Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 26-01-2026 17:41 | Bölmə: Slayd

“İndiki İran hakimiyyətinin dünya siyasətində apardığı oyunlar başa çatmayana qədər İran həm Amerikanın, həm də Avropanın hədəfində olacaq. Məsələ ondadır ki, İran Amerikanın düşmənləri ilə eyni cəbhədə dayanır və onların güclənməsində mühüm rol oynayır. Məsələn, Çinin enerji təchizatında əhəmiyyətli paya malikdir, Rusiyanın hərbi təminatında isə müsbət addımlar atır. İran eyni zamanda ABŞ-la əməkdaşlıq edən müsəlman ölkələri ilə düşmənçilik edir və həmin ölkələrin daxilində destabilizasiya yaratmağa çalışır”.
Bu fikirləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ABŞ-nın İrana hava zərbələri endirməsi ehtimalını dəyərləndirərkən “Reytinq” qəzetinə açıqlamasında deyib.
S. Cəlaloğlu xatırladıb ki, İslam Respublikası dünyada əsas güc mərkəzlərindən birinə çevrilmək üçün ardıcıl cəhdlər göstərir.
“Nüvə silahı yaratmaq, atom bombası əldə etmək niyyətləri də əslində İranın gücə çevrilmək üçün apardığı sistemli siyasətin tərkib hissəsidir”, - deyə o bildirib və əlavə edib ki, bütün bu fəaliyyətlər İranı beynəlxalq hədəfə çevirir.
Onun fikrincə, İran hakimiyyəti beynəlxalq hüququ ölkə daxilində də düzgün tətbiq etmir: “İranın daxilində uzun illərdir yığılıb qalan minlərlə problem mövcuddur. Milyonlarla insan siyasi və sosial səbəblərdən ölkəni tərk edərək başqa dövlətlərə üz tutur. Bütün istiqamətlərdə yürüdülən bu siyasət İran rejimini hədəfə çevirir. Buna görə də rejim dəyişməyənə və ya öz siyasətini köklü şəkildə yeniləməyənə qədər İranın vurulması məsələsi gündəmdə qalacaq”.
Partiya sədri qeyd edib ki, hazırda İran ətrafında ABŞ hərbi qüvvələrinin cəmləşdirilməsi daha ciddi əməliyyatlara hazırlıqdan xəbər verir:
“Ayrı-ayrı hədəfləri nöqtə zərbələri ilə sıradan çıxarmaq mümkündür, lakin bunun üçün bu qədər böyük hərbi texnikanı regiona toplamağa ehtiyac yoxdur. Xüsusilə İran mövzusunun ABŞ mediasında Türkiyə və Azərbaycanla əlaqəli şəkildə hallandırılması onu göstərir ki, söhbət təkcə müəyyən obyektlərin vurulmasından getmir. Bu proses rejimin dəyişməsinə nail olunana qədər davam edə biləcək genişmiqyaslı bir məsələ ola bilər”.
Nemət ORUCOV
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər