Çünki dünyanın bir çox ölkələrində krallıqlar, diktaturalar olduğu üçün seçki keçirilmir. Yəni, seçki bir demokratik prosedur kimi çox önəmlidir.
O ki qaldı konkret olaraq müxlifət və ya partiya kimi bu seçkilərdən qazancımıza, biz partiya olaraq uzun müddət idi ki, kütləvi informasiya vasitələrindən istifadə edə bilmirdik. Demək olar ki, xalq müxalifəti unutmuşdu. Mən o seçkilər vasitəsi ilə ölkədə müxalifətin olduğunu yenidən ictimai rəyə çatdırdım.
Bunu hamı bilir ki, seçkiyə gələnlərin əksəriyyətinin səsini topladım. Hətta mən, 2003-cü ildə bütün müxalif qüvvələrin əldə etdiyi nailiyyətin çoxunu 2018-ci il seçkilərində təkbaşına qazandım. Bu isə onu göstərir ki, müxalifətin digər partiyaları da seçkidə iştirak eləsəydi çox ciddi uğur qazanmaq olardı.
- Maraqlısı odur ki, böyük səs qazandığınızı deyirsiniz, amma öz səslərinizlə bağlı hər hansı mübarizə aparmadınız. Sizcə, belə bir mübarizəyə ehtiyac yox idimi?
- Siyasi liderlər o qərarları qəbul etməlidir ki, onu icra edən qüvvə ortada olsun. Seçkinin nəticələrinə etirazı xalq etməlidir. Nə 1998-ci ildə Etibar Məmmədov seçkilərdə iştirak edəndə belə etiraz oldu, nə də digərlərində. Düzdü, 2003-cü ildə İsa Qəmbərin rəhbərliyi altında etirazlar oldu, amma qələbə çala bilmədi. Təcrübə göstərdi ki, xalq kütləvi şəkildə etiraz eləməyənə qədər siyasi partiya seçkilərdəki nəticələrini qoruya bilməz. Üstəlik, mən seçki mübarizəsinə tək başlamışdım. Müxalifətin böyük hissəsi seçkini boykot edirdi.
Xalqın özündə də bir fikir çaşqınlığı var idi ki, bu seçkiyə münasibət necə olmalıdır. Belə bir şəraitdə mənim Don Kixotluq edib az bir qüvvə ilə etiraza başlamağımın mənası yox idi.
Seçkiyə gəlib mənə səs verən narazı elektorat idi. Amma yüz narazı adamdan yalnız birinin etiraz eləməyə cəsarəti çatır. Bu baxımdan siyasət reallığı sevir. Mən bilirdim ki, seçkilərin nəticələrini müdafiə eləmək üçün xalqdan lazım olan o siyasi aktivliyi gözləmək mümkün deyil. Seçici gizli səsvermədə səsini verdi, amma aksiyada öz səsini qorumaq baxımdan bunu eləyə bilməzdi. Bunu partiyamızda götür-qoy elədik və belə qərara gəldik ki, birincisi, buna görə seçkilərin nəticələrini qorumaq üçün ciddi iş görmək lazımdır.
İkincisi, vacib bir məqam ondan ibarət idi ki, ardıcıl olaraq Azərbaycanda seçkilərin demokratik keçirilməsi və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələrini tanımaması Azərbaycanı istər-istəməz Rusiyaya doğru meyilləndirir, Qərblə əlaqələri zəiflədir. Bu da Azərbaycan müxalifətinin strateji mənafelərinə ziddir. Biz nə qədər Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşsaq, bir o qədər Azərbaycanda xalqın da rifahı yüksək olacaq, dövlətimiz və müstəqilliyimiz də təminat altına alınacaq. Belə bir şəraitdə etirazlar, narazılıqlar seçkilərin nəticələrinə kölgə sala, bu da müəyyən dairələrin Azərbaycanla bağlı təxribata əl atmasına gətirib çıxara bilərdi. Sonda isə bizim rəqiblərimizin istədiyi olardı. Yəni, Azərbaycan yenidən məcbur olub Rusiyanın dəstəyi ilə hakimiyyəti saxlayacaqdı. Bu baxımdan, bir çox ciddi səbəblər var idi ki, biz buna görə etiraz eləmədik.
- Dünyanın bir çox ölkələrində Prezident seçkilərində qalib gələn şəxs seçkilərdə özündən sonra ən çox nəticə göstərən namizədə, yaxud onun komandasından kimlərəsə öz hakimiyyətində müəyyən vəzifə verir. Azərbaycanda nədənsə bu praktika mövcud deyil. Nəyə görə ADP-yə və ya Sizə belə bir şans tanınmadı?
- Bu sualı hakimiyyətə ünvanlamalısınız. Hətta Rusiya prezidenti Putin dikatator olmasına baxmayaraq, alternativləri ilə belə bir dialoq apardı. İranda və dünyanın digər ölkələrində də belə bir ənənə var. Azərbaycanda isə belə bir siyasi mədəniyyət formalaşmayıb. İqtidar qələbəni öz adına yazandan sonra cəmiyyətdə heç bir qüvvə ilə əməkdaşlıq etməyə, yaxınlaşmağa ehtiyac görmür. Bu, iqtidarın qeyri-sağlam təfəkkürü ilə bağlıdır.
- Uzun müddətdir ki, müxalifət tərəfindən hakimiyyətlə bağlı eyni fikirlər səsləndirilir. Bu hakimiyyətin dilini tapıb yola gətirə bilmirsiniz, yoxsa ümumiyyətlə, yola gəlmək istəmirlər?
- Hakimiyyət bu məsələdə heç bir güzəşətə getmir, dialoq istəmir. Səbəb də odur ki, tam müstəqil deyil. Azərbaycanın suverenliyi məhduddur, biz tam suveren deyilik. Əgər Azərbaycan öz ərazilərini işğaldan azad etmək məsələsində də Rusiyadan asılıdırsa, daxili siyasətində də Rusiyanın diktəsi altındadırsa, o zaman deməyə başqa söz yoxdur. Azərbaycan istəsə belə, Rusiya icazə verməsə, siz dediyiniz prosedurlara getməz. Mən düşünürəm ki, bu, Azərbaycanın suverenliyinin məhdudluğu ilə bağlıdır. Müstəqil, suveren dövlət olsaq, heç kəs bizim daxili işlərimizə qarışmasa, hökumət başa düşər ki, tutduğu bu mövqe onun hakimiyyətinin sonudur. Ona görə də, məcbur olar ki, müxalifətlə dialoqa getsin, əməkdaşlıq eləsin. Amma Azərbaycan iqtidarı Rusiyaya daha çox arxayın olduğu üçün müxalifəti o qədər də hesaba almır.
- Amma bir məsələ də var, heç müxalifət olaraq Siz də həmkarlarınızla dil tapıb dialoqa gələ bilmirsiniz...
- Dünyanın hər yerində dialoqlar və partiyalar əbədi olmur. Əbədi heç nə yoxdur. Adətən qruplar müəyyən kampaniyalar çərçivəsində yaradılır, fəaliyyəti təmin edilir. Ondan sonra da bloklar buraxılır. Azərbaycanda siyasi prosesin nəticələrini diktə edə bilmədiyimizə görə, partiya kimi də, blok kimi də getməyin mənası yoxdur. Ona görə də, bloklaşma meyilləri zəifləyir, bloklar qısa ömürlü olurlar. Amma bizim məsələn, 2005-ci il təcrübəmiz göstərdi ki, dünya ölkələri demokratiyaya dəstək olanda müxalifətin blokları daha ciddi iş görə bilirlər.
Onu da nəzərə almalıyıq ki, 30 ildən artıqdır müxalifət nailiyyətsizlik sindromu yaşayır. Getdikcə cəmiyyət aşılanır, tamamilə yeni nəsil meydana gəlir. Bu yeni nəsil yeni dəyərlər istəyir, yeni dəyərlərin daşıyıcısı kimi çıxış edir. Təbii olaraq, bu da biz yaşlı nəsillər üçün arada uçurum meydana gətirir.
Baxın, Heydər Əliyevin vaxtında biz çıxırdıq “Sara” televiziyasına, ANS-ə, “Lider”ə, ATV-yə, xalq bizə qulaq asırdı. İndi bizim yolumuzu bağlayıblar.
Yüzlərlə internet televiziyaları yaradılıb. Artıq ictimaiyyətin diqqəti həmin internet televiziyalarına yönəlib. Söyüş kampaniyaları cəlb eləyib. Orada siyasətdən başı çıxmayan insanların hay-küyləri xalqa daha çox xoş gəlir. Yəni bu dəqiqə situasiya belədir.
- Sizin qardaşınız Qurban bəy də internetdə kifayət qədər aktivdir...
- (Sualı sona qədər dinləmir-Z.Ə.) Əvvəla Qurban bəy mənim qardaşımdır, amma biz siyasətdə qardaş deyilik. Vaxtilə Lenin də qardaşı top atıb edam cəzasına məruz qalanda demişdi ki, yanlış bir yöndədir. Qardaş olmaq o deyil ki, əqidədə də birik, yolda da birik, düşüncədə də birik. Açığı, mənim üçün xalqın mənafeyi hakimiyyətə gəlməkdən qat-qat önəmlidir. Hər kəsin özünün birincilik prinsipi var. Bu birincilik prinsipi nə qədər fərqlənirsə, qüvvələr də biri o birindən fərqlənir, siyasi liderlər də həmçinin, bir-birindən fərqlənirlər.
- Sərdar bəy, son günlər Qarabağ məsələsi ilə bağlı müxtəlif müstəvilərdə müzakirələr başlayıb. Siyasi, ictimai təşkilatlarla Qarabağla bağlı mitiniqlərin...
- (Tələsik) Qarabağ məsələsinin həllinin bircə yolu var, o da hərbi yoldur. Hələlik Rusiya bizə hərbi yolla öz torpaqlarımızı azad etməyə imkan vermir. Rusiyanı bu məsələdə neytrallaşdırmayana qədər Azərbaycanda Qarabağ probleminin müvəffəqiyyətlə həllindən danışmaq olmaz. Allah qoysa, Rusiya bu məsələdə neytrallaşandan sonra Azərbaycan hərbi yolla öz torpaqlarını azad edəcək. Heç kəs də bu məsələdə bizə irad tuta bilməyəcək.
- Yaxşı, bu neytrallaşma necə baş verə bilər?
- Çox sadə. İndi Amerika Rusiyanı blokadaya alıb. Türkiyə ilə Rusiya yaxınlaşır. Bu məsələdə Türkiyə Rusiyanın bitərəf qalmasını təmin etməlidir. Türkiyənin simasında Rusiya özünə çox yaxşı strateji mütəffiq görürsə, onda o, Türkiyənin də Qafqazdakı maraqları ilə hesablaşmalıdır. Bu maraqlar da Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək, Rusiyanın Azərbaycana düşmən mövqeyində durmamağını tələb edir. Hələlik Rusiya və Türkiyə arasında ciddi strateji mütəffiqlik yoxdur, amma bu istiqamətdə meyillər var. Türkiyə indidən bu şərti qoymalıdır.
- Bəs,Türkiyəni bu məsələdə nə qədər səmimi görürsünüz?
- Qarabağ məsələsi elə Türkiyənin maraqlarıdır. Çünki Azərbaycan nə qədər güclü və stabil olsa, inkişaf eləsə, Türkiyə bir o qədər güclü qardaş əldə edə bilər. Zəif də olsaq, güclü də olsaq Türkiyənin real təbii mütəffiqi bizik. Bizdən başqa Türkiyənin ikinci bir təbii mütəffiqi yoxdur. Ona görə də Türkiyə öz təbii mütəffiqinin güclənməsində maraqlı olmalıdır.
- Yəni, Qarabağ münaqişəsi olmasa da, Rusiyanın Ermənistan üzərində nəzarəti olacaq?
- Rusiyanın Ermənistan üzərində kifayət qədər nəzarəti var. Ermənistan Rusiyaya kifayət edir ki, Qafqazda siyasi tədbirlər görsün. Azərbaycanın Rusiyanın təsiri altında olmasına elə bir ehtiyac yoxdur.
- Belə çıxır ki, Qarabağ münaqişəsi olmasa belə, Rusiya regiona nəzarət edər? Yəni, münaqişənin həllinə razılıq verilə bilər?
- Bəli. Ermənistan onsuz da bizim ərazimizdir, Qarabağ da bizim ərazimizdir. İndiki Ermənistanda ruslar erməni dövləti yaradıb. Onlar özləri də başa düşür ki, buranı ruslar verib onlara. Ona görə də, axıra qədər Rusiyanın köləliyində qalmalıdırlar. Başqa variant yoxdur. Sadəcə, Rusiya indiki şəraitdə istəyir ki, Azərbaycanı da nəzrətdə saxlasın.
- Amma son dövürlər elə fikir yaratmağa çalışırlar ki, guya Azərbaycan cəmiyyəti Qarabağı istəmir...
- Bunu ancaq düşmənlər və ermənilər deyə bilər ki, cəmiyyət Qarabağı istəmir. Ölkələrin elə ərazisi var ki, səhradı, dağdı, insan yaşamır. Məsələn, Nargin adaları kimi. Bu, o demək deyil ki, dövlət öz ərazisindən imtina eləməlidir. Ərazinin necə olmasının dövlətə heç bir aidiyyatı yoxdur. Azərbaycan cəmiyyətidə daha çox Qarabağın qaytarılmamasına görə narazıdır.
Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər

26-01-2026, 16:16
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
21-01-2026, 17:35
Qurban Qurbanov: Rəqiblər artıq bizi daha ciddi qəbul edirlər - Müsahibə
15-01-2026, 16:21
Cəlaloğlu: Hadisələr bir qədər də inkişaf etsə, İranın parçalanması gündəmə gələcək - Müsahibə
16-12-2025, 17:49
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
29-10-2025, 14:34
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər