Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 19-09-2016 15:54 | Bölmə: Siyasət / Xəbərlər

Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndələri Quba rayonunda seçicilərlə növbəti dəfə görüşüblər. Quba və ətraf rayonların sakinlərinin qatıldığı görüşdə bu ayın 26 sentyabrında ölkəmizdə keçiriləcək referendum və onun əhəmiyyəti barədə çıxışlar edilib, suallar cavablandırılıb.
BMAM-ın mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Səttar Mehbalıyev Azərbaycanda Konstitusiya islahatlarının tarixi və aparılan dəyişikliklərin məzmunu barədə iştirakçılara geniş məlumat verib. O, bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklərin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini gücləndirmək, həmçinin dövlətin təhlükəsizliyini daha etibarlı şəkildə qorumaqdır: "Bundan başqa, iqtisadi inkişaf tempinin dinamikliyinin saxlanılması, çevik idarəetmə aparatının yaradılması, struktur islahatlarının sürətləndirilməsi baxımından 26 sentyabrda keçiriləcək Referendum ölkəmiz üçün olduqca vacibdir. Hər bir vətəndaşın səsvermədə aktiv iştirakı dövlətimizin daha da güclü olması üçün vacibdir”.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rufiz Qonaqov isə Konstitusiyaya ediləcək dəyişiklikləri zəruri edən amillər, onun vacibliyi və əhəmiyyətindən danışıb. Rufiz Qonaqov bildirib ki, dünyanın qabaqcıl ölkələrində zamanın tələbinə uyğun olaraq konstitusiya islahatları aparılır: "Dövlətin təhlükəsizliyinin gücləndirilməsi, iqtisadi inkişafın dayanıqlığının təmin edilməsi və insan haqlarının müdafiəsinin gücləndirilməsi üçün hüquqi ishalatların aparılmasına ehtiyac var. Dünyada və regionda cərəyan edən proseslər, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, bunun fonunda Azərbaycana olan diqqətin artması Konstitusiya islahatlarının aparılmasını zəruri edir. Beynəlxalq hüququn subyekti olan Azərbaycan həm siyasi, iqtisadi, həm idman, mədəniyyət, həm də digər sektorlarda dünyada öz sözünü deyir. Bütün sahələr üzrə ölkədə inkişaf müşahidə olunmaqdadır.
Dünyada və regionda baş verən proseslər Azərbaycanı konstitusiya islahatları aparmağa vadar edir. İnanıram ki, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycanda yeni bir siyasi düzənin başlanğıcı olacaq və yeni iqtisadi tərəqqinin əsasını qoyacaq”.
R.Qonaqov əminliklə qeyd edib ki, Referendum Azərbaycan xalqının iradəsini bir daha ortaya qoyacaq və ölkəmizin daha da güclü olması üçün xalq 26 sentyabrda səsvermədə aktiv iştirak edəcək:
"Referendumda iştirak etmək, ölkənin sabahına, inkişafına töhfə vermək hər kəsin vətəndaşlıq borcudur”.
Milli QHT Forumunun sədri, Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Rauf Zeyni çıxışında bildirib ki, keçiriləcək Referendumla bağlı vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür:
"Biz vətəndaş cəmiyyətinin nümayəndələri olaraq konstitusiya islahatlarının əhəmiyyətini, bunun müsbət tərəflərini, dövlətçiliyimizin güclənməsi üçün vacibliyini ictimaiyyətə izah etməli, təbliğatımızı daha gücləndirməli və genişləndirməliyik. Ümumiyyətlə, vətəndaş cəmiyyəti bu referendumda aktiv iştirak etməli, cəmiyyəti bu prosesə cəlb etməlidir. İnanıram ki, bizim gördüyümüz işlər hədər getməyəcək, xalq 26 sentyabrda keçiriləcək seçkilərdə iştirak edərək dövlətçilik mövqeyini ortaya qoyacaqdır”.

Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər