Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-01-2026 11:44 | Bölmə: Slayd

Suriyada baş verən son proseslər fonunda Avropada YPG/SDG tərəfdarlarının fəallaşdığı və bir sıra ölkələrdə etiraz aksiyaları təşkil etdiyi bildirilir.
Reyting.az xəbər verir ki, Belçika polisinin məlumatına görə, ölkədə YPG/SDG tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı baş verən bıçaqlı hücum nəticəsində altı nəfər yaralanıb.
Polis rəsmisi Vouter Bruyns bildirib ki, Antverpen liman şəhərində, Operaplein (Opera Meydanı) yaxınlığında baş verən hadisə zamanı yaralananlardan ikisinin vəziyyəti ağırdır. Hadisə ilə əlaqədar iki şübhəli saxlanılıb.
Yerli mətbuatın yazdığına görə, yaralılardan dördü meydanda, ikisi isə Ruzveltplaats və Sint-Elizabethstraat ətrafında aşkarlanıb. Polis hadisəni qətl cəhdi kimi qiymətləndirir və digər şübhəlilərin olub-olmadığını müəyyən etmək üçün təhlükəsizlik kameralarının görüntülərini araşdırır.
Paralel olaraq YPG terror təşkilatının bir qrup tərəfdarı Londonda Baş nazirin ofisinin yerləşdiyi Dauninq küçəsi, 10 ünvanının qarşısında aksiya keçirib. Daha sonra etirazçılar Britaniya parlamentinin binasına doğru yürüş edərək parlament qarşısındakı kəsişmədə oturaq aksiya təşkil ediblər. Polis tərəfindən geri yönəldilən nümayişçilər Trafalqar meydanına yürüş etmək istəsələr də, buna icazə verilməyib. Terror təşkilatını simvolizə edən bayraqlar və terrorçuların şəkillərini daşıyan etirazçılarla polis arasında qısa müddətli toqquşma baş verib, bundan sonra aksiya dağılıb.
YPG tərəfdarları Parisdə də etiraz aksiyası keçiriblər. Etirazçılar polisə yandırıcı maddələr atıb, hüquq-mühafizə orqanları isə buna gözyaşardıcı qazla cavab verib.
Bundan başqa, YPG/SDG tərəfdarlarından ibarət qrup Paris Əlillər Meydanında toplaşaraq icazəsiz aksiya keçirib.
Strasburqda isə maskalı etirazçılar terror təşkilatını simvolizə edən bayraqlar qaldıraraq nümayiş təşkil ediblər. ABŞ konsulluğuna doğru yürüş etməyə cəhd göstərən qrup polisə daş və müxtəlif əşyalar atıb, polis isə gözyaşardıcı qazdan istifadə edib.
Berlində də YPG terror təşkilatının tərəfdarlarının aktivliyi qeydə alınıb. Berlin polisinin məlumatına görə, gecə saatlarında Tiergarten küçəsində yerləşən Türkiyə səfirliyinin dəmir hasarına boya atan təxminən 40 nəfərlik qrup aşkarlanıb. Onların səfirlik qarşısındakı səkidə şüarlar yazdıqları və bir neçə tüstü bombası atdıqları bildirilir.
Polis yaxınlaşdıqda qrup hadisə yerindən qaçıb, lakin təhlükəsizlik qüvvələri hadisə ilə əlaqəsi olduğu ehtimal edilən 19 və 20 yaşlı iki nəfəri saxlayıb. Hadisə ilə bağlı istintaq dövlət təhlükəsizlik orqanları tərəfindən aparılır. Hücumun YPG/SDG terror təşkilatının tərəfdarları tərəfindən törədildiyi ehtimal olunur.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər